Microsoft Word Stom-qayda-norma



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix18.06.2022
ölçüsü263,25 Kb.
#61747
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   17
stom qayda norma

8.4. Sterilizasiyaya nəzarət
 
8.4.1. Sterilizasiyaya nəzarətə sterilizatorların fəaliyyətinə nəzarəti, sterilizasiya 
rejimi parametrləinin göstəricilərinin yoxlanması 
və onun səmərəliliyinin 
qiymətləndirilməsi daxil edilir. Sterilizasiya fəaliyyətinə nəzarət təlimat/metodiki sənədlərə 
müvafiq olaraq (nəzarət-göstərici cihazları) kimyəvi (kimyəvi indikatorların istifadə 
edilməsi), fiziki, bakterioloji üsullarla həyata keçirilir.
Fizki və kimyəvi üsullarla sterilizatorların fəaliyyətinə nəzarət hər bir sterilizasiya 
siklində həyata keçirlir.
8.4.2.Sterilizatorlar quraşdırıldıqdan sonra (təmir) bakterioloji nəzarətdən 
keçirilməlidir, həmçinin belə nəzarət ildə iki dəfədən az olmayaraq istismar gedişində 
istifadə edilməlidir.
8.4.3.Sterilizatorların texniki qulluğu, zəmanəti və cari təmiri müqavilələrə müvafiq 
olaraq servis xidmətlərinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
8.5.Əllərin işlənməsi qaydaları
8.5.1.Həyata keçirilən tibbi manipulyasiyadan və əl dərisinin mikrob 
kontaminasiyasının tələb edilən səviyyəsindən asılı olaraq tibbi personalın və cərrahların 
gigiyenik işlənməsi həyata keçirlir.
8.5.2.Səmərəli yuyunmanın və əllərin dezinfeksiyasına nail olmaq üçün aşağıdakı 
şərtlərə əməl etmək lazımdır:
dırnaqların qısa şəkildə kəsilməsi, dırnaqların laklı olmaması, süni dırnaqların 
olmaması, əllərdə üzüklərin, həlqələrin və digər zərgər məmulatlarının olmaması. Cərrah 
əllərinin işlənməsindən öncə saatı, bilərzikləri v.s-ləri çıxarmaq lazımdır. Əllərin 
qurudulması üçün təkistifadəli salfetka və dəsmallardan istifadə edilir, cərrahların əllərinin 
işlənməsi zamanı-yalnız steril parçalar istifadə edilir.
8.5.3.Dəri antiseptiklərinin, yuyucu vasitələrin və əl dərisinə qulluq vasitələrinin 
seçilməsi zamanı dərinin dözümlülük xassəsi, dəri örtüyünün rənglənməsi intensivliyi, 
örtük nəzərə alınmalıdır. 
8.5.4.Tibbi heyyət əllərin effektiv yuyulması və dezinfeksiya edilməsi üçün yetəri 
qədər vəsaitlə təmin edilməlidir, bu zaman kontakt dermatitlərin ortaya çıxması riskinin 
aşağı salınması üçün əllərə qulluq vasitələri də (kremlər, losyonlar, balzamlar v.s) təmin 
edilməlidir.

Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin