Hörmətə olan tələbat (səlahiyyət, müvəffəqiyyət əldə etmək, bəyənilmək,
tanınmaq, nüfuz sahibi olmaq);
5.
İdrak tələbatları (bilmək, bacarmaq, anlamaq, tədqiq etmək);
6.
Estetik tələbatlar (harmoniya, intizam, gözəllik);
7.
Özünüaktuallaşdırmaya tələbat (özünün məqsəd və qabiliyyətlərini həyata
keçirmək).
3. R.Meyyin ekzistensional psixologiya nəzəriyyəsi Nəhayət, şəxsiyyətin humanistik nəzəriyyələrinə R.Meyyin (1909-1994)
ekzistensional psixologiya nəzəriyyəsi də daxildir. Bu nəzəriyyə humanistik
psixologiyanın istiqamətlərindən birini təşkil edir.
Ekzistensional psixologiyanın öyrəndiyi sahələr aşağıdakılardan ibarətdir:
1) zaman, həyat və onun problemləri;
2) azadlıq, məsuliyyət və seçmə problemləri;
3) ünsiyyət, məhəbbət və tənhalıq problemləri;
4) yaşamağın, mövcud olmağın mənasını axtarmaq problemləri.
Ekzistensional psixologiya konkret insanın şəxsi təcrübəsinin ümumi sxemə uyğun
gəlməməsinin unikallığını qeyd edir. Ekzistensional psixologiya-nın əsas
məqsədlərindən biri şəxsiyyətin autentiklik - onun həyatdakı varlığının onun daxili
təbiətinə uyğunluğu probleminin həllindən ibarət olmuşdur. Müasir ekzistensional
psixologiyanın təcrübəsində psixoanalizin bir çox nailiyyətlərindən istifadə olunmuşdur.