Microsoft Word Sosial Psixologiya docx


Sosializasiya  prosesinin  amillərinə



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə126/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   122   123   124   125   126   127   128   129   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Sosializasiya  prosesinin  amillərinə  ailə,  məktəbəqədər  uşaq  tərbiyə
müəssisələri,  məktəb  və  s.  aiddir.  Bu  amillərin  bir  hissəsi  fərdi  bilavasitə  əhatə  edən
mikromühitdə  (ailə,  məktəb  və  s.)  digər  hissəsi  isə  makromühitdə, sosial  müəssisə  və
təşkilatlar fəaliyyət göstərir.


Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
63
Sosializasiya  prosesinin  mərhələləri:  sosializasiya  prosesinin  mərhələləri
haqqında  müxtəlif  fikirlər  mövcuddur.  Məsələn,  çex  alimi  Yarovskinin  fikrinə  görə,
sosializasiyanın mərhələləri:
I mərhələsi - insan sosial münasibətlər və normalar sisteminə yiyələnir.
II mərhələsi - şəxsiyyətlərarası münasibətləri mənimsəyir.
III  mərhələdə  -  insan  mənəviyyatca  zənginləşir,  öz  qabiliyyət  və  istedadını  şəxsi
təcrübəsi əsasında inkişaf etdirir.
Rus alimi Q.M.Andreyeva da sosializasiya prosesini üç mərhələyə bölür:
1.  İlkin mərhələ - bu mərhələ uşaqlıq dövrünü əhatə edir.
2.  Marginal sosializasiya – yeniyetmənin sosializasiyası.
3.  Sabit və ya konseptual, ya da tam sosializasiya (17-18 yaşından 23-25 yaşadək)
Bu  təsnifatın  iki  nöqsanı  vardır.  Əvvəla,  mərhələlərin  hansı  əsasa  görə  seçilməsi
aydın  deyildir.  İkincisi,  Q.M.Andreyevanın  təsnifatında  sosializasiya  müəyyən  yaşla
məhdudlaşır. Müəyyən yaş dairəsinə aid edilir. Halbuki sosiallaşma prosesi ömürboyu
davam edən bir prosesdir.

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin