Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
64
İstər mikro, istər mezo və ekzo, istərsə də makro
amillərdən hər birinin
sosializasiya prosesində öz “mütləq” çəkisi olsa da, onlar bu
mürəkkəb və ziddiyyətli
prosesi qarşılıqlı əlaqədə şərtləndirir.
Sosializasiya prosesinin özünəməxsus mexanizmləri var. Onlardan ikisi –
imitasiya və
identifikasiya xüsusilə önəmlidir.
İmitasiya -
müəyyən sosial modelin
şüurlu surətdə yamsılanması kimi özünü göstərir.
İdentifikasiya - prosesində isə uşaq
özünü təqlid obyekti ilə eyniləşdirir və bu yolla sosial təcrübəni mənimsəyir.
Sosializasiya prosesinin müxtəlif aspektləri var. Onun ən başlıca
aspekti
bilavasitə qrup təcrübəsinin mənimsənilməsi və bu prosesdə şəxsiyyətin sosial cəhətdən
əhəmiyyətli keyfiyyətlərinin formalaşması ilə bağlıdır.
Görəsən, qrup təcrübəsi uşaqlara necə verilir? Ən başlıcası
isə bu təcrübənin
məzmunu nədən ibarətdir? Sualın cavb birmənalıdır: sosializasiya qrup normaları və
sərvətlərinin verilməsi prosesidir. Onun qaynaqları, ilk növbədə,
ailə ilə, ata və ana ilə
bağlıdır.
Sosializasiya prosesində uşaq sosial təcrübəni mənimsədikcə
sosial qrupun
nümayəndəsi kimi, sosial cəhətdən əhəmiyyətli keyfiyyətlərə yiyələnmiş şəxsiyyət kimi
formalaşır. Sosializasiya şəxsiyyətin sosial inkişafı ilə bilavasitə bağlıdır, sosiumun
psixoloji kodlarının açılmasında önəmli rol oynayır.
Dostları ilə paylaş: