15
Əllərin effektiv zərərsizləşdirilməsinin mühüm şərti onların tövsiyə edilən təmizlənmə müddəti
ərzində nəm vəziyyətdə saxlanılmasıdır.
Steril əlcəklər, antiseptik əlin dərisində tam quruyandan sonra dərhal taxılır.
9. Əmək gigiyenası və işçi heyətinin şəxsi gigiyena qaydaları
9.1. Stomatoloji müəssisə rəhbərliyi tibb işçi heyətinin təhlükəsiz əmək şəraitini təmin
etməlidir. İşə daxil olarkən işçi heyətinin ilkin və müntəzəm tibbi müayinələri,
müəyyənləşdirilmiş qaydada bu cür müayinələrin keçirilməsi üçün lisenziyası olan
tibbi
müəssisənin bazasında həyata keçirilir. Stomatoloji müəssisənin işçi heyəti epidemioloji
göstərişlər üzrə immunlaşdırılmalıdır.
9.2. Tibb işçi heyəti dəyişək paltar dəsti ilə təmin edilməlidir: xalat və tibbi kostyumlar,
papaqlar, maskalar, dəyişək ayaqqabısı. Dəyişək paltarının saxlanılması
şəxsi və paltarlardan
ayrı – fərdi ikibölməli şkaflarda qəbul kabinetlərindən kənarda (qarderob otağı, işçi heyəti üçün
otaqlar, inzibati yerlər, divar şkafları) saxlanılır. İşçi heyətinin üst paltarı qarderobda, yaxud
istehsaldan kənar sahələrdəki şkaflarda saxlanılır.
9.3. Sanitar paltarının dəyişdirilməsi (xalatlar, iş kostyumları, papaqlar)
qanla
çirkləndikdə təxirəsalınmadan - hər gün kabinetin profilindən asılı olmayaraq həyata keçirilir.
Dəstlərin sayı hər bir işləyən üçün ən azı 3 ədəd olmalıdır.
9.4. Sanitar paltarının yuyulması mərkəzləşdirilmiş şəkildə camaşırxanalarla müqavilə
üzrə, yaxud tibb müəssisənin özünün camaşırxanasında həyata keçirilir. Sanitar paltarının evdə
yuyulması qadağan edilir.
9.5. Əməliyyatda iştirak edən həkimlər və digər şəxslər əməliyyat blokunda steril
xalatlarda, əlcəklərdə və maskalarda işləməlidirlər.
9.6. Parenteral infeksiyaların yayılmasının profilaktikası məqsədi ilə pasiyentə potensial
hemotəmas infeksiya mənbəyi kimi münasibətdə epidemioloji işçi heyətinin sayıqlığını
formalaşdırmaq lazımdır.
Tibbi manipulyasiyaları keçirən zaman işçi heyəti fərdi mühafizə tədbirlərinə ciddi
riayət
etməlidir:
- tibbi xalatlarda (kostyumlarda), papaqlarda, eynəklərdə (sipərlərdə), maskalarda,
dəyişək ayaqqabılarda, əlcəklərdə işləmək;
- əllərin üzərində mikrotravmaların, sıyrıntıların, cırmaq yaralarının olduğu təqdirdə,
zədələnmiş yerlərə leykoplastır yapışdırmaq;
- əllərin təmizlənmə qaydalarına riayət etmək (bax 8.5-8.7 bölmələr).
9.7. Xəstəni müalicə edən
zaman qeydlər aparmaq, telefon dəstəyinə toxunmaq və s.
olmaz. İş yerində qida qəbul etmək və kosmetikadan istifadə etmək qadağandır.
9.8. Dəri örtükləri zədələndikdə (təsadüfi iynə batma, kəsik və s.) dərhal əlcəkləri
dezinfeksiyaedici məhlullarla təmizləmək, onları çıxarmaq,
əlləri sabunla yumaq, zədələnmiş
səthdən qanı sıxıb çıxarmaq, dərini 70° spirtlə, sonra isə yodla təmizləmək lazımdır. Pasiyentin
bioloji mayesi ağız-boğaz seliklisinə düşdükdə ağız və boğazı dərhal 70% etil spirti ilə
yaxalamaq lazımdır. Bioloji
maye gözə düşdükdə burunu su, yaxud 1:10000 nisbətində
marqanesturşu kalium məhlulu ilə yumaq lazımdır.
9.9. HİV infeksiya ilə yoluxma riski yüksək olduqda (dərin yara, HİV-ə yoluxmuş
pasiyentlərdən gözlə görünən qanın zədələnmiş dəriyə və selikli qişalara düşməsi) kimyəvi
profilaktika təyin etmək üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət olunmalıdır.
Dostları ilə paylaş: