Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
17
sonralar həmin məqaləni «
biheviorizmin manifesti» adlandırdılar.
Biheviorizmin əsas müddəaları aşağıdakılardan ibarətdir: (1) psixologiya guya şüuru
deyil, davranışı öyrənməlidir (cərəyanın adı da buradan əmələ gəlmişdir, ingiliscə: behavior
davranış deməkdir). (2) Psixologiyanın əsas vəzifəsi yalnız müxtəlif şəraitdə davranışın
qanunauyğunluqlarını, qıcıqla orqanizmin cavab hərəkətləri arasındakı asılılığı öyrənməkdən
ibarətdir. Bihevioristlərə görə davranış ancaq xarici stimullarla (S) şərtlənən sekretor və əzələ
reaksiyalarından (R) təşkil olunmuşdur. (3) Davranışın təhlili ciddi surətdə obyektiv xarakter
daşımalı və bütün təbii elmlərdə olduğu kimi, zahirən müşahidə olunan fenomenlərlə
məhdudlaşmalıdır.
Beləliklə, (4) biheviorizm stimul (S) və reaksiya (R) arasındakı əlaqəni davranışın vahidi
kimi qəbul edir, sosial-psixoloji məsələləri də bu kontekstdə araşdırırdı. Onun
əsas konseptual
paradiqmaları belədir: davranış, stimul, reaksiya, möhkəmləndirmə (rəğbətləndirmə,
cəzalandırma), öyrənmə. Bihevioral sosial psixologiyada özünəməxsus aktiv təlim və qrup
psixoterapiyası (ilk növbədə, vərdişlər və bacarıqlar qrupu) təcrübəsi əmələ gəlmişdir.
Biheviorizmdə aşağıdakı sosial-psixoloji problemlər tədqiq olunmuşdur:
1.
sosial aqressiya və onun determinantlan (N.Miller, D.Dollard, A.Bandura).
2.
sosial öyrənmənin yollan və metodları (E.Tolmen, B. Skinner, A.Bandura).
3.
şəxsiyyətlərarası qarşılıqlı təsirin texnologiyası və onu şərtləndirən amillər (Q.Kelli,
C.Tiibo, X.Domans).
Koqnitivizm. Koqnitiv (latınca koqnition - bilik, idrak deməkdir) psixologiya 50-ci
illərin sonu və 60-cı illərin əvvəllərində əmələ gəlmişdir. Onun əsasını belə bir müddəa təşkil
edir ki,
psixoloji proseslərin cərəyanında və insan davranışında - biliklər, koqnitiv
Dostları ilə paylaş: