Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 23
Daxildən müşahidə - zamanı tədqiqatçı müəyyən müddət ərzində eksperimental qrupun
üzvü olur. Məsələn müəllim dərsdə, gəzintidə, düşərgədə, iməcilikdə, yarış zamanı və s. Bu
müşahidə kənardan müşahidədən daha çox üstünlüyə malikdir.
Kənardan müşahidə - bu müşahidə prosesində tədqiqatçı sınanan qrupun üzvü olmur
və müşahidəni kənardan aparır. Kənardan müşahidə daxildən müşahidəyə nisbətən daha dəqiq
planlaşdırılmalı və təşkil olunmalıdır. Müşahidənin bu növündən əksər hallarda tədqiqatın
proqramını hazırlayarkən, yaxud fərziyyənin dəqiqləşdirilməsində, konkret tədqiqat
metodlarının seçilməsində və eləcədə bu və ya digər reallığın elmi şərhində istifadə olunur.
Açıq müşahidə - məktəb praktikasında tez-tez istifadə olunur, bununda spesifikliyi
ondan ibarətdir ki, sınanılanlar onların üzərində müşahidə aparıldığını bilirlər.
Gizli müşahidə - zamanı isə sınanılanlar bilmirlər ki, onların üzərində müşahidə aparılır.
Bu zaman maqnitofonlardan, gizli kino kameralardan, xüsusi otaqlardan istifadə olunur ( etika
normalarını nəzərə almaq şərtilə )
Çöl müşahidə - müşahidə obyekti real sosial proses olur və adamların davranışı təbii
şəraitdə öyrənilir. Çöl müşahidəsi sosial psixoloji eksperimentin xarici validliyini yüksəltməyin ən yaxşı vasitəsidir.