Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə122/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   118   119   120   121   122   123   124   125   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
60
arasındakı  qanunauyğunluqların  dərk  olunmasıdır.  Özünü,  Platonu,  Kantı  bu  tipin
nümayəndəsi hesab edir.
2. Ekonomik tip - dərketmənin özündə mənfəət, xeyr axtarır. Amma Şpranger bu
tipi  eqoist  adlandırmır.  Ekonomik  tip  idrakda  həm  özünə,  həm  ailəsinə,  həm  də
bəşəriyyətə  fayda  axtarır.  Şpranger  buna  misal  olaraq  Lamertini  göstərir.  Əgər  Kant
bütöv başdırsa, Lamerti əldir. Ekonomik tip yaradıcı, nəzəri tip isə düşünən dərk edəndir.
3.  Estetik  tip  –  dünyanı  təəssüratlarla  dərk  edir.  Dünyanı  gözəllik  xilas
edəcəkdir - devizi məhz buna aiddir. Onlar hər zaman hər yerdə hər şeyi harmonik ya
da  qeyri-harmonik  şəkildə  qavrayırlar.  Ətrafda  hər  şey  harmoniyada  olanda  estetik
özünü rahat hiss edir. Pis olduqda isə əksinə narazılıq, diskomfort. Estetik tipə aid olanlar
ünsiyyətə daha çox meyllidir. Ən az ünsiyyətə malik olan nəzəri tipdir. Nəzəri tipə aid
olanlar özlərinə lazım olana cəhd edib, yalnız özlərini dərk edirlər.
4. Sosial tip – özünü başqasında tapmaq istəyən şəxsdir. Öz xoşvəxtliyini, həyatının
mənasını  başqasını  sevindirməkdə  görür  və  tapır.  Sosial  tipin  sevgisi  bütünlüklə
bəşəriyyətə yönəlib. Onun hər bir hərəkəti qayğı və sevgi ilə müşaiyət olunur. Sosial tip
qayğı,  kömək  göstərə  bilmədikdə  əziyyət  çəkir.  Belə  ki,  sosial  tip  hakimiyyətə  malik
olduqda həmişə ətrafdakılara kömək göstərir.
5.  Siyasi  tip  –  administrativdir,  hakimiyyətə  can  atır.  Şprangerə  görə  o
hakimiyyətdə olduqda yüksək tələblərə əməl etmək gücünə malikdir. Rəhbər olmaq üçün
tabe olmağı bacarmaq lazımdır. Şprangerə görə hakimiyyətə yalnız fiziki məcburiyyətlə
deyil,  həm  də  ruhi  yolla  gəlmək  olar.  Müharibə  siyasətin  başqa  vasitələrlə  davam
etdirilməsi  deməkdir.  Geniş  dairələrdə  hakim  olmaq  istəyən,  yalnız  öz  gücü  hesabına
keçinə bilməz. O hökmən öz gücünə kollektiv gücü də qoşmalıdır. Öz arxasına güclü qrup
toplaya bilən şəxs siyasi xadim olur.
6. Din tip – həyatın mənasını dərk etməyə çalışır. Bu tipə mənsub olan sübut edir
ki,  ilahi  qüvvə  idarə  edir  və  hər şeyin  səbəbi və  sahibi  ilahi  varlıqdır.  Şpranger  bu  tip
altında həm də tək dua edən insanı nəzərdə tutmur. Həmin adam heç nəyə sitayış etmir,
amma ən böyük həqiqətin yoxdan, ilahi varlıqdan yarandığını deyir.
Şpranger öz təsnifatı ilə demək istəyir ki, insanlar bir-birindən sərvət meylinə görə
fərqlənirlər.

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin