Sosializasiya prosesinin müxtəlif təsnifatları məlumdur (bax: Q.Krayq, 23-26,
H.Ə.Əlizadə, 340). Bu təsnifatlarda sosializasiyanın 4 başlıca sistemi – mikro -, mezo -,
ekzo – və makrosistemləri ayırd edilir. Onlar aşağıdakılarla səciyyələnir:
1. Mikrosistem: ailə + dini qruplar + həmyaşıd uşaqlar cəmiyyəti + yaşayış yerinin
sosial-mədəni mühiti + tərbiyə institutları.
2. Mezosistem: etno-mədəni amillər + yaşayış məskəninin tipi + kütləvi
kommunikasiya vasitələri.
3. Ekzosistem: valideynlərin iş yeri + yerli səhiyyə şöbələri + məişət şəraitinin
yaxşılaşması + uşağın bacı və qardaşlarının ailəsi + dostlarının ailəsi.