Moreno olmuşdur. O həmin qrupları tədqiq etmək üçün sosiometriya metodundan istifadə
etmişdir. Onun tədqiqatının nəzəri əsasları ciddi nöqsanlara malikdir. Lakin təklif etdiyi
tədqiqat metodu və materialların təhlili yolları diqqəti cəlb edir. Çünki həmin metodun köməyi
ilə qrup daxilindəki şəxsiyyətlərarası münasibətləri asanlıqla öyrənmək mümkündür.
Amerikada sosial-psixologiyanın vüsətli inkişafında görkəmli alman sosial psixoloqları
- Kurt Levin və başqalarınında mütərəqqi rol oynayırdı. 30’cu illərdə K. Levin əməkdaşları
ilə birlikdə “Rəhbərlik üslubu” məsələlərinə aid tədqiqatlar aparmışdır. Həmin tədqiqatlarda
istehsalın müvəffəqiyyətlə idarə edilməsi üçün müxtəlif rəhbərlik üslublarının əhəmiyyəti
aşkar edilmişdir. Lakin mahiyyət etibarilə K. Levin də öz tədqiqatlarında kiçik qrupları əsas
götürmüşdür. Onun fikrincə cəmiyyətin öyrənilməsində kiçik qruplar model rolunu oynaya
bilər. Belə çıxır ki, cəmiyyət guya kiçik qrupların mexaniki yığımıdır. K. Levinin irəli sürdüyü