Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 16
qüvvə sahəsi ilə qarşılıqlı təsirdədir.
Şəxsiyyətin dinamikliyi qrup dinamikasına və aktivliyinə də şamil edilmişdir. K. Levinin
fikrincə qrup davranışı, onun səmərəliliyi, qrup daxilindəki qarşılıqlı münasibətdən, onun
dinamikasından, ümumi atmosfer, şübhəsiz ki, onun fəaliyyətinə də təsir edir. Lakin belə bir
xüsusi haldan universal siyasi nəticə çıxarmaq olmaz. K. Levinin başlıca səhvi də məhz bundan
ibarət olmuşdur.
Müasir dövrdə sosial psixologiya xarici ölkələrdə ümumi nəzəri və ümumi metodoloji
cəhətdən bir sıra cərəyanların və psixoloji məktəblərin təsiri altında inkişaf edir. Buraya
biheviorizm və neobihevirizm, freydizm və neofreydizm, koqnitiv psixologiya, inteaksionizm
və s. daxildir. Bütün bu cərəyanların hamısı üçün ən ümumi nöqsan ictimai hadisələrin
mahiyyətini düzgün şərh etməmək, onu psixolojiləşdirmək, yəni cəmiyyətin iqtisadi-siyasi
quruluşunu nəzərə almamaq, ictimai şüurun ictimai varlıq tərəfindən təyin edildiyini psixoloji
faktların təhlilindən sərfnəzər etmək və s. olmuşdur.
Sosial psixologiya öz inkişafının üçüncü mərhələsini sosial psixologiyanın inkişafının
eksperimental dövrü kimi xarakterizə edirlər. Bu dövrün birinci mərhələsi (1908 - 1945) Qərb
ölkələrinin sosial psixoloji fikrində Amerika sosial psixologiyasının fəlsəfi köklərini