Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə124/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
62
olduqca mühüm cəhət ondan ibarətdir ki, insan müxtəlif sosial təsir və münasibətlərin
obyekti olmaqla bərabər, həm də həmin təsir və münasibətlərin subyektidir. Yəni, insan
bu  prosesdə  fəaldır.  İnsan  mühit  ilə  qarşılıqlı  əlaqə  prosesində  fəal  olmasaydı,  onun
sosializasiyası mümkün olmazdı, o, sosial təcrübəni və mədəniyyəti mənimsəyə bilməzdi.
Ən  nəhayət  sosiallaşma  bir  dəfə  yaranmış  münasibət  deyildir,  o  daim  dəyişən,
zənginləşən,  hərəkətdə,  dinamikada  olan  münasibətdir.  Hər  bir  fərd  ayrı-ayrılıqda
özündən əvvəlki dövrdə yaşamış insanlar kimi bütün ömrü boyu sosial mühitə daxil olur,
ona uyğunlaşır. Müəyyən rol və funksiyaları qəbul edir və mənimsəyir.
Beləliklə, aydın olur ki, insanın sosializasiyası çoxcəhətli, mürəkkəb prosesdir. Bu
prosesin müəyyən bioloji əsası vardır, prosesin özü isə insanın bilavasitə sosial qrupa
daxil  olmasından  ibarətdir.  Bunun  üçün  isə  sosial  dərketmə,  sosial  ünsiyyət  tələb
olunur. İnsan əməli fəaliyyət vərdişlərinə, maddi əşyalar aləminə yiyələnir.

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin