Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə181/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   177   178   179   180   181   182   183   184   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

3. Qruplararası qavrayış  
Qrupun  bir  bütöv,  tam  halda  sosial  qavrayışın  (persepsiya)  subyekti  kimi  qəbul 
olunması  sosial  psixologiyada  sosial  perseptiv  proseslərin  qruplararası  səviyyədə  təhlilinin 
tamamilə  yeni  ifadəsini  müəyyən  edir.  Bu  sahədə  aparılan  ən  geniş  tədqiqatlar  Aqeyevə 
məxsusdur.  Aqeyev  “Qruplararası  münasibətlər” kitabında  qruplararası  qavrayış  problemini 
geniş planda tədqiq edərək onun müxtəlif cəhətlərini şərh etmişdir və qrupu sosial qavrayışın 
subyekti  olaraq  qəbul  edilməsinin  struktur  xüsusiyyətlərini  açıqlamışdır.  Həmin  tədqiqatçı 
qruplararası  qavrayışla  şəxsiyyətlərarası  qavrayışı  müqayisə  edərək  qruplararası  qavrayışı 
qruplararası qarşılıqlı əlaqə konteksində təhlil etmiş, eləcə də, qruplararası qarşılıqlı əlaqəni 
qruplararası yarış şəraitində tədqiq etmişdir. Apardığı eksperimentlərdə qruplararası qavrayışın 
xarakterik  cəhətləri  yarış  şəraitində  tədqiq  olunmuş  və  qruplararası  yarışda  qrupun 
müvəffəqiyyət və uğursuzluğunun qruplararası qavrayışa təsirini eksperimentlərin nəticələrinə 
əsasən şərh etmişdir. Həmin mütəxəssis öz eksperimentlərində qarşılıqlı fəaliyyət amillərinin 
qruplararası  qavrayışın  adekvatlığına  təsirini  də  tədqiq  etmişdir.  Aqeyevin  apardığı 
tədqiqatların nəticələri barədə müəyyən məlumat vermək bu problemi aydın təsəvvür etməyə 
imkan verir. 
Aqeyevin  fikrincə,  qavrayışın  tamlığı  qruplararası  qavrayışın  spesifik  struktur 
xarakteristikasıdır.  Burada  “tamlıq”  sözü  sosial  persepsiyanın  yalnız  o  proseslərində  qəbul 
oluna bilər ki, burada qrup bir bütöv kimi qavrayış subyekti olsun. 
Qruplararası  qavrayışın  digər  struktur  xarakteristikası  onun  “unifikasiyası”dır.  Əgər 
tamlıq”  anlayışı  qruplararası  qavrayışın  subyektinə  aiddirsə,  “unifikasiya”  anlayışı  onun 
obyektinə aid edilir. Subyekt - qavrayan qrup, obyekt - isə qavranılan qrupdur. Tamlıq və 
unifikasiya qruplararası qavrayışın ən ümdə struktur xüsusiyyətləridir. Qruplararası qavrayış 
prosesində  başqa  qrup  haqqında  hər  hansı  təsəvvürlər  bütövlükdə  qrupun  bütün  üzvlərinə 
keçirilir və bu, şəxsiyyətlərarası qavrayışa nisbətən daha asan və avtomatik olur. Qruplararası 
perseptiv  proseslər  şəxsiyyətlərarası  sosial  perseptiv  proseslərdən  (1)  sabitliyinə,  (2) 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin