Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
7. Sosial psixoloji tədqiqatlarda sorğu metodu və onun növləri Sorğu metodu - sosial psixologiyanın əsas metodlarından biridir. Burada ilk məlumat 2
cür: bilavasitə - (müsahibə, intervyü) və vasitəli (anket) formada alınır. Sorğu aparılan adama
respondent deyilir. Sorğu metodunun aparılmasına az vaxt sərf olunur. Sosioloji sorğu ilə
sosial psixoloji sorğunu fərqləndirmək lazımdır; Sosioloji sorğunu ayrı-ayrı faktlar, sosial
psixoloji sorğunu isə faktların psixoloji mexanizmləri maraqlandırır. Sorğu metodunun ən çətin
cəhəti etibarlı və əsaslanmış informasiya almaqdır. Buna isə respondentin ustanovkasının
olması və ya olmaması (cavab verərkən), respondentlə kontaktın yaranması, eksperimentatorun
şəxsi keyfiyyətləri, bacarığı təsir göstərir. Deməli alınan informasiya subyektiv xarakter
daşıyır. Sorğu qrup şəklində və fərdi formada aparıla bilər. Əyani və qiyabi, şifahi və yazılı
formada aparıla bilər.