Microsoft Word Stom-qayda-norma


 Əllərin gigiyenik təmizlənməsi



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix18.06.2022
ölçüsü263,25 Kb.
#61747
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   17
stom qayda norma

8.6. Əllərin gigiyenik təmizlənməsi
8.6.1. Əllərin gigiyenik təmizlənməsi iki üsulu nəzərdə tutur:


14
- çirkləri təmizləmək və mikroorqanizmlərin miqdarını azaltmaq üçün əllərin sabun və su 
ilə (əllərin gigiyenik yuyulması) yuyulması;
- mikroorqanizmlərin təhlükəsiz səviyyəyə qədər azalması üçün əllərin dəri antiseptiki 
ilə təmizlənməsi (əllərin gigiyenik təmizlənməsi). 
Əllərin təmizlənməsi üsulunun seçilməsi çirklənmə dərəcəsindən və xarakterindən 
asılıdır.
8.6.2. Əlləri yumaq üçün dozatorun (dispenser) köməyi ilə maye sabundan, yaxud bərk 
(kərpiçəşilli), konstruksiyası sabunun islanmasına yol verməyən maqnit, yaxud başqa sabun 
qablarına yerləşən sabundan istifadə edilir.
Əllər birdəfəlik istifadə üçün olan fərdi məhraba (salfetka) ilə silinir.
8.6.3. Əlləri zərərsizləşdirmək üçün tərkibində spirt və başqa istifadə üçün icazə verilmiş 
antiseptiklər olan istifadə edilir.
8.6.4. Əllərin antiseptiklə gigiyenik təmizlənməsi aşağıdakı hallarda həyata keçirmək 
lazımdır: 
- pasiyentlə bilavasitə təmasdan qabaq; 
- pasiyentin zədələnməmiş dərisi ilə təmasdan sonra (misal üçün nəbzi, yaxud arterial 
təzyiqi ölçən zaman); 
- orqanizmin sekreti, yaxud ekskretləri, selikli qişalarla, sarğılarla təmasdan sonra; 
- bədən nahiyələrinin kontaminirləşdirilmiş mikroorqanizmləri ilə təmasdan sonra 
pasiyentə qulluqla bağlı müxtəlif manipuliyasiyaları yeninə yetirən zaman; 
- pasiyentlə bilavasitə təmasdan sonra; 
- irinli iltihabi proseslər olan (periodonitlər, qanqrenoz pulpitlər), parodontal ciblərin 
kyuretajı, parodontal absseslərin yarılmasından sonra pasiyentlərin müalicəsindən sonra, 
çirklənmiş səthlər və avadanlıqlarla hər bir təmasdan sonra
- əlcəkləri çıxarandan sonra axar su altında əlləri yuyana qədər. 
8.6.5. Əllərin antiseptiklə gigiyenik təmizlənməsi (qabaqcadan onları yumadan) onun əl 
daraqlarının dərisinə istifadə etmə təlimatı ilə tövsiyə edilən miqdarda sürtülməsi yolu ilə, 
barmaqların uclarının, dırnaqların ətrafındakı, barmaqlar arasındakı dərinin təmizlənməsinə 
xüsusi diqqət yetirməklə keçirilir. Əllərin effektiv zərərləşdirilməsinin mühüm şərtlərindən biri 
təmizlənmə üçün tövsiyə edilən vaxt ərzində onların nəm vəziyyətdə saxlanılmasıdır.
8.6.6. Dozatordan istifadə edən zaman yeni antiseptik dozasını (yaxud sabun) onu 
dezinfeksiya etdikdən, su ilə yuduqdan və quruladıqdan sonra dozatora tökürlər.
8.6.7. Dozatorlar və ondan istifadə etmə imkanı olmadıqda fərdi qablarda (kiçik həcmli 
flakonlar) antiseptiklərdən (o cümlədən, gellərdən) istifadə edilir və istifadədən sonra utilizasiya 
edilirlər.
8.6.8. Əllər qan, tüpürcək və başqa bioloji mayelərlə çirkləndikdə, aşağıdakıları etmək 
lazımdır:
- çirkləri antiseptiklə isladılmış tampon, yaxud əlsilənlə silmək; 
- əlləri iki dəfə antiseptiklə təmizləmək
- əlləri sabun və suyla yumaq; 
-əlləri birdəfəlik istifadə üçün olan məhraba ilə səliqə ilə qurutmaq; 
- antiseptiklə təmizləmək.
8.6.9. Əlcəkləri pasiyentin yanında istənilən manipulyasiyadan qabaq taxmaq lazımdır.
Əlcəklər çıxarıldıqdan sonra əllər gigiyenik təmizlənir.
Hər bir pasiyentdən sonra əlcəkləri hökmən dəyişdirmək lazımdır. Əlcəklərdən təkrar 
istifadə etmək qadağan edilir.

Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin