Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə20/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
11
görüşlər,  bir  tərədən,  miflərdə,  nağıllarda,  atalar  sözlərində,  digər  tərəfdən  ədəbiyyat  və 
incəsənət  əsərlərində  bilavasitə  əks  olunurdu.  Dövrün  görkəmli  mütəfəkkirlərinin  (Platon, 
Aristotel,  Hobbs,  Lokk,  Helvetsi,  Hegel,  Feyerbax  və.  b.)  traktatlarında  da  sosial-psixoloji 
görüşlər özünəməxsus ölçülərlə açıqlanırdı.  
İntibah dövründə insanı artıq dünyanın modeli kimi dəyərləndirdilər. Şəxsiyyət anlamı 
əmələ  gəlirdi.  «Mən»  obrazı  ədəbiyyat  və  incəsənət  əsərlərində  geniş  təsvir  olunurdu.  Bu 
kökdə də, sosial-psixoloji təfəkkür tipi tədricən formalaşırdı və inkişaf edirdi.  
Azərbaycanda psixoloji fikrin çox qədim tarixi vardır. İlk sosial-psixoloji təsəvvürlərin 
təşəkkülü  xalqın  qədim  adət-ənənə,  mərasim  və  ayinləri,  əyləncə  və  oyunları  ilə  bağlı 
olmuşdur. Ailə və məişət (toy, yas və s.) mərasimlərində kütləvi sosial-psixoloji hadisələrin 
maraqlı xarakteristikalarına təsadüf edilir. Xalqın həyat müşahidələrinə və empirik təcrübəsinə 
əsasən  əldə  edilən  psixoloji  biliklər  məişət  təsəvvürləri  və  təsviri  bilik  səviyyəsində,  ilk 
növbədə, şifahi xalq yaradıcılığı və bədii ədəbiyyat nümunələrində əks etdirilmişdir.  
Azərbaycan şifahi xalq ədəbiyyatı bu baxımdan diqqəti cəlb edir. Keçəl, Küpəgirən qarı. 
Kosa  obrazları  uzun  müddət  həm  də  xalqın  müəyyən  sosial  etalon  və  stereotiplərini  ifadə 
etmişdir. Azərbaycan lətifələrində elin-obanın müxtəlif sosial- psixoloji hadisələr haqqındakı 
ictimai  rəyi  özünün  parlaq  ifadəsini  tapmışdır.  Molla  Nəsrəddin,  Bəhlul-Danəndə  xalqın 
«sosial-psixoloji hafizəsində» «insan sərrafı» kimi məhşurlaşmışdılar; onlar, necə deyərlər, əsl 
praktik sosial psixoloqlar idilər. Ayn-ayrı adamlara müəyyən ləqəblərin verilməsi də sosial- 
psixoloji baxımdan son dərəcə maraqlı hadisələr idi.  
Hələ  e.ə.  2-1’ci  minilliklərdə  «Avesta»da  ruh  və  psixi  hadisələr  haqqında  müxtəlif 
məzmunlu təsəvvür və ideyalar öz əksini tapmışdır.  
«Kitabi-Dədə Qorqud» dastanlarında insanın müxtəlif emosional halətləri təsvir edilmiş, 
davranış  normalarında  özünü  büruzə  verən  xəyanət,  həsəd,  qorxaqlıq,  fərarilik  kimi  mənfi 
emosional sifətlər tənqid edilmişdir.  

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin