Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Sosializasiya multifaktorlu prosesdir: onların cəmiyyətlə inteqrasiyası
mürəkkəb və çoxcəhətli sosializasiya proseslərindən başlayır, bu proseslərin axarında da
inkişaf edir.
Cəmiyyət həyatının bənzərsiz rol repertuarları var. Uşaqlar doğulduqları gündən
komik, dramatik və ya faciəli rollar aləminə düşür, yazılmış qaydalardan çox yazılmamış
qaydaları ilə seçilən bu rolları ifadə etmək üçün zəruri olan təcrübəni mənimsəyirlər.
Ictimai təcrübənin mənimsənilməsi sosializasiya proseslərinin vektorunu təşkil edir.