Microsoft Word Sosial Psixologiya docx


şəxsiyyətlərarası münasibətlərin



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə137/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   133   134   135   136   137   138   139   140   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

şəxsiyyətlərarası münasibətlərin xarakterinə görə səciyyələndirmək birtərəfli olardı. 
Qrup  həmişə  (3)  müəyyən  nəzarət  formasının,  (4)  fəaliyyət  nümunəsinin,  (5) 
sərvətlərin  və  (6)  qrup  mənsubiyyəti  hissinin  olmasını  nəzərdə  tutur.  Bütün  bu 
xüsusiyyətlər, sadə formada olsa da, diadlarda özünü göstərir. Məhz buna görə də 
sosial psixologiyada uzun müddət diadlar qrup kimi nəzərdən keçirilmişdir. 
3. Qrupların təsnifatı 


Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
69
Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup (1) üzvlərinin 
miqdarına, (2) tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla 
iki yerə bölürlər. 
Böyük qrup > 30 - 40 dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini 
tanımaya, bir-biri ilə görüşməyə bilərlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim 
kollektivi olan universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. 
Ən böyük insan birliyi - bəşəriyyətdir
“Kiçik qrup” və “böyük qrup” anlayışlarında “kiçik” və “böyük” sözlərinin müəyyən 
evristik  əhəmiyyəti  vardır.  Onlar  qrupun  kəmiyyət  xarakteristikalarını  əks  etdirirlər. 
Böyük  və  kiçik  qruplar  bir-birindən  nəinki  kəmiyyət,  həm  də  keyfiyyət  baxımından 
fərqləndirilir. 
Böyük qrupların üzvləri bilavasitə təmasda olmurlar, hətta bir-birlərinin mövcud 
olduğunu  bilməyə  bilərlər.  Lakin  onlar  şəxsiyyətin  sosiumunun  önəmli  sahəsi  kimi 
onun formalaşmasında mühüm rol oynayırlar.  
Sosial psixologiyada böyük qrupların aşağıdakı növlərini fərqləndirirlər: 
1.  Siniflər, ictimai təbəqələr və sosial peşə qrupları; 
2.  Millət və xalqlar
3.  Sosial və demoqrfik qruplar; 
4.  Ərazi-region qrupları; 
5.  Təşkilat qrupları (siyasi və ictimai təşkilatlar); 
6.   Qısamüddətli qruplar (mütəşəkkil və ya qeyri-mütəşəkkil); 
7.  Auditoriya – qruplar. 
Qeyd  etdiyimiz  qrupların  hər  birinin  spesifik  xüsusiyyətləri  vardır.  Mahiyyət 
etibarilə onlar müxtəlif tipli qruplardır. Həmin qrupları hər hansı bir ümumi metodoloji 
prinsip  əsasında  birləşdirmək  düzgün  olmazdı.  Böyük  qrupların  sosial  –  psixoloji 
xarakteristikasında da bu cəhət aydınlığı ilə təzahür edir. 
Böyük qrupların bir qismi təsadüfən, kortəbii surətdə əmələ gəlir, olduüca qısa 
müddət  ərzində  mövcud  olur.  “Kütlə”,  “tamaşaçı”,  “auditoriya”  tipli  böyük  qrupları 
buna misal göstərmək olar. 
Böyük  qrupların  bir  çoxu  isə  sözün  dəqiq  mənasında  əsl  sosial  qruplar  kimi 
meydana  çıxır:  onlar  cəmiyyətin  tarixi  inkişaf  gedişində  yaranır,  müvafiq  ictimai 
münasibətlər sistemində müəyyən yer tutur və uzun müddət fəaliyyət göstərir. Sosial 
sinifləri, müxtəlif etnik qrupları (və onun başlıca növü kimi milləti), peşə qruplarını, yaş 
qruplarını (kişilər, qadınlar, yaşlı adamlar və s.) bu baxımdan ayrıca qeyd etmək olar. 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin