strukturlar həlledici rol oynayır. (C.Bruner, U.Naysser, R.Atkinson və b.). Bu baxımdan
koqnitiv psixologiya hafizə və təfəkkürün təşkilində biliklərin rolunu öyrənir. Bununla bərabər,
həmin cərəyan şəxsiyyəti, fərdi fərqləri, emosiyaları və s. koqnitiv nəzəriyyə baxımından təhlil
edir. Əgər biheviorizm «reaksiya göstərən insan modelinə» əsaslanırdısa, koqnitiv
psixologiyada «düşünən insan» (F.Şixirev) modeli formalaşmışdı. İnsanın sosial-psixologiyası
da bu model kökündə araşdırılırdı.
Koqnitivizmin çərçivəsində iki görkəmli Amerika psixoloqunun - Kurt Levin və Leon
Festingerin görüşləri formalaşmışdır. Kurt Levin qrup dinamikası, şəxsiyyətlə qrupun
qarşılıqlı təsiri, liderlik və rəhbərlik, qrupdaxili və qruplararası konfliktlərin həlli kimi aktual
problemlər sahəsində klassik tədqiqatlar aparmışdır. Leon Festinger insanın fərdi və sosial
davranışının əsası kimi koqnitiv uyğunluq nəzəriyyəsinin fomıalaşmasında müəyyənedici rol
oynamışdır. Sosial idrakın mexanizmləri (S.Aş, D.Kreç və R.Kraçfild), kommunikasiya və