Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
61
tipologiyasının əsası kimi psixologiyaya daxil etmış, ekstravertiv və intravertiv tipləri
xarakterizə etmişdir.
Ekstravertiv şəxsiyyət - özünün bütün maraqlarını xarici aləmə yönəltdiyi
İntravert şəxsiyyət – bütün maraqları, bütün həyat enerjisi özünə,
özünün daxili
aləminə yönəlmiş olur.
9. Şəxsiyyətin sosializasiyası
Şəxsiyyət probleminin olduqca mühüm cəhətlərindən birini şəxsiyyətin təşəkkülü,
formalaşması, cəmiyyətə daxil olması məsələsi təşkil edir. Öz nəzəri və əməli
əhəmiyyətinə görə bu problem şəxsiyyətin quruluşu problemində heç də az əhəmiyyətli
məsələ deyildir.
Əlbəttə, şəxsiyyətin dəyişməsi və təşəkkülü məsələsinin tədqiqi
sahəsində xeyli iş görülmüşdür. Lakin şəxsiyyət probleminin dinamik cəhəti, başqa sözlə,
şəxsiyyətin dinamikası əsasən
şəxsiyyətin tərbiyəsi, təşəkkülü baxımından
öyrənilmişdir. Ancaq nə şəxsiyyətə göstərilən müntəzəm, məqsədyönlü, planlı təsir, nə
də ümumiyyətlə şəxsiyyətin təşəkkülü prosesi, şəxsiyyət sosiallaşdıqca
onda baş verən
bütün dəyişiklikləri əhatə etmir. Yəni, insanda baş verən bütün dəyişiklikləri yalnız təlim
– tərbiyənin təsiri ilə bağlamaq olmaz. İnsanın cəmiyyətdə fəaliyyət sahəsi olduqca
genişdir. O, insanın gündəlik yaşayışı ilə bağlıdır. İnsanın bir insan kimi yetişməsində,
böyüməsində, təkmilləşməsində,
bir sözlə, sosiallaşmasında bu sahənin rolu olduqca
böyükdür.
Sosializasiya anlayışı elmi ədəbiyyata son zamanlarda daxil olmuşdur. Bəzi alimlər
bu anlayışın elmi ədəbiyyata gətirilməsinə hətta etiraz etmişlər. Onlar belə hesab
etmişlər ki,
tərbiyə və
şəxsiyyətin təşəkkülü anlayışı sosializasiya anlayışını tamamilə
əhatə edir və ona görə də həmin sözü çəkinmədən tərbiyə və ya şəxsiyyətin təşəkkülü
ifadələri ilə əvəz etmək mümkündür. Bir müddət tərbiyə və sosializasiya anlayışları eyni
mənada, sinonim sözlər kimi də işləndi. Lakin bir qədər sonra məlum oldu ki,
nə tərbiyə
sözü, nə də şəxsiyyətin təşəkkülü ifadəsi sosializasiya anlayışını tam şəkildə əhatə etmir.
Bəzi alimlərin fikrincə,
sosializasiya fərdin inkişafının sosial cəhətdən şərtlənməsi
deməkdir. Lakin alimlərin böyük bir qrupu bu fikirlə razılaşmır. Onlar belə hesab edirlər
ki, sosializasiyanın mahiyyətini insanın insanlaşması təşkil edir. Sosiallaşmanı yalnız
fərdin sosial cəhətdən şərtlənməsi ilə məhdudlaşdırmaq, onu
sosial təsirlərin passiv
obyektinə çevirirdi. Əlbəttə, bu prosesdə insan sosial təsirlərə məruz qalır. Lakin, bu
insan ilə cəmiyyət arasındakı qarşılıqlı əlaqə və münasibətlərin yalnız bir tərəfidir. İkinci