Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə184/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   180   181   182   183   184   185   186   187   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
94
Qruplararası  differensasiya  prosesləri  öz-özlüyündə  qruplararası  münasibətlərin 
əməkdaşlıq və ya qarşıdurma; xeyirxahlıq və ya düşmənçilik; inteqrasiya və ya dezinteqrasiya 
xarakterlərini  birmənalı  şəkildə  müəyyən  etmir,  əksinə,  qruplararası  differensasiya 
proseslərinin qəbul etdiyi forma (öz qrupunun və digər qrupun xüsusiyyət və keyfiyyətlərinin 
obyektiv müqayisəsi və ya öz qrupuna üstünlük verərək digər qrupun diskriminasiyası əsasında 
bir-birinə qarşı qoyma) qruplararası münasibətlərin xarakteri ilə müəyyən olunur. 
Qruplararası  dezinteqrativ  xarakter  daşıyan  tendensiyalar  da  mövcuddur.  Bu  müxtəlif 
qrupların  nümayəndələri  arasında  qarşıdurma,  konflikt,  qrup  eqoizmi  və  ədavətlə,  bir-birini 
qiymətləndirərkən qabaqcadan yanlış fikirdə olmaqla xarakterizə olunur. Qruplararası təcrid 
tendensiyasını  da  qeyd  etmək  olar  ki,  bu  zaman  qruplar  arasında  qarşılıqlı  əlaqə,  qarşılıqlı 
münasibət və ünsiyyət minimum səviyyədə olur. 
Qruplararası differensasiya və inteqrasiya prosesləri və onların dinamikası sosial qrupun 
həyat fəaliyyətini müəyyən edir. Bu proseslərdən birinə üstünlük verilməsi neqativ psixoloji 
nəticələrə  gətirib  çıxara  bilər.  Belə  ki,  differensasiyaya  üstünlük  verilməsi  qrupu  sosial 
həyatdan təcrid edərək onun sosial əlaqələrini qırır, yeni məlumatların qəbulunu blokada edir, 
sonda qrupu normal inkişafdan saxlayır və onu durğunluğa gətirib çıxarır. 
Digər tərəfdən, inteqrasiya tendensiyası (prosesləri) üstünlük təşkil edən qrup isə sosial 
həyata o qədər açıq olur ki, öz maraqlarını kifayət qədər müdafiə edə bilmir. Bu qruplar digər 
qruplara öz qrupdaxili proseslərinə həddən artıq müdaxilə etmələrinə imkan verdikləri üçün öz 
sosial sabitliyini və həyat fəaliyyətini tez itirir. 
Qruplararası  differensasiya  və  inteqrasiya  proseslərində  balansın  saxlanması  qrupun 
uzun müddət mövcud olması və inkişaf etməsində mühüm rol oynayan amillərdir. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin