Microsoft Word Stom-qayda-norma


Dezinfeksiya, sterilizasiyadan öncəki təmizləmə və tib texnikası və tibb



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix18.06.2022
ölçüsü263,25 Kb.
#61747
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   17
stom qayda norma

8.3. Dezinfeksiya, sterilizasiyadan öncəki təmizləmə və tib texnikası və tibb 
təyinatlı məmulatların sterilizasiyası


11
8.3.1. Tib texnikası və tibb təyinatlı məmulatlar tətbiq edildikdən sonra gələcək 
istifadədən asılı olmayaraq dezinfeksiya edilməlidir (birdəfəlik və təkrar istifadə məmulatları).
Dezinfeksiyanı fiziki və kimyəvi üsullarla keçirmək olar. Üsulun seçimi məmulatın 
xüsusiyətindən və təyinatından asılıdır. 
8.3.2. Tibb texnikası və tibbi təyinatlı avadanlıqların və s. dezinfeksiyası üçün geniş 
spektorlu antimikrob təsirə malik dezinfeksiya məhlullarından (8.2.2 bəndində göstərilmiş 
antimikrob təsirə malik dezinfeksiya məhlulları) istifadə edilir. Daha davamlı mikroorqanizmlər 
üzrə dezinfeksiya rejimlərinin seçimi virus və yaxud kandida tipli göbələklər arasında aparılır.
8.3.3 Dezinfeksiya, sterilizasiya öncə təmizlik və kimyəvi tərkib məhsullarının 
sterilizasiyasının aparılması zamanı tibbi təyinatlı məmulatı kanal və boşluqların doldurulması 
ilə vasitənin işçi məhluluna batırmaq lazımdır. Ayrılmış məmulatlar ayrı-ayrı batırırlar, kilid 
hissəli alətləri məhlulda bir neçə işçi hərəkətləri edərək açıq şəkildə isladırlar. 
8.3.4. Emalın aparılması üçün qabın və vasitənin məhlulunun həcmi tibbi təyinatlı 
məmulatın tam batırılmasının təmin edilməsi üçün onun daxilində kifayət qədər olmalıdır. 
Məhlulun qatının qalınlığı 1 sm az olmamalıdır.
8.3.5. Təmizləmə üsulu ilə dezinfeksiya birbaşa xəstələrlə təmasda olmayan və 
konstruksiyon xüsusiyyətləri batırmaq üsulunun tətbiqinə icazə vermədiyi tibb texnikası və tibb 
təyinatlı məmulatlarda tətbiq edilir. Belə məqsədlər üçün aldehid tərkibli vasitələrin istifadəsi 
tövsiyə edilmir. Hər xəstədən sonra ucluqların təmizliyi aşağıdakı şəkildə yerinə yetirilir: 
ucluqların kanalını xüsusi cihazların köməyi ilə təmizləyərək su ilə yuyur və havaya verirlər. 
Ucluq çıxarılır və onun səthini su ilə isladılmış parça salfetlərlə ehtiyatla təmizləyirlər. 
8.3.6. Təkrar istifadəli tibbi təyinatlı məmulat dezinfeksiyadan sonra konkret vasitənin 
istifadəsi üzrə təlimatda qeyd edilən tövsiyələrə müvafiq olaraq dezinfeksiya dərmanların 
qalıqlarından təmizlənməlidir.
8.3.7. Stomatoloji ölçülər, diş protezləri tədarükünün dezinfeksiyasını xəstələrdə istifadə 
etdikdən sonra diş texnikına göndərməzdən əvvəl və onların diş texnikası laboratoriyasından 
alındıqdan sonra birbaşa tətbiq etmədən əvvəl həyata keçirirlər. Dezinfeksiyadan sonra 
məmulatın dezinfeksiya dərmanlarının qalıqlarından təmizlənməsi üçün su ilə yuyurlar.
8.3.8. Stomatoloji cihazın sorucu hissələrinin zərərsizləşdirilməsi hər iş növbəsi 
qurtardıqdan sonra yerinə yetirilir. Bu məqsəd üçün götürülmüş dezinfeksiya məhlulu 
istifadəsinə dair təlimayta uyğun olaraq, sistemin içərisinə doldurulur və zərərsizləşdirmə 
müddəti gözlənildikdən sonra boşaldılaraq axar su altında yuyulur. 
8.3.9. Cilalanmış keçirmələr, karbarundlu daşlar, güzgülər dezinfeksiya, təmizləmə və 
sterilizasiyaya əsaslanır. 
8.3.10. Fizioterapevtik şöbələrdə (kabinetlərdə) çıxarılan diş ətrafı və nöqtə elektrodları, 
qısadalğalı ultrabənövşəyi şüalandırıcı cihazların tubusları, lazer cihazlarını işıq 
istiqamətləndiriciləri, darsomval aparatlarının güzgü elektrodları dezinfeksiya məruz qalır. Ağız 
boşluğunda aplikasiya üçün steril materiallardan istifadə edilir. 
8.3.11. Stomatoloji müəssisələrdə üçdən artıq stomatoloji kürsülərin mövcudluğu zamanı 
sterilizaiya öncə təmizliyi və sterilizasiyanı təmiz və çirkli sahələrin ayrılması və axıcılığa riayət 
etməklə xüsusi ayrılmış sterilizasiya (avtoklav) yerlərində həyata keçirirlər. 
Digər vəziyyətlərdə tibbi təyinatlı məmulatın sterilizasiya öncə təmizlyini və 
sterilizasiyasını kabinetlərdə yerinə yetirirlər, bunun üçün orada lazımı avadanlıq qurulmalıdır. 
8.3.12. Sterilizasiyadan öncə təmizliyin keyfiyyəti konkret vasitələrin istifadəsi üzrə 
fəaliyyətdə olan metodik sənəd və təlimatlara müvafiq olaraq qanın qalıq miqdarının 
mövcudluğuna dair azopiram və ya amidopirin yoxlaması, habelə yuyucu vasitələrin qələvi 
komponentlərin qalıq miqdarına dair fenolftalein yoxlaması yolu ilə qiymətləndirilir.
8.3.13. Sterilizasiyaönü təmizlənmənin keyfiyyətinin yoxlanması hər gün aparılır. 
Yoxlamaya məruz qalmalıdır: sterilizasiya yerində - bir növbə ərzində işlənmiş hər məmulatdan 
bir faiz, mərkəzləşmədən emal zamanı eyni zamanda emal edilmiş məmulatların 1 faizi, lakin 3 
ədəddən az olmayaraq. Nəzarət nəticələri jurnalda qeyd edilir.
8.3.14. Yara səthi, qan və yaxud infeksiya aparatları ilə təmasda olan bütün alət və 
məmulatlar, həmçinin istifadə prosesində selikli qişa ilə təmasda olan tibbi alətlərin müxtəlif 
növləri sterilizasiya edilir: 
-stomatoloji alətlər: pinset, zond, qaşıq, ekskavator, ştopfer, sığallayıcı alət, koronka 
çıxarıcı, skeller, stomatoloji güzgülər, endodontik alətlər, bor, ştift, stomatologi disklər, frezer, 


12
ayırıcı metalik lövhəciklər, ölçüləri çıxarmaq üçün qaşıqlar, diş kanalının plomblanması üçün 
alətlər, karpul şprislər, müxtəlif növ maşa və kusaçkalar ortodont kabinet üçün
-cərrahi alətlər: stomatoloji maşalar, kyuretaj qaşıqlar, elevator, iskənə, implantologiya 
üçün alətlər, cərrah bıçağı, kornsanq, bıçaq, sıxma, cərrahi sığallayıcılar, tikiş iynəsi. 
8.3.15. Stomatologiyada istifadə edilən tibbi təyinatlı məmulatın sterilizasyasını 
fəaliyyətdə olan sənədlərə müvafiq olaraq fiziki və kimyəvi metodların istifadəsi ilə həyata 
keçirirlər. Oxşar sterilizasiya metodunun seçimi sterilizasiya edilən məmulatların 
xüsusiyyətindən asılıdır. Sterilizasiyanı konkret vasitənin istifadəsi üzrə təlimatda qeyd edilən 
rejimlər üzrə yerinə yetirirlər. Hava metodu ilə sterilizasiya zamanı laboratoriyaya aid olan 
avadanlığın istifadəsi qadağandır.
8.3.16. Sonluqlar, o cümlədən ultrasəs sonluqlar, başlıqlar, plastmas quyruqlu 
endodontik alətlər yalnız buxar üsulu ilə sterilizə edilir.
8.3.17. Şüşə perlin sterilizatorlarda müxtəlif növ borların sterilizasiya olunmasına 
yol verilir və digər kiçik ölçülü alətlərin tam enməsi zamanı sterilizasiya olunmasına yol 
verilir, sterilizasiya isidilmiş şüşə kürələrdə həyata keçirilir. Onların işlək hissələrinin 
sterilizasiyası məqsədilə daha böyük stomatologiya alətlərinin sterilizasiya olunması üçün 
bu üsuldan istifadə etmək tövsiyə edilmir. 
8.3.18. İnfraqırmızı üsulla metaldan hazırlanmış vasitələr sterilizasiya olunur: 
stomatoloji millər, stomatoloji kiçik cərrahiyyə əməliyyatları üçün alətlər, bərk tökümlü 
borlar, almaz başlıq və disklər, drilborular, kanal doldurucular v.s.
8.3.19.Kimyəvi vasitələrin məhlulunu tətbiq edərək sterilizasiyanın kimyəvi üsulu 
konstruksiyasında termomobil materiallar istifadə edilmiş alətlərin və vəsaitlərin 
sterilizasiyası zamanı yol verilir. Bu sterilizasiya üsulu digər sterilizasiya üsullarının 
istifadəsi qeyri mümkün olduqda istifadə edilir.
Kimyəvi sterilizasiya məqsədilə aldehid məhlullar istifadə edilir, və ya tərkibində 
oksigen olan məhlullardan istifadə edilir və ya tərkibində bir neçə xlor tərkibi olan 
məhlullar istifadə edilir, onlar sporosid təsirə malikdirlər.
Xüsusilə çox istifadə edilən işlək məhlulların qatışmasından qaçınmaq üçün onlara 
salınan vasitələr quru olmalıdırlar.
Kimyəvi vasitələr vasitəsilə sterilizasiya zamanı bütün manupulyasiyalar ciddi 
şəkildə aseptika qaydalarına riayət etməklə həyata keçirilməlidir; steril qablar steril içməli 
su vasitəsilə yuyulma zamanı istifadə edilir. Vasitələr tövsiyələrə müvafiq olaraq yuyulur
bu tövsiyələr konkret vasitənin tətbiq edilməsi üzrə göstərişlərdə əks edilmişdir.
8.3.20.
Buxar, hava, qaz və ya plazma metodlarından istifadə edərkən vasitələr 
qablaşdırılmış şəkildə sterilizasiya olunur, bu zaman steril qablaşdırma təkistifadəli 
materiallar və ya müəyyən edilmiş qaydada konkret sterilizasiya üsulu ilə əlaqədar olaraq 
çoxistifadəli konteynerlər (filterli sterilizasiya qutuları) istifadə edilir.
Qablaşdırılmış şəkildə sterilizasiya edilmiş məmulatların saxlanması dolablarda və 
işlək masalarda həyata keçirilir. Saxlama müddətləri qablaşdırmada qeyd edilir və 
qablaşdırma materialının növünə əsasən müəyyən edilir və bu zaman tətbiq təlimatı nəzərə 
alınır. 
8.3.21.
Mərkəzləşdirilməmiş şəkildə zərərsizləşdirilmə zamanı tibbi vasitələrin 
qablaşdırılmadan sterilizasiyasına aşağıdakı hallarda icazə verilir:
-konstruksiyasında termolabil materiallar istifadə edilmiş məhsulların sterilizasiyası 
zamanı kimyəvi məhlullar istifadə edildikdə; 
-portativ sterilizatorlarda termik üsullarla stamotoloji metalik alətlərin sterilizasiyası 
zamanı (şüşə perlen, infro qırmızı, hava, buxar).
Qablaşdırılmamış şəkildə sterilizasiya olunmuş bütün məmulatları təyinatı üzrə qısa 
bir müddət ərzində istifadə etmək daha məqsədəuyğundur. Onların kabinetdən kabinetə 
daşınması qadağan edilir. Zərurət olduqda termik üsulların biri vasitəsilə qablaşdırılmamış 
şəkildə sterilizasiya olunmuş alətlər sterilizasiya sona yetdikdən sonra müddəti boyunca 
icazə verilən bakterisid (ultrabənövşəyi lampalarla təchiz edilmiş) kameralarda 
saxlanılmasına yol verilir. Saxlama müddəti avadanlığın istismar kitabçasında qeyd 
edilmişdir. Belə kameralar olmadıqda altı saatdan çox olmayaraq steril masada saxlanılır. 
Sterilizasiya qutularında pasterilizə edilmiş tibbi təyinatlı məmulatlar onların açılmasından 
sonra 6 saatdan gec olmayaraq istifadə edilməlidir.


13
8.3.22.Ultrabənövşəyi lampalarla təchiz edilmiş bakterisid kameralar istismar 
göstərişlərinə müvafiq olaraq mikroorqanizmlərlə ikincili kontaminasiya riskinin aşağı 
salınması məqsədilə yalnız saxlanma məqsədilə istifadə edilə bilər. Belə avadanlığın 
alətlərin dezinfeksiyası və ya sterilizasiyası üçün istifadə edilməsi qadağan edilmişdir.
8.3.23. Hava üsulu ilə qablaşdırılmamış şəkildə məmulatların sterilizasiyası zamanı 
sterilizə edilmiş məmulatların hava sterilizatorlarında saxlanılmasına və sterilizasiyadan 
sonra onların növbəti gündə istifadəsinə yol verilmir.
8.3.24. Kimyəvi məhlulla sterilizasiya zamanı sterilizasiya edilmiş məmulatların 
steril su ilə yuyulması təyinatdan dərhal sonra həyata keçirilməlidir və onları saxlanma 
üçün filterli sterilizasiya qutusuna yerləşdirirlər. Belə yerləşdirmə 3 sutkadan çox 
olmamalıdır.
8.3.25. Steril masanın örtülməsi üzrə bütün manipulyasiyalar steril xalatda, maskada 
və əlcəklərdə həyata keçirilir, bu zaman steril mələfədən istifadə edilir. Bu zaman mütləq 
şəkildə steril masanın salınması tarixi və vaxtı qeyd edilməlidir. Steril masa 6 saat 
müddətinə salınır. Bu müddət ərzində steril masadan istifadə edilməyən material və alətlər 
təkrar sterilizasiyaya göndərilir.
8.3.26. Sterilizasiyadan sonra saxlanma müddəti bitmiş tibbi təyinatlı sterilizə 
edilmiş məmulatların istifadəsinə yol verilmir.
8.3.27. Tibbi təyinatlı alətlərin sterilizasiya uçotu jurnalda aparılır.

Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin