Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
19
konstruksionizm insan münasibətləri praktikasının əxlaqi kontekstdə öyrənilməsinə böyük
əhəmiyyət verir.
60-70’ci illərdə Avropa sosial-psixologiyasında keyfiyyət dəyişiklikləri özünü göstərir.
Bir tərəfdən, (1) Amerika sosial-psixologiyası müxtəlif istiqamətlərdə tənqid olunmağa
başlayır. Digər tərəfdən, (2) sosial psixologiyanın metodoloji məsələləri təhlil olunur
(J.Stensel, S.Moskoviçi, Q.Tecfel, Q.Qibş, M.Forbrq, K.Xolskamp və b.) S.Moskoviçi
göstərirdi ki, (3) «mədəniyyət ünsiyyətdə və onun vasitəsilə yaradılır».
Sosial həyat - həm
ünsiyyətin, həm də ideologiyanın əsasıdır. Məhz bu hadisələrin öyrənilməsi sosial
psixologiyanın başlıca vəzifəsi olmalıdır.
60’cı illərdən başlayaraq Moskva psixoloji məktəbi xüsusilə kollektivin psixologiyası və
şəxsiyyətlərarası ünsiyyət problemləri istiqamətində uğurlu nailiyyət-lər əldə etmişdi.
60-70’ci illərdə Azərbaycan psixologiyasında şəxsiyyətlərarası münasibətlər sistemli
öyrənilmişdir. Bu araşdırmalarda iki cəhət xüsusilə diqqəti cəlb edir.
1. Tədqiqat prosesində
sosiometriya dünya təcrübəsində ilk dəfə olaraq Ç.Osqudun
«
Semantik diferensial» metodu ilə qarşılıqlı əlaqədə tətbiq olunmuşdur. Bu sosiometrik
seçmənin nüvəsini araşdırmaq, seçilənlərlə seçənlərin psixoloji portretini müəyyənləşdirmək
imkanı vermişdi.
2. Tədqiqatda şəxsiyyətlərarası münasibətlər
cinsi fərqlər aspektində təhlil olunmuşdur.
Tədqiqatın materialları əsasında ilk dəfə olaraq
psixi (psixoloji)
cins anlamı formalaşmışdır.
Bu anlam Gender probleminin öyrənilməsi üçün xüsusi əhəmiyyətə malikdir.
90’cı illərdə Azərbaycan sosial psixologiyasında eksperimental tədqiqatlar sahəsində
uğurlu addımlar atılmış, iki fundamental tədqiqat aparılmışdır. B.H.Əliyev «
Cinayət və mülki
Dostları ilə paylaş: