Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
141
başçısına çevrilir ki, onun mənəvi nüfuzu həyat yoldaşı tərəfindən qəbul edilir. Bu proses,
adətən, müxtəlif konfliktlərlə müşayiət olunur. Bəzi müəlliflər onu nigah adaptasiyası, bəziləri
isə hətta obrazlı şəkildə “
ailə hakimiyyəti uğrunda mübarizə” kimi xarakterizə edirlər. “
Psixi
zərbə” amili də, adətən, bu zaman özünü göstərir. Ailənin formalaşdığı ilk mərhələdə açıq və
gizli münaqişələrin tez-tez təzahür etməsi də bununla bağlıdır.
A.N.Leontyevin sözləri ilə desək, insan “əsl insani xassələrə və qabiliyyətlərə” ancaq
mədəniyyətin mənimsənilməsi nəticəsində yiyələnir. Cinsi münasibət mədəniyyətinə ümumi
mədəniyyətin mühüm tərkib hissələrindən biri kimi yanaşmaq və onu məhz bu kontekstdə izah
etmək lazımdır. Cinsi mədəniyyət bütün aydınlığı ilə insan münasibətləri sahəsində, həm də
sadəcə olaraq ərin arvada və ya arvadın ərə münasibətində deyil, “kişi-qadın” tipli
münasibətlərdə təzahür edir. Bu baxımdan hisslər, ünsiyyət, davranış, nitq, iradə mədəniyyəti
və s. əhəmiyyətini, bunlarla əlaqədar olaraq kişi və qadına verilən tələbləri, kişi və qadın
mədəniyyətinin özünəməxsus çalarlarını xüsusi qeyd etmək lazımdır.
Hər bir ailə təkrarolunmazdır. Ailə xidməti üçün bu fakt prinsipial əhəmiyyətə malikdir:
həmin xidmət hər bir konkret ailəyə və onun ayri-ayri üzvlərinə fərdi yanaşır, geniş
psixoprofilaktik iş aparır, ailənin dağılmasını, ailə üzvləri arasındakı uyğunsuzluğu, ailə
üzvlərində alkoqolizmin, əsəb xəstəliklərinin əmələ gəlməsinin şərtləndirən sosial-psixoloji
səbəbləri müəyyən edib aradan qaldırır.
Dostları ilə paylaş: