1. Aktiv manipulyator – digərləri ilə fəal metodların köməyi ilə manipulyasiya
etməyə çalışır. Münasibətlərdə özünün zəifliyini nümayiş etdirməkdən çəkinir.
2. Passiv manipulyator – özünü daha çox köməksiz kimi təqdim edir, aktiv
manipulyatordan asılı vəziyyətə düşür.
3. Yarışan manipulyator – onun üçün həyat döyüş, digər insanlar onun rəqibləri
və ya düşmənləridir (real və ya potensial).
4. Etinasız manipulyator – hər şeyə etinasız münasibət bəsləyir.
2. Erik Fromm’un şəxsiyyət tipologiyası Erik Fromm insanları bir şəxsiyyət kimi 4 tipə ayırır:
1. Mazaxist tip – cəmiyyətdə daima uğursuzluqlarla qarşılaşan adamdır. Bu
uğursuzluqda o yalnız özünü günahkar sayır.
2. Sadist tip – öz uğursuzluqlarının günahını özündə deyil, başqa adamlarda,
cəmiyyətdə görür. O adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə
cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.