Microsoft Word Sosial Psixologiya docx


Karl Yunqun şəxsiyyət tipologiyası



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə123/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   119   120   121   122   123   124   125   126   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

4. Karl Yunqun şəxsiyyət tipologiyası
İsveçrə  psixoloqu  Karl  Yunq  (1875-1967)  öz  sistemini  analitik  psixologiya
adlandırmışdır.  K.Yunq  ekstraversiya  və  intraversiya  anlayışlarını  şəxsiyyətin


Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
61
tipologiyasının  əsası  kimi  psixologiyaya  daxil  etmış,  ekstravertiv  və  intravertiv  tipləri
xarakterizə etmişdir.
Ekstravertiv şəxsiyyət - özünün bütün maraqlarını xarici aləmə yönəltdiyi
İntravert şəxsiyyət – bütün maraqları, bütün həyat enerjisi özünə, özünün daxili
aləminə yönəlmiş olur.
9. Şəxsiyyətin sosializasiyası
Şəxsiyyət probleminin olduqca mühüm cəhətlərindən birini şəxsiyyətin təşəkkülü,
formalaşması,  cəmiyyətə  daxil  olması  məsələsi  təşkil  edir.  Öz  nəzəri  və  əməli
əhəmiyyətinə görə bu problem şəxsiyyətin quruluşu problemində heç də az əhəmiyyətli
məsələ  deyildir.  Əlbəttə,  şəxsiyyətin  dəyişməsi  və  təşəkkülü  məsələsinin  tədqiqi
sahəsində xeyli iş görülmüşdür. Lakin şəxsiyyət probleminin dinamik cəhəti, başqa sözlə,
şəxsiyyətin  dinamikası  əsasən  şəxsiyyətin  tərbiyəsi,  təşəkkülü  baxımından
öyrənilmişdir. Ancaq nə şəxsiyyətə göstərilən müntəzəm, məqsədyönlü, planlı təsir, nə
də ümumiyyətlə şəxsiyyətin təşəkkülü prosesi, şəxsiyyət sosiallaşdıqca onda baş verən
bütün dəyişiklikləri əhatə etmir. Yəni, insanda baş verən bütün dəyişiklikləri yalnız təlim
–  tərbiyənin  təsiri  ilə  bağlamaq  olmaz.  İnsanın  cəmiyyətdə  fəaliyyət  sahəsi  olduqca
genişdir. O, insanın gündəlik yaşayışı ilə bağlıdır. İnsanın bir insan kimi yetişməsində,
böyüməsində,  təkmilləşməsində,  bir  sözlə,  sosiallaşmasında  bu  sahənin  rolu  olduqca
böyükdür.
Sosializasiya anlayışı elmi ədəbiyyata son zamanlarda daxil olmuşdur. Bəzi alimlər
bu  anlayışın  elmi  ədəbiyyata  gətirilməsinə  hətta  etiraz  etmişlər.  Onlar  belə  hesab
etmişlər ki, tərbiyəşəxsiyyətin təşəkkülü anlayışı sosializasiya anlayışını tamamilə
əhatə edir və ona görə də həmin sözü çəkinmədən tərbiyə və ya şəxsiyyətin təşəkkülü
ifadələri ilə əvəz etmək mümkündür. Bir müddət tərbiyə və sosializasiya anlayışları eyni
mənada, sinonim sözlər kimi də işləndi. Lakin bir qədər sonra məlum oldu ki, nə tərbiyə
sözü, nə də şəxsiyyətin təşəkkülü ifadəsi sosializasiya anlayışını tam şəkildə əhatə etmir.
Bəzi  alimlərin  fikrincə,  sosializasiya  fərdin  inkişafının  sosial  cəhətdən  şərtlənməsi
deməkdir. Lakin alimlərin böyük bir qrupu bu fikirlə razılaşmır. Onlar belə hesab edirlər
ki,  sosializasiyanın  mahiyyətini  insanın  insanlaşması  təşkil  edir.  Sosiallaşmanı  yalnız
fərdin  sosial  cəhətdən  şərtlənməsi  ilə  məhdudlaşdırmaq,  onu  sosial  təsirlərin  passiv
obyektinə  çevirirdi.  Əlbəttə,  bu  prosesdə  insan  sosial  təsirlərə  məruz  qalır.  Lakin,  bu
insan ilə cəmiyyət arasındakı qarşılıqlı əlaqə və münasibətlərin yalnız bir tərəfidir. İkinci



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin