Microsoft Word Sosial Psixologiya docx


Müşahidə metodunun üstünlükləri



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə45/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Müşahidə metodunun üstünlükləri: 
1. Hadisələrin gedişatını qeydə almağa imkan verir. 
2. Sınanılanlarda ustanovka yaranmır. 
Müşahidə metodunun çatışmayan cəhətləri: 
1. Subyektivlik amilinin olması interpritasiya zamanı (tədqiqatçının şəxsi xüsusiyyətləri, 
ustanovkası, keçmiş təcrübəsi, emosional vəziyyəti və s.) 
2. Bəzən sınanılanların onlar üzərində müşahidə aparıldığını bilməsi. 
3. Daxildən müşahidə zamanı adaptasiya. 


Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
24
4. Çox vaxt sərf olunur və hər şeyidə müşahidə etmək mümkün deyildir.  
Müşahidənin nəticələri, etibarlı, əsaslanmış və dəqiq olmalıdır. Adətən sosial psixoloji 
tədqiqatlarda müşahidədən ayrı-ayrılıqda deyil, eksperiment, sorğu, sənədlərin öyrənilməsi və 
başqa metodlarla birlikdə istifadə olunur. 
4. Arxiv materiallarının təhlili  
Arxiv materiallarının təhlili - müşahidənin özünəməxsus növü hesab edilir. Bu zaman 
tədqiqatçı  arxiv  materialları,  məs.  gündəlikləri,  romanları,  jurnal  və  qəzetləri,  toplanılmış 
sənədləri nəzərdən keçirir və onların məzmununu təsvir edir. Əgər tədqiqatçının məqsədi hər 
hansı sosial fenomeni təsvir etməkdən ibarətdirsə, müşahidə bu baxımdan ən səmərəli üsuldur. 
Lakin onun məhdud cəhətləri və çatışmamazlıqları da vardır. Əvvala ona görə ki, davranışın 
müəyyən  növlərini  sadəcə  olaraq  müşahidə  etmək  mümkün  deyil,  məsələn  intim  həyat 
hadisələrini. Bundan başqa müşahidə üsulu bir qayda olaraq hələ öyrənilən sosial fenomenlərin 
mahiyyətini,  sosial-psixoloji  qanunauyğunluqlarını  açıqlamaq  imkanı  vermir.  Bu  məsələləri 
araşdırmaq üçün tədqiqat prosesində müşahidə üsulları ilə birlikdə korrelyasiya və eksperiment 
metodlarından istifadə olunur. 
Məsələn. Uşaqlar televizorda müxtəlif zorakılıq hallarını görürlər. Görəsən, bu zorakılıq 
hallarının  miqdarı  ilə  uşaqlarda  müşahidə  olunan  aqressivlik  halları  arasında  əlaqə  var?  Bu 
sualı müşahidə üsulu vasitəsilə açıqlamaq mümkün deyil. Onu araşdırmaq üçün korrelyasiya 
metodundan istifadə etmək lazımdır. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin