Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 65
Feminizasiya və maskulinizasiya effektləri diqqəti çoxdan çəksə də bir elmi fakt
kimi əsasən XIX yüzilliyin sonlarında dərk olunmağa başlayıb, lakin zuuzn müddət
sistemli şəkildə öyərnilməyib.
Feminizasiya əlamətləri əlverişli şəraitdə bəzi oğlan uşaqlarının, ilk növbədə,
tələbat-motivasiya sahəsində, iradi keyfiyyətlərin və xarakter əlamətlərinin
dinamikasında özünü göstərir: bu oğlan uşaqları bəzənib düzənməyi xoşlayır, saç
düzümündə, geyim tərzində qadınsayağı ünsürlərdən həvəslə istifadə edirlər. Bununla
yanaşı, qızların bir qrupu da əksinə, oğlan ədalarına yiyələnirlər.
Feminizasiya effektlərini təhlil edəndə sosioloqlar və psixoloqlar diqqəti oğlanların
tərbiyəsində qadınların – evdə anaların, məktəbdə isə çoxluq təşkil edən qadın
müəllimlərinin daha fəal rol oynaması faktlna cəlb edirlər: günün çox hissəsini qadınlarla
ünsiyyət şəraitində keçirən oğlan uşaqları çox vaxt onların təkcə düşüncə tərzini
götürmür, həm də məhz qadın meyarlarını mənimsəyir, başqa sözlə, dünyaya qadın gözü
ilə baxmağa başlayır.
Müxtəlif faktların təhlili aydın şəkildə göstərir ki, feminizasiya və maskulinasiya
effektlərinin kökləri daha dərindir. Hər şeydən öncə, ailə tərbiyəsinin özünün
xüsusiyyətləri ilə bağlıdır. Bəzi ailələrdə, xüsusilə, şəhər yerlərində oğlan və qız
uşaqlarının tərbiyəsi bu sahədə əmələ gəlmiş və neçə-neçə nəslin təcrübəsində sınaqdan
çıxmış ənənələrlə sadəcə olaraq səsləşmir.