Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə271/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   267   268   269   270   271   272   273   274   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
142
də  qrup  və  ya  kollektivlərdə  insanların  qarşılıqlı  münasibətlərini  öyrənmədən  idarəetmənin 
psixoloji  problemlərini  həll  etmək  mükün  deyildir.  Ayrı-ayrı  kollektivlər  isə  cəmiyyətin 
özəyini təşkil edir.  
İnsanların  qarşılıqlı  münasibətlərinin  təkmilləşdirilməsinin  psixoloji  problemləri 
aşağıdakı  istiqamətlərdə  formalaşır:  alıcı-satıcı,  sərnişin-bələdçi,  inzibati  xidmət 
münasibətləri,  xəstə-tibbi  personal,  vətəndaş-məişət  xidməti,  gənclər-yaşlılar,  uşaqlar-
valideynlər,  ictimai  yerlərdə  insanların  qarşılıqlı münasibəti,  şəhərlər,  müəssisələr  və  başqa 
kollektivlər arasında qarşılıqlı əlaqələr, müxtəlif peşələrin sosial statusu və onların qarşılıqlı 
münasibətlərinin psixoloji problemləri, sosial-psixoloji iqlim və s. 
Idarəetmə  fəaliyyətində  reallaşan  idarəetmə  münasibətləri,  eyni  zamanda,  psixoloji 
münasibətlər kimi çıxış edir. Belə ki, idaər edənlə idarə olunanlar arasında yaranan idarəetmə 
münasibətlərinin  xarakteri  və  rəhbərin  işçilərə  göstərdiyi  emosional-iradi  təsiri  onun  şəxsi 
keyfiyyətlərindən, psixoloji hazırlığından, kommunikativ keyfiyyətlərindən, ona xas olan fərdi 
idarəetmə üslubundan çox asılı olur. 
Idarəetmə spesifik fəaliyyət forması olub mürəkkəb, çoxcəhətli hadisə kimi xarakterizə 
olunur. Mürəkkəb sistem olan idarəetmədə insan  amili, mənəvi-psixoloji amillər xüsusi yer 
tutur.  Ümumiyyətlə,  idarəetmə  psixologiyası  idarəetmə  fəaliyyətinə  və  idarəetmə 
funksiyalarına insanın mənəvi-psixoloji prizmasından yanaşır və idarəetmədə insan amilinin 
fəal-yaradıcı, tənzimləyici rolunu öyrənir. 
Idarəetmə  psixologiyası  uzun  müddət  sosial  psixologiyanın  bir  sahəsi  hesab  edilirdi. 
Psixologiya  elminin  müasir  inkişaf  mərhələsində  idarəetmə  psixologiyası  tədricən  onun 
nisbətən  müstəqil  sahələrindən  birinə  çevrilir.  Bu  gün  idarəetmə  psixologiyası  sosial 
psixologiya  ilə  yanaşı  əmək  və  mühəndis  psixologiyası,  differensial  psixologiya  və  s.-nin 
metodlarından və nailiyyətlərindən geniş istifadə etsə də, bütün prolemlərin həllində onların 
sosial-psixoloji aspektlərinə xüsusi diqqət yetirilir. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin