Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 67
Roy Baumayster və digərlərinin fikrincə, insanların təkamül keçmişində onların
arasında rabitələrin yaranması yaşamaq üçün son dərəcə zəruri idi. Buna görə hər
hansı qrupa məxsus olmaq tələbatı anadangəlmə olmuşdur və hər bir cəmiyyətdə
özünü göstərir.
Qrup insan üçün nə deməkdir? Həmin suala cavab ilk dəfə qrup dinamikası
nəzəriyyəsinin banisi kimi məşhur olan Kurt Levinin əsərlərində səslənib. O bunu
belə açıqlayıb:
1. Qrup - şəxsiyyətin fəaliyyət göstərməsi üçün zəmindir.
2. Qrup - məqsədlərin həyata keçirilməsi üçün vasitədir.
3. İnsan qrupun bir hissəsidir, onun ideyalarının daşıyıcısıdır.
4. Qrup - insan üçün həyati məkandır.
Qrup anlayışını həm kəmiyyət, həm də keyfiyyət baxımından izah etmək olar.
Məsələyə kəmiyyət nöqteyi-nəzərindən yanaşdıqda, hər şeydən əvvəl, qeyd etmək
lazımdır ki, qrup dedikdə, müəyyən bir sosial şəraitdə bir nəfərin deyil, mütləq bir neçə
nəfərin iştirak etməsi nəzərdə tutulur. Алимлярин бюйцк яксяриййятинин фикринъя, кичик групун оптимал вариантын 7±2 дир, йяни 5 няфярдян 9 няфяря гядярдир. Qrup müəyyən
adamlar çoxluğundan ibarətdir. Lakin eyni bir sosial şəraitdə, məsələn, iki adamın
sadəcə olaraq iştirak etməsi onları sosial – psixoloji cəhətdən qrup adlandırmaq üçün
hələ kifayət deyildir.
İnsanların həyatında qrup mühüm rol oynayır. Lakin kiçik sosial qrup şəxsiyyətin
formalaşmasının və sosial hərəkətlərinin yeganə mənbəyi deyildir. Ona görə də
qrupun şəxsiyyətə təsirini mexaniki təsir kimi başa düşmək səhv olardı. Məsələnin
belə qoyuluşu qrupda şəxsiyyətin statusunun öyrənilməsini tələb edir. Əgər səlahiyyət
şəxsiyyətin statusunu rəsmi səviyyədə xarakterizə edirsə, hörmət və nüfuz onun şəxsi
qarşılıqlı münasibətlər sistemindəki vəziyyətini əks etdirir.
Кичик групларда бир няфярин дейил, бир нечя няфярин иштиракы ваъибдир. Груп мцяййян
адамлар чохлуьундан ибарятдир. Лакин ейни бир сосиал шяраитдя ики вя йа цч адамын
садяъя олараг иштирак етмяси онлары сосиал-психоложи ъящятдян груп кими характеризя
етмяк цчцн щяля кифайят дейилдир. Демяк олар ки, ики вя даща чох адам груп щалында
бирляшяндя онларын щяр биринин фяаллыьында еля йени ъящятляр мейдана чыхыр ки, бунлары артыг
фяrdin психолоэийасы иля дейил, анъаг групун сосиал-психоложи ганунауйьунлуглары иля изащ
етмяк мцмкцндцр.