Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə125/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   121   122   123   124   125   126   127   128   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Sosiallaşma  prosesində  insan  fəal  varlıq  kimi  ətraf  mühiti  dəyişdirir  və  eyni
zamanda özü keyfiyyətcə dəyişir, hərtərəfli və ahəngdar şəkildə inkişaf edir.
2. Sosializasiya prosesi və onun quruluşu
Mürəkkəb və çoxcəhətli sosiallaşma prosesinin müəyyən mexanizmi, ardıcıllığı və
mərhələləri vardır.
Sosiallaşmanın  mexanizmi  dedikdə,  birinci  növbədə  onun  üsul  və  vasitələri
nəzərdə tutulur. İnsan sosial təcrübəni müəyyən vasitə və üsulların köməyi ilə öyrənir.
Buraya təqlid, təlqin, bənzətmə, rəhbərlik və s. aiddir.
Sosializasiyanın ardıcıllığı dedikdə, onun əsas istiqamətləri, dövr və mərhələləri
nəzərdə  tutulur.  Sosial  təcrübəyə  yiyələnərkən  insan  (1)  əvvəla  maddi  mədəniyyət
sərvətlərini öyrənir və mənimsəyir. Bu sosial təcrübəyə yiyələnmənin birinci cəhətidir.
Sosial təcrübəyə yiyələnmənin ikinci cəhətini isə (2) sosial münasibətlərin zənginlik və
müxtəlifliyi  ilə  tanışlıq  və  onların  mənimsənilməsi  təşkil  edir.  Hər  aspektin  özünün
mexanizm və üsulları vardır. Məsələn, maddi nemətlərə sahib olmaq üçün təlim, təlqin,
təqlid,  nümunə  və  s.  üsullardan,  sosial  münasibətlər  sisteminə  yiyələnmək  üçün  isə
inandırma, identifikasiya, rəhbərlik, yoluxdurma və sairdən istifadə olunur.

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin