3. Konformist tip – ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa,
onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır.
4. Tənha tip – həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan hənar
olmağa, ondan qaçmağa çalışır.
3. Şprangerin şəxsiyyət tipologiyası Şpranger şəxsiyyətdə əsas sərvət meyillərini götürürdü və o belə hesab edirdi ki,
hər bir insan öz sərvət meyilinin köməyi ilə dünyanı dərk edir. Şpranger bütün ideyalarını
“Həyat forması” adlı əsərində izah edir. Şpranger dünyanı dərk etmənin 6 formasını
qeyd edib. Onları bəzən həyat forması da adlandırırlar. Hər bir şəxsdə olan sərvət meyli
bəşəriyyətin sərvət meylinin məhsulu hesab edilir. 1) nəzəri tip, 2) ekonomik tip, 3)
estetik tip, 4) sosial tip, 5) siyasi tip, 6) dini tip.
1. Nəzəri tip - dərk etməyə can atır, dünyanın, insan münasibətlərinin dərk
olunması onun üçün əsasdır. Nəzəri tip dedikdə Ş-pran-ger tək alimi yox, istənilən sənət
sahibini nəzərdə tutur. Bu cür adam üçün əsas məsələ baş verən hadisə ilə onlar