Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
sahə nəzəriyyəsi və qrup dinamikası geştalt psixologiya ilə biheviorizmin ünsürlərini özündə
birləşdirir. Sahə nəzəriyyəsi ən çox cəmiyyətin davranışının mənbəələrini aydınlaşdırmaqla
əlaqədardır. K. Levin biheviorizmin insan davranışını bəsit S è
R formulasına müncər
edilməsi ilə razılaşmamışdır. Onun fikrincə insan davranışı belə formulla ifadə edilə bilər: B
= F(P,E). Burada, B - davranışı, P - şəxsiyyəti, E - mühiti, F-funksional asılılığı bildirir. Bu o
deməkdir ki, şəxsiyyət robot, avtomat kimi S è
R formulu üzrə fəaliyyət göstərmir, əksinə
fəaliyyət dəyişkəndir. Bu dəyişiklik isə xeyli dərəcədə şəxsiyyətin öz qüvvələri (onun fəallığı
nəzərdə tutulur), tələbatları vasitəsilə təyin edilir ki, bunlar da öz növbəsində ətraf mühitin