9
-mikroorqanizmlər tərəfindən ikinci kontaminasiyanı istisna edən şəraitlərdə gələcək
saxlama.
Bir dəfə istifadə edilən məmulatlar xəstələrdə stomatolojı manipulyasiyalar zamanı
istifadə edildikdən sonra dezinfeksiya və utilizasiya edilməlidirlər. Onların təkrar istifadəsi
qadağandır.
8.1.4. Stomatolojı müəssisələrdə dezinfeksiya və sterilizasiya tədbirləri keçirildiyi
zaman yalnız Azərbaycan Respublikasında tətbiqinə müəyyən qaydada icazə verilən aşağıda
qeyd edilənlərin istifadəsinə yol verlir:
- kimyəvi dezinfeksiya maddələri (dəri antiseptikləri daxil
olmaqla dezinfeksiya üçün
vasitələr; sterilizasiyadan öncəki təmizlik və sterlizasiya üçün vasitələr);
- dezinfeksiya və sterilizasiya avadanlığı (otaqlarda havanın zərərsizləşdirilməsi üçün
bakteriasid şualandırıcılar və digər avadanlıq, dezinfeksiya kameraları, dezinfeksiya qurğuları və
yuyucu maşınlar, həmçinin ultrasəs maşınları və sterilizatorlar);
- köməkçi avadanlıq və materiallar(tozlandırıcı qurğular, bakteriasid filtrlər, steril
alətlərin saxlanılması üçün UB-şualanma ilə kameralar, emalın
keçirilməsi üçün qablar,
steriləşdirilmiş qutular və qablaşdırma materialları, kimyəvi və biolojı indikatorlar və s.)
Vasitələrin seçimi zamanı stomatologiyada istifadə edilən konkret dezinfeksiya vasitələrinin
təsirinə dair tibb təyinatlı məmulat istehsalçılarının tövsiyələrini nəzərə almaq lazımdır.
8.1.5. Dezinfeksiya vasitələrinin saxlanması etiketlərlə təchiz edilmiş qablarda
stellajlar üzərində bunun üçün xüsusi ayrılmış yerlərdə istehsalçının qablarında saxlanılmalıdır.
8.1.6. Müxtəlif obyektlərin emalı üçün sitifadə edilən dezinfeksiya vasitələrinin işçi
məhlulları olan ayrı qablar olmalıdır:
-dezinfeksiya, sterilizasiya öncəsi təmizlik və tibb təyinatlı məmulatların sterilizasiyası,
həmçinin onların əvvəlcədən təmizlənməsi üçün (fiksasiyaedici keyfiyyətə malik vasitələrin
istifadəsi zamanı);
-otaqlarda səthlərin, mebellərin, aparatların, cihazların və avadanlığın dezinfeksiyası
üçün;
-təmizləmə materialların
zərərsizləşdirilməsi, B və V sinifi tullantılarının
zərərsizləşdirilməsi üçün.
Dezinfeksiya vasitələrinin işçi məhlulları olan qablar yaxşı örtülən qapaqlarla təchiz
edilməlidir, vasitənin adı, konsentrasiyası, təyinatı, istehsal tarixi, məhlulun son yaralılıq
müddəti qeydi ilə aydın yazılar olmalıdır.
8.1.7. Dezinfeksiya vasitələri ilə iş zamanı istifadə üzrə təlimatda qeyd edilən fərdi
müdafiə vasitələrinin tədbiqi daxil olmaqla bütün təhlükəsizlik tədbirləri görülməlidir.
8.1.8.
Dezinfeksiya, təmizləmə və sterilizasiyanın keyfiyyətinə nəzarəti qüvvədə olan
normativ-metodik sənədlərə müvafiq olaraq keçirirlər.
8.1.9. Dezinfeksiya, sterilizasiya öncəsi təmizləmə və sterilizasiyanın keyfiyyətinə
nəzarət istehsalat nəzarəti çərçivələrində məsuliyyətli şəxslər tərəfindən, dövlət sanitariya-
epidemiolojı nəzarəti həyata keçirən idarə və orqanlar tərəfindən keçirilir.
8.1.10. Bütün stomatolojı kabinetlər xəstələrdə manipulyasiya arasında emal üçün lazım
olan vaxtı nəzərə almaqla fasiləsiz iş üçün kifayət edən miqdarda tibb texnikası və tib
təyinatlı məmulatlarla təmin olunmalıdır: Hər həkim stomatoloqun iş yeri üçün ən azı 6 ucluq
(iki ədəd künclü,
iki ədəd düz, iki ədəd turbinli), hər baş çəkmədə - instrumentlərdən ibarət
fərdi stomatolojı baxış komplekti (lotok, stomatolojı güzgü, diş həkimi pinseti, stomatolojı
pinset), pambıq topaları paketi, pinset paketi (hər pasiyent üçün zəruri olan steril alətlərlə iş
üçün). Zərurət olduqda dəstin komplektləşməsini tamamlayırlar (stomatolojı düyməli zond,
parodontolojı qradulyasiyalı zond, hamarlayıcılar, şpatel, ekskavator və s.).
8.1.11. Steril məmulatlar konkret xəstə üzərində birbaşa manipulyasiyadan əvvəl
həkimin stomatolojı masanın üzərinə qoyulur (steril lotok və ya steril salfet üzərinə). Həkim
stomatoloji masasının aşağı hissəsində müxtəlif stomatoloji manipulyasiyaların
keçirtmək
məqsədilə müvafiq cihazların və aparatların yerləşməsi icazə verilir.
8.1.12. Hər xəstə üçün döş salfetləri dəyişilməlidir. Bir dəfəlik salfetlər utilizasiya edilir.
Təkrar istifadə edilən salfetlər yuyulmağa verilir.
8.1.13. Ağızı su ilə yaxalamaq üçün birdəfəlik və təkrar istifadə stəkanları hər xəstə
üçün fərdi olaraq istifadə olunur.