Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
5. Korrelyasiya metodu Korrelyasiya metodu - özünəməxsus texnikadır. Korrelyasiya metodu vasitəsilə iki və ya
daha çox kəmiyyət sistematik surətdə ölçülür və onların arasında təbii surətdə əmələ gələn
qarşıqlı münasibət müəyyən olunur. Müəyyən olunmuş mühüm kəmiyyətlər korrelyasiya
metodu vasitəsilə təbii surətdə öyrənilir. Müşahidə metodunda olduğu kimi tədqiqatçı çox vaxt
adamların davranışını bilavasitə müşahidə edir.
Məsələn. Psixoloq korrelyasiya metodu vasitəsilə uşaqların aqressiv davranışı ilə
zorakılığı göstərən televiziya verilişlərinin qarşılıqlı əlaqəsini yoxlamaq imkanına malikdir. Bu
kəmiyyətlər arasındakı korrelyasiyanı bilavasitə müşahidə etmək əslində mümkün deyil.
Bəs həmin kəmiyyətlər arasındakı əlaqə korrelyasiya metodu ilə necə müəyyən olunur?
Bunu D. Mayersin təfsirində bir misalla izah edək.
Sosial psixoloqlar bir araşdırma zamanı iki önəmli kəmiyyət müəyyən etmişlər:
a) adamların sosial iqtisadi statusu
b) adamların sağlamlığı