1
STOMATOLOJİ TİBB MÜƏSSİSƏLƏRƏ (KABİNETLƏRƏ) DAİR
SANİTARİYA-GİGİYENA TƏLƏBLƏRİ
1. Ümumi müddəalar və tətbiq sahələri
1.1. “Stomatoloji tibb müəssisələrə (kabinetlərə) dair sanitariya-gigiyena tələbləri
(bundan sonra “Sanitariya qaydaları”) “Sanitariya-epidemioloji salamatlıq haqqında”
Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin 7 aprel 2009-cu il tarixdə təsdiq edilmiş və 16 aprel 2009-cu
il tarixdə Ədliyyə
Nazirliyində qeydə alınmış “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair
Qaydalar”a uyğun olaraq hazırlanmışdır.
1.2. Bu sanitariya qaydaları mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq
hüquqi şəxslər və stomatoloji yardım fəaliyyətini həyata keçirən fərdi sahibkarlar üçün nəzərdə
tutulmuşdur.
1.3. Bu sanitariya qaydaları stomatoloji yardım göstərmək və avadanlığın,
tibbi texnika
və tibbi təyinatlı məhsulların istismarı üçün nəzərdə tutulmuş bina və sahələrin
layihələşdirilməsi, tikintisi, yenidən qurulması fəaliyyətini həyata keçirən
hüquqi şəxslər və fərdi
sahibkarlar tərəfindən Azərbaycan Respublikası ərazisində icra etmək üçün məcburidir.
1.4. Sanitariya qaydaları stomatoloji tibbi müəssisələrin (kabinetlərin) – bundan sonra
“stomatoloji müəssisə”lərin yerləşdirilməsinə,
quruluşuna, avadanlıqla təchizatına, saxlanmasına,
sanitariya-epidemioloji rejimin gözlənilməsinə və tibbi personalın əmək şəraitinə dair tələbləri
müəyyənləşdirir.
1.5. Yeni stomatoloji müəssisələrin layihələşdirilməsi və tikintisi, mövcud olanların isə
yenidən qurulması bu sanitariya qaydalarının tələblərinə uyğun həyata keçirilməlidir.
1.6. Stomatoloji müəssisə Azərbaycan Respublikası qanunvericiliyi ilə
müəyyənləşdirilmiş lisenziyalaşdırma üçün müraciət edilən
tibbi fəaliyyət növlərinin, iş və
xidmətlərin həyata keçirilmə şəraitinin sanitariya tələblərə uyğunluğu haqqında dövlət sanitariya-
epidemioloji nəzarəti orqanlarının müsbət rəyinə malik olmalıdır.
1.7. Sanitariya qaydalara riayət edilməsinə Dövlət sanitariya-epidemioloji
nəzarəti həyata
keçirməyə səlahiyyətli olan ərazi gigiyena və epidemiologiya mərkəzləri həyata keçirir.
1.8. Hər bir stomatoloji müəssisə bu sanitariya qaydaların çap edilmiş nüsxəsinə malik
olmalıdır.
1.9. Sanitariya əks epidemik rejimin tələblərinə riayət edilməsinə görə məsuliyyət fərdi
sahibkarlara,
hüquqi şəxslərə, onların rəhbərlərinə və digər vəzifəli şəxslərə həvalə edilir.
1.10. Tibbi texnika, tibbi təyinatlı predmetlər, tikinti və bəzək materiallarının, eləcə də
istifadə edilən tibbi texnologiyanın Azərbaycan Respublikası ərazisində müəyyənləşdirilmiş
qaydada istifadə edilməsinə icazə verilir.
1.11. Əks epidemik rejimə riayət edilməsi məqsədi ilə həkim orta
tibb işçi heyətinin
müşaiyəti ilə işləməlidir. Orta tibb işçi heyəti iş yerlərinin təmizlənməsini, dezinfeksiyasını,
eləcə də mərkəzləşdirilmiş sterilizasiya şöbəsi olmadıqda tibbi vəsaitin sterilizasiyaönü
təmizlənməni və sterilizasiyanı həyata keçirir.
1.12. Tərkibində stasionarı, o cümlədən gündüz stasionarı olan
stomatoloji
müəssisəsində stasionar şöbəsi “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair
Qaydalar”ın tələblərinə uyğun qurulmalıdır.