Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə67/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
35
ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun 
gələcək davranışının istiqamətini proqnazlaşdırmağımız heç kimdə şübhə doğura bilməz.  
Bütün qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, psixi inkişaf iki mərhələdən keçir 
və onun iki səviyyəsini ayırd etmək olar.  
1. Təbii səviyyə 
2. Mədəni səviyyə  
Təbii səviyyə - psixikanın filogenezdə bioloji təkamülünün məhsuludur. Mədəni səviyyə 
- psixikanın növün ontogenezdə mədəni – tarixi inkişafının məhsuludur. 
Psixikanın  yüksək  səviyyəsi  fərdin  öz  mədəni  dünyasını  yaratmaqla  meydana  gəlir, 
həmin dünyanı inikas etdirmək zərurətindən yaranır və öz növbəsində mədəni və təbii aləmin 
yeni  keyfiyyətdə  dərk  edilərək  dəyişilməsinə  səbəb  olur.  Beləliklə,  insan  üçün  “dünyanın 
mənzərəsi” və “obrazı” yaranır. Insanın “dünyanın obrazını” necə yaratmasından asılı olaraq 
onun öz “dünyasının obrazı” təşəkkül tapır. Bu iki obraz arasındakı əlaqə və asılılıq dialektik 
vəhdət təşkil eədrək bir-birlərini şərtləndirirlər. 
Insanın  həmin  dünyaya  daxil  olması,  daha  doğrusu,  həmin  dünyadakı  münasibətlər 
sisteminə  daxi  olması  və  o  münasibətləri  mənimsəməsi  və  dərk  etməsi  fərdin  şəxsiyyətə 
çevrilməsi,  şəxsiyyət  kimi  inkişafı  prosesidir.  Fikrimizcə,  fərd  dünyanın  mənzərəsini 
yaradarkən  həmin  sistemdə  sərvət  dəyərlərini  hansı  ardıcıllıqla  düzürsə,  həmin  ardıcıllıqda 
mənimsəyərək  özünün  sərvət  dəyərləri  sistemini  yaradır.  Ona  görə  şəxsiyyətin  psxioloji 
mahiyyətini  araşdırmaq  üçün  bu  iki  “obrazın”  psixoloji  mahiyyəti,  mexanizm  və 
qanunauyğunluqları öyrənilməlidir.  
Şəxsiyyət  -  bioloji,  sosial  və  psixoloji  münasibətləri  inteqrasiya  edərək  fərdin 
özünəməxsus simasının yaranması prosesidir. Məhz bu ierarxik münasibətlər sistemi inteqrativ 
bir keyfiyyət kimi şəxsiyyəti səciyyələndirir. (Prof.B.Əliyev).  
Şəxsiyyət  -  keçmişin  şüursuz  meylləri  və  gələcəyə  şüurlu  yönəlmənin 
qarşılaşdırılmasının imkan və təzahür vasitəsidir. (Prof. S.Seyidov).  
Ümumiyyətlə, şəхsiyyət dеdikdə, hər şеydən əvvəl, fərdi bu və yа digər cəmiyyətin üzvü 
kimi хаrаktеrizə еdən sоsiаl kеyfiyyətlərin sistеmi nəzərdə tutulur. О, münаsibət subyеktinə
şüurlu fəаliyyət subyеktinə çеvrilir. Yəni, şəхsiyyət аncаq şüur və mənlik şüurunun yаrаnmаsı 
ilə  birlikdə  əmələ  gəlir.  Şəхsiyyət  –  yüksək  düşüncəsi,  öz  hərəkət  və  dаvrаnışlаrı  üçün 
məsuliyyət  hissini,  şəхsi  ləyаqəti  və  bаşqа  yüksək  mənəvi  kеyfiyyətləri  özündə  birləşdirən 
insаndır. Şəхsiyyət – müstəqil, sоsil, fəаl оlаn аdаmdır. Əgər şəхsiyyət öz mаhiyyətinə görə 
sоsiаldırsа, mövcudluq üsulunа görə fərddir. 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin