8.2. Otaqların sanitar vəziyyətinə dair tələblər 8.2.1. Otaqların nəm təmizləməsi gündə iki dəfədən az olmayaraq yuyucu və
dezinfeksiya vasitələrindən istifadə etməklə çiləmə və/ və ya silmə yolu ilə keçirilir. Pəncərə
şüşələrinin yuyulması daxildən 1 dəfədən az olmayaraq və xaricdən 3 ayda bir dəfədən az
olmayaraq keçirilir (yaz, yay, payız).
8.2.2. Müalicə zonasında hər xəstədən sonra əşya səthlərinin dezinfeksiyası
aparılmalıdır. Bu məqsədlər üçün geniş spektorlu antimikrob təsirə malik və xəstələrin iştirakı
ilə tətbiq edilməsinə icazə verilmiş dezinfeksiya vasitələrindən (virusid, bakteriasid, fundosid,
tüberkülosid, kandida növü göbələklərə qarşı fəal) istifadə olunur. Dezinfeksiya rejimlərinin
seçimi viruslar və ya kandida növü göbələkləri arasında ən davamlı mikroorqanizmlər üzrə
aparılır.
8.2.3. Həftədə bir dəfə əməliyyat blokunda, cərrahiyyə kabinetdə, sterilizasiya
otağında (avtoklavda) əsaslı təmizlik işləri aparılır. Dezinfeksiya üçün geniş spektorlu
antimikrob təsirə malik və xəstələrin iştirakı ilə tətbiq edilməsinə icazə verilmiş dezinfeksiya
vasitələrindən (virusid, bateriasid, fundosid, tüberkülosid, kandida növü göbələklərə qarşı fəal)
istifadə olunur. Dezinfeksiya rejimlərinin seçimi viruslar və ya kandida növü göbələkləri
arasında ən davamlı mikroorqanizmlər üzrə aparılır.
8.2.4. Əsaslı təmizləmənin keçirilməsi qrafiki aylıq olaraq tərtib edilir və rəhbər
tərəfindən təsdiq edilir. Qrafikdən kənar əsaslı təmizləmə xarici mühitin mikrob
mövcudluğunun epidemiolojı göstrəiciləri üzrə qeyriqənaətbəxş nəticələr alındıqda keçirilir.
8.2.5. Əsaslı təmizləmənin keçirilməsi üçün heyət xüsusi geyim və fərdi müdafiə
vasitələri, markalanmış təmizləmə inventarı və təmiz parça salfetlərə malik olmalıdır.
8.2.6. Əsaslı təmizləmənin keçirilməsi üçün dezinfeksiya məhlulunu çiləmə yolu ilə və
ya iki metrdən az olmayan hündürlükdə (əməliyyat blokunda divarın hündürlüyü boyu)
vurmaqla pəncərələr, pəncərəaltları, qapılar, mebellər və avadanlıqlar silinir. Zərərsizləşdirmə
müddəti bitdikdən (həyət həmin xüsusi geyimi dəyişməlidir) sonra bütün səthlər içməli suda
isladılmış təmiz parça salfetlərlə yuyulur.
8.2.7. İstifadə edilmiş təmizləmə inventarı dezinfeksiya vasitəsi məhlulunda
zərərsizləşdirilir, sonra isə suda yaxalanıb və qurudulur. Döşəmə və divarlar üçün təmizləmə
inventarı ayrı olmalı, dəqiq markirovkaya malik olmalı və kabinetlər, dəhliz, sanqovşaqlar üçün
ayrı tətbiq edilməlidir. Bir dəfəlik salfetlərin istifadəsi mümkün olmadıqda təkrar istifadə
salfetləri yuyulmalıdır.
8.2.8. Təmizləmə inventarını xüsusi ayrılmış otaqda və ya iş kabinetlərindən kənarda
yerləşən dolablarda saxlamaq lazımdır.
8.2.9. Stomatolojı müəssisələrin otaqlarında havanın zərərsizləşdirilməsi üçün icazə
verilmiş avadanlıq və/və ya kimyəvi vasitələrdən istifadə etmək lazımdır.
Emal texnologiyası və havanın zərərsizləşdirilməsi rejimi müvafiq normativ-metodik
sənədlərdə və konkret dezinfeksiya avadanlığı və dezinfeksiya vasitələrinin tətbiqi üzrə
təlimatda izah edilmişdir.
Havanın tozlanmasını təhlükəsiz səviyyəyə endirilməsi məqsədi ilə aşağıdakı
texnologiyaların istifadəsinə yol verilir:
-insanlar olmayanda tətbiq edilən açıq və uyğunlaşmış bakteriasid şualandırıcı və bağlı
şualandırıcı, həmçinin insanların iştirakı ilə havanın zərəsizləşdirilməsini aparmağa imkan
verən resirkulyatorlar vasitəsilə ultrabənövşəyi şualandırmanın təsiri;
- sonuncu tip üzrə dezinfeksiyanın keçirilməsi və əsaslı təmizliyin keçirilməsi zamanı
xüsusi tozlandırıcı aparaturanın köməyi ilə insanlar olmayan zaman dezinfeksiya vasitələri
aerozolları ilə təsir;
- sonuncu tip üzrə dezinfeksiyanın keçirilməsi və əsaslı təmizliyin keçirilməsi zamanı
insanlar olmadıqda qurğu-ozon qeneratorları vasitəsi ilə ozon təsiri;
- antimikrob filtirlər, həmçinin elektrik filtirlər, habelə fotokaliz və ion küləyi prinsipləri
əsasında işləyən filtirlər və s. tətbiqi.