3. Sosializasiyanın sosial-psixoloji effektləri Hələ qədim zamanlardan insanın ömür yolunu iki mərhələyə - uşaqlıq və yaşlılıq
dövrünə bölüblər. Uşaqlığın öz ölçüləri olub, yaşlılığın öz ölçüləri. Akselerasiya şəraitində akselerant uşaqlar meydana çıxıb. Akselerasiya, (latınca acseleratio –
sürətlənmə deməkdir) özünü uzun müddət uşaq və yeniyetmələrin daha çox somatik
inkişafı cə cinsi yetişməsi sahəsində göstərirdi. Elmi-texniki tərəqqi şəraitində isə
uşaqların psixi, ilk növbədə, əqli inkişafının sürətlənməsi faktları da diqqəti cəlb etməyə
başlamışdır. Psixoloji akselerasiya müxtəlif amillərlə şərtlənir. Bu amillrə içərisində
ailənin rolu son dərəcə önəmlidir. Bu gün aselerant uşaqlarla yanaşı, reterdant uşaqlara da təsadüf olunur. Reterdatio latın sözü olub ləngimə, yubanma çənasında işlənilir. Psixi
inkişafın, ilk növbədə, əqli inkişafın ləngiməsi reterdant uşaqların səciyyəvi
xüsusiyyətidir. Onlar fiziki və psixi cəhətdən əsasən sağlam uşaqlardır. Bu cəhəti nəzərə
alaraq reterdant uşaqları əqli cəhətdən geri qalan uşaqlardan ayırırlar və dizontogenez
ölçüləri xarakterizə etmirlər.