Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Çöl eksperimentləri. Eksperimentin özünəməxsus bir forması çöl eksperimenti sayılır.
Çöl eksperimentində laboratoriya eksperimentindən fərqli olaraq adamların davranışı təbii
şəraitdə öyrənilir. Çöl eksperimenti sosial-psixoloji eksperimentin xarici validliyini
yüksəltməyin ən yaxşı vasitəsi sayılır.
Sosial psixologiyada müxtəlif çöl ekperimentləri aparılmışdır. Biz Latans və Darlinin
laborator eksperimenti ilə yuxarıda tanış olmuşduq. Onları bir məsələ maraqlandırırdı: Görəsən
insanların bir-birinə kömək göstərməsi bilavasitə qrupun həcmindən asılıdır? Latans və Darli
bu fərziyyəni çöl eksperimentləri vasitəsilə yoxlamışlar. Eksperiment Nyu-Yorkun ətrafında
münasib maqazinlərdən birində təşkil olunmuşdur (satıcının və maqazin administrasiyasının
razılığı ilə). İki " oğru" maqazinə daxil olur və s. Bu eksperiment hüquq psixolgiyası
kontekstində təşkil olunmuşdu. Psixoloqları eksperimental şəraitdə şahid ifadələrinin
xüsusiyyətlərinin öyrənilməsi maraqlandırırdı. Eksperiment hüquq psixolgiyası axarında
aparılsa da mahiyyət etibarilə sosial-psixoloji eksperiment idi. Onun nəticələri insanların bir-
birini qavraması yönümündə xüsusi əhəmiyyətə malik idi. Eksperiment aydın şəkildə göstərir
ki, ekstremal şəraitdə insanların bir-birini qavramasında situaitiv amillərlə şərtlənən
xüsusiyyətlər əmələ gəlir.