Microsoft Word Stom-qayda-norma


Avadanlığa qoyulan tələblər



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix18.06.2022
ölçüsü263,25 Kb.
#61747
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   17
stom qayda norma

4. Avadanlığa qoyulan tələblər 
4.1. Birtərəfli təbii işıqlandırılması olan kabinetlərdə stomatoloji kürsülər işıqdaşıyıcı 
divar boyu bir sıra ilə quraşdırılır.
4.2. Kabinetdə bir neçə stomatoloji kürsü olduqda onlar hündürlüyü 1.5 m-dən az 
olmayan qeyri-şəffaf arakəsmələrlə bölünürlər.
4.3. Stomatoloji müəssisələrdə sterilizasiya otağının olmamasına yalnız ən çoxu 3 kürsü 
olduqda icazə verilir. Müvafiq halda sterilizasiya avadanlığının quraşdırılması bilavasitə 
kabinetlərdə mümkündür.
4.4. Stomatoloji kabinetlər əl yumaq və alətləri təmizləmək üçün ayrıca, yaxud 
ikiseksiyalı rakovinalarla təmin edilir. Sterilləşdirmə otağı olduqda və burada mərkəzləşdirilmiş 
sterillizasiyadan qabaq tibbi alətlərin təmizlənməsi təşkil edildikdə kabinetlərdə bir əl-üzyuyan 
olmasına icazə verilir. Əməliyyat blokunda rakovinalar əməliyyatdan qabaq otaqda quraşdırılır. 
Cərrahiyə otaqlarında, sterilizasiya otaqlarında, əməliyyataqədər otaqlarda dirsək və sensor 
suqarışdırıcılar quraşdırılır.
Əlüzyuyan və digər sanitar-texniki cihazların, eləcə də istismar zamanı divar və 
arakəsmələri nəmləndirən digər avadanlığın quraşdırıldığı yerlərdə, divar və arakəsmələr 
döşəmədən 1,6 m hündürlükdə və cihazların hər tərəfinə 20 sm enində suya davamlı materiallarla 
üzlənməlidir. 
4.5. Gipslə iş görülən diş-texniki laboratoriya otaqları və stomatoloji kabinetlər 
kanalizasiyaya buraxmazdan qabaq axar sulardan gipsin çökməsi üçün avadanlığa malik 
olmalıdırlar (gips tutanlar və s.) 
4.6. Kabinetlər bu məqsəd üçün müəyyənləşdirilmiş qaydada icazə verilmiş bakterisid 
şüalandırıcılar, yaxud havanı zərərsizləşdirici digər qurğularla təmin edilir. Açıq tipli 
şüalandırıcılardan istifadə edən zaman söndürücülər iş yerlərinin hüdudlarından kənara 
çıxarılmalıdır.
5. Mikroiqlimə, istilik təchizatına və ventilyasiyaya qoyulan tələblər
5.1. Havanın isidilməsi, ventilyasiyası və kondisiyalaşdırılması yaşayış və ictimai 
binaların layihələşdirilmə və tikinti normalarına uyğun olmalı və mikroiqlim və hava mühitini, o 
cümlədən, mikrobioloji göstəricilərə görə optimal parametrləri təmin etməlidir. 
5.2. Qızdırıcı cihazlar, yüngülvari təmizlənməsi icazə verilən və mikroorqanizmlərin və 
tozun yığılmasını istisna edən səthə malik olmalıdır.


4
5.3. Əməliyyat, əməliyyataqədər, narkoz, əməliyyatdan sonra otaqlarda hamar səthli
yuyucu və dezinfeksiya edən vasitələrin gündəlik təsirinə davamlı olan qızdırıcı cihazlardan 
istifadə edilməlidir. 
5.4. Tibb işçi heyətinin iş vaxtının 50%-dən çoxunu keçirdiyi, yaxud 2 saatdan artıq 
fasiləsiz iş gördüyü daimi iş yerlərində mikroiqlim parametrləri cədvəl 1-ə uyğun təmin 
edilməlidir.
5.5. İşləyənlərin müvəqqəti olduğu yerlər üçün (diş-texniki laboratoriyalar üçün xüsusi 
yerlər) mikroiqlim parametrləri cədvəl 2-ə verilir.
5.6. Ventilyasiya sistemlərinin layihələşdirilməsi və istismarı hava kütlələrinin «çirkli» 
zonadan «təmiz» zonaya axmasını istisna etməlidir.
5.7. Stomatoloji tibbi təşkilatlarda havada dərman vasitələrinin və zərərli maddələrin 
olması onlar üçün yol verimüəyyənləşdirilmiş qaydada təsdiq edilmiş konsentrasiyalardan 
yüksək olmamalıdır.

Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin