Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc


Azərbaycan Respublikasmın nıe



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə71/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   67   68   69   70   71   72   73   74   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Azərbaycan Respublikasmın nıeşə örtüyü haqqında məlumat 
Azərbaycan Respublikası ərazisinin 11,5%-i meşəliklərlə örtülüdür. Yer 
kürəsində canlı aləmin qorunub saxlanılmasında, torpaqla oksigen və karbon 
balansının səviyyəsinin tənzimlənməsində, bəzi kimyəvi elementlərin təbii bioloji 
dövranında, ayrı-ayn coğrafi zonalarda iqlim şəraitinə, atmosferdə istiliyin, torpaqda 
nəmliyin, çaylarda və göllərdə su ehtiyatlarının yaranmasında meşəliklərin rolu 
ə
vəzedilməzdir. 
Meşəliklər torpağın küləklə və su ilə eroziyasının yayılmasının qarşısmı ahr. 
Meşə zolaqlarının mövcudluğu yamaclarda torpağın yuyulmasına, səhralarda və 
qumluq ərazilərində torpağın üst qatının küləklə sovrulmasına mane olur, qış 
ayla-nnda qarı saxlayır, yayda isə quru küləklərin və tozlu tufanların qarşısını alır. 
Rütubətliyi az olan və ya sabit olmayan zonalarda meşəliklər səth sularımn axıb 
getməsinin qarşısını 2 dəfəyədək alır, qeyri-məhsuldar buxarlanmanı 15-20% azaldır. 
Meşələr sututarlarını kimyəvi, bioloji, üzvü və istiliklə əlaqədar çirklənmədən 
səmərəli şəkildə qoruyur. Sututarları boyunca meşələrin səmərəsiz qırılması, həmin 
sututarlarmda temperaturu 7-8°C artınr. Belə vəziyyət isə şirin sularda yaşayan 
canlıların oksigen tələbatını ciddi surətdə (2-3 dəfə) artırır; oksigenin miqdan tələb 
ediləndən az olduqda isə onlar məhv olurlar. 
Dünyanın az meşəli regionlanndan biri olan Azərbaycan Respublikasında 
mövcud olan meşələr ərazicə qeyri-bərabər paylanmışdır. Belə ki, meşəliklərin 
48,7%-i Böyük Qafqazda, 34,2%-i Kiçik Qafqazda, 14,6%-i Lənkəran-Talış 
regionunda, 2,5%-i Kür-Araz ovalığında yerləşmişdir. Bu bölgələrin öz daxilində də 
meşələrin yayılma dərəcəsi müxtolifdir. Respublikamızda geniş meşə örtüyü olan 


Balakən (ərazisinin 49,8%-i) və Lənkəran (ərazisinin 44%-i) rayonları ilə yanaşı 
Biləsuvar, Zərdab, Sədərək və Şərur kimi meşəsiz (və ya meşəlik sahəsi az olan) 
rayonlar da vardır. 
Sənaye şəhərlərinin sürətlə inkişafı və şəhər əhalisinin sayının artması şəraitində 
meşələr böyük sanitar-gigiyenik funksiyasını yerinə yetirir. Meşəliklərdəki ağaclann 
kökləri bərk tozabənzər hissəcikləri tutub saxlamaqla yanaşı, həm də müxtəlif 
tozabənzər inqrpedientləri zərərsizləşdirir. Müəyyən edilmişdir ki, iri meşə-park 
massivləri görünən və ultrabənövşəyi radiasiyanı 15-20% artırır, aerozol bulanıqhğını 
20-40% azaldır, bəzi ağac növlərinin ayırdığı fıtosidlər bir çox xəstəlik törədən 
mikroblan, göbələkləri və virusları mohv cdir. Fitosidlərin təsiri nəticəsində 
meşələrin havası steril hala düşür. 
Meşələr müxtəlif cür meyvələrlə, giləmeyvələrlə, göbələklərlə və dərman 
bitkiləri ilə zəngin olduğu üçün həm də qiymətli qida maddələrinin mənbəyidir. 
Meşələrdə bitən qoz, badam və fısdıq ləpələri öz kaloriliyinə görə süddən və buğda 
çörəyindən yüksəkdir. 
Bütün yuxarıda deyilənlərdən əlavə meşələr çoxsaylı heyvan və quş növlərinin 
yaşayıb çoxaldıqları təbii mühitdir. 
Dünyanın inkişaf etmiş bir sıra ölkələrini, xüsusilə BMT-ni dünya meşələrinin 
hazırkı vəziyyəti, səhralaşma, torpaqların eroziyası, biomüxtəlifüyin qorunması, ətraf 
mühitin çirklən-məsi məsələləri çox narahat edir və bütün bunlara qarşı birgə 
mübarizə aparılmasmda zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə yardım 
göstərmək arzusunda olduqlarını bildirirlər. Hərta bir sıra ölkələrə bu sahədə 
özlərinin milli proqramını hazırlamaq üçün müəyyən həcmdə vəsait də verilmişdir. 
Son illər dünya iqlimində istiləşmə getdiyi müşahidə olunur və bu faktdır. 
Dünya iqlimində dəyişmələr iki cür baş verə bilər: təbii iqlim dəyişmələri və bir də 
insanların fəa-liyyəti nəticəsində baş verən iqlim dəyişmələri. İnsanların fəaliyyəti 
nəticəsində qlobal iqlim dəyişmələri baş vermiş və orta illik temperatur artmışdır. 
Bunun nəticəsidir ki, dünya əhalisinin hazırda 1/4 -i sudan korluq çəkir. Bu rəqəmin 
2010-cu ildə 1/3-ə çatacağı gözlənilir. Bunun əsas səbəbi insanların fəaliyyətləri 
nəticəsində sənayedən, enerji istehsalından, yer, hava və su nəqliyyatından, meşələrin 
sistemsiz qırılıb yandırılmasından, kənd təsərrüfatından, yaşayış sahələrindən atılan 
tullan-tıların kanalizasiya sularına və zərərləyici qazların atmosferə buraxılmasıdır. 
Bu qazlara ozon qatının yeyiciləri də deyirlər. 
Havaya buraxılan zəhərli qazların 75%-ə qədəri yüksək inkişaf etmiş bir neçə 
dövlətin payına düşür. Məhz onların da narahatçılığı elə bundan irəli gəlir. 
Bütün bu məsələlərlə əlaqədar olaraq son 5-6 ildə bir neçə dəfə zirvə toplantıları 
keçirilmiş və dünya iqlimində baş verən dəyişikliklərin qarşısmı almaq üçün konkret 
tədbirlər proqramı hazırlanmışdır. 
Azərbaycan hökuməti öz növbəsində konvensiyanın tələblərindən irəli gələn 


məsələlərə biganə qalmamış, 2000-ci ildə BMT-nin «İqlim dəyişmələri üzrə çərçivə 
konvensiya-sı»na əsasən, 1-ci «Milli iqlim məlumatları»nı işləyib başa çatdırmışdır. 
Mütəxəssislərin fikrincə, ilk növbədə atmosferə buraxılan istixana effektli 
qazların miqdarını azaltmaq üçün bütün sahələrdə yeni mütərəqqi texnologiyalar 
tətbiq edilməli, okean və dəniz sularının təmiz saxlanmasına nail olunmalı, meşələrin 
sistemsiz qırılmasının qarşısı alınmalı və yeni-yeni ərazilərdə böyük həcmdə meşə 
massivləri yaradılmalıdır. 
Atmosferə buraxılan zəhərli qazların 95-97%-ni karbon qazı təşkil edir ki, 
bunun da uducusu və neytrallaşdıncısı dəniz və okean suları, meşə və yaşıllıqlardır. 
Məlumat üçün bildirək ki, normal sıxlıqlı meşə sahəsinin bir hektarı gündə 220-280 
kq karbon qazı udur və bunun təxminən 2/3 hissəsini oksigenə çevirərək atmosfer 
havasını təmizləyir. 1 hektar meşə sahəsi, il ərzində ətraf mühitə yayılmış 70 ton tozu 
filtirləşdirib zərərsiz-ləşdirə bilir. 
BMT-nin məlumatına görə, son 10 ildə yanacaq üçün sərf edilən oksigen 
itkisinin miqdarı xeyli artmışdır. Bu müddət ərzində isə sənayedən və digər 
sahələrdən atmosferə 360 milyard ton karbon və digər zəhərli qazlar buraxılmışdır. 
Dün-yada meşə və yaşıllıqların yaratdıqları oksigcnin təxminən 23%-i sənayeyə, 
yaşayış sahələrinin qızdırılmasına sərf edilir. Hesablanmışdır ki, bu miqdar oksigenlə 
il ərzində 43 milyard adam təmin edilə bilər. Bütün bu göstərilən faktlar və rəqəmlər 
onu sübut edir ki, artıq bu sahədə düşünüb-daşınmağın vaxtı çatmışdır. 
Dünya iqlimində baş verən göstərilən səbəblər və canlı aləmə zərər gətirə bilən 
dəyişmələr bizim ölkəmizdən də yan keçməmişdir. Bu, son bir neçə il yay aylannda 
baş verən dəhşətli istilərdə, payız, qış aylarında isə havaların qeyri-sabit keçməsində 
özünü büruzə vermişdir. Yay aylarında Araz çayının quruması, Kür çayının 
səviyyəsinin 2-3 metr, Mingəçevir, Şəmkir və Yenikənd su hövzələrində suyun 
səviyyəsinin son dərəcə aşağı düşməsi nəticəsində Mingəçevir gölündən və Araz 
çayından suvarma kanallanna su götürülməsi, demək olar ki, minimuma çatmışdır. 
Bunun nəticəsində də suvarılan regionlarda kənd təsərrüfatı bitkilərindən normal 
məhsul götürülməsi çətinləşmişdir. 
Bütün bunlar qlobal miqyasda istiləşmə prosesinin get-məsilə əlaqələndirilir. 
Dünya ölkələrində iqlimin qeyri-sabit keçməsi isə, o ölkənin yerli şəraitindən, ekoloji 
durumundan və buna olan münasibətdən asılıdır. Ekoloji tarazlığın pozulmasına 
gətirib çıxara bilən amillərdən insafsızcasına istifadə edilməsi, atmosferə hər 
adambaşına hesablanmış normadan qat-qat çox istixana effektli qazların buraxılması, 
nəticə etibarilə yaşadığımız planetin uzun müddətli perspektivliyini şübhə altına 
almış-dır. 
1998-ci ilin oktyabr ayında İstanbul şəhərindo ekspertlər səviyyəsində çağınlan 
beynəlxalq toplantıda Kosto-Rika və Kanada hökumətlərinin təşəbbüsü ilə dünya 
meşə sərvətlərin-dən səmərəli istifadə edilməsinin, qorunmasının, mühafızəsinin və 


bərpa olunmasının vahid hüquqi qanunlar əsasında idarə olunmasının mümkünlüyü 
barədə 72 bənddən ibarət qanun toplusu müzakirəyə çıxanlmışdır. Bu təşəbbüs, 
ümumiyyətlə, toplantı iştirakçıları tərəfındən prinsipcə bəyənilmişdir. Onların bəzi 
bəndləri istisna olmaqla dövlətlərarası razılaşmadan sonra hüquqi cohətcə qüvvəyə 
minəcəyi şübhəsizdir. Bundan sonra dünyanın bütün dövlətləri onların ərazilərində 
olan meşə və yaşıllıqlardan istədikləri kimi istifadə edə bilməyəcəklər. Bu məsələnin 
digər tərəfı isə ondan ibarətdir ki, hər bir dövlət əgər istəyirsə ki, onun məmləkətində 
su qıtlığının, quraqlığın, torpaq eroziyasının, səhralaşmanın qarşısı alınsın, vaxt 
itirmə-dən mövcud meşə və yaşıllıqları ciddi şəkildə qorumalı və böyük ərazilərdə 
yeni meşələr salmalı və seyrək meşələri bərpa etməlidir. 
Respublikamız artıq qeyd etdiyimiz kimi meşəsi az olan ölkəlor sırasına 
daxildir. Onun ərazisinin təqribən 11%-i meşə ilə örtülüdür. Beynəlxalq normativlərə 
görə hər bir sakinə orta hesabla 0,25-0,26 ha meşə sahəsi düşməlidir ki, bu da 
ə
razimizin təxminən 20%-nin meşə ilə örtülü olması deməkdir. Əgər biz buna nail ola 
bilsək, yəni olan meşələrimizi qoruyub sax-lamaqla yanaşı, ildə azı 25-26 min hektar 
yeni meşə sala bilsək, 2025-2030-cu il illərdə meşə sahəsini normativ həddə çatdıra 
bilərik. Nəzərə almaq lazımdır ki, «Azərbmeşə» İstehsalat Birliyi respublikada meşə 
ə
kib yetişdirməklə məşğul olan yeganə təşkilatdır. Onun tabeçiliyində olan 
müəssisələrin gücü ilə ildə 5-5,5 min hektar sahədə meşəbərpa tədbirləri aparılır. 
Dövlət meşə fondundan kənar ərazilərdə də, milli iqlim proqramı layihəsi 
çərçivəsində 600 min hektara qədər sahədə me-şə-meliorasiya tədbirlərinin və 
yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulmuşdur. Son illər, demək olar ki, bu 
sahədə çox zəif iş aparılır. Dövlət meşə fondunda salınan meşələrin həcmi isə tələb 
olunduğundan azdır. Buradan belə nəticəyə gəlmək olar ki, ilbəil torpaqların 
eroziyaya düçar olmasını və səhralaşma prosesinin getməsini nəzərə almasaq, biz bu 
həcmdə meşə salmaqla nəzərdə tutulan proqramı ancaq 100 il ərzində başa çatdıra 
bilərik, buna isə heç cür yol vermək olmaz. BMT-nin məlumatına görə, XXI əsrdə 
ə
hali indiki temp-lə artarsa, yer səthində orta qlobal temperatur 0,95 dərəcədən 3,50 
dərəcəyədək arta, dəniz suyunun səviyyəsi isə 15 sm-dən 95 sm-ə qalxa bilər. Ona 
görə də vaxt itkisinə yol vermədən meşələrin və yaşıllıqlann sahnmasının həcmi 
artırılaraq optimal həddə çatdınlmah, mövcud meşə və yaşıllıqlarımız isə ciddi 
şə
kildə qorunmalıdır. 
Bundan başqa əhalinin ekoloji tərbiyəsinin artırılmasına xüsusi diqqət 
yetirilməli, bütün ibtidai və orta təhsil məktəblərində meşə və yaşıllıqların ətraf 
mühitin sağlamlaşdırılmasındakı rolu haqqmda şagirdlərin bilgiləri artırılmalı, hamı 
bu vacib, olduqca məsuliyyətli işə qoşulmah, respublikamızı ekoloji bəlalardan 
qurtarmaq üçün əlindən gələni əsirgəməməlidir. 
Respublikamızın Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 
ölkəmizdə meşə resurslarını qorumaq məqsədilə 1998-ci ildə 4,5 min hektar sahədə 


meşə borpa işlori görülmüş, ağaclara qulluq və seçmə sanitariya məqsədilə 5,0 min 
hektar sahədə ağaclar qırılmış, 274 hektar sahədə (yarğanlarda, qobularda və digər 
yararsız kənd təsərrüfatı torpaqlarında) süni meşəliklər yaradılmışdır. 
Yeni salınmış meşəliklər əsasən Salyan (110 ha), Dəvəçi (70 ha), Xaçmaz (50 
ha), Abşeron (38 ha) və Naxçıvan (8 ha) ərazilərinin payına düşür. Son beş ildə bu 
sahədə qalan rayonlarda nəzərə çarpacaq bir iş görülməmişdir. Bütün bunlarla 
ya-naşı, atmosferin, suyun və torpağın sənaye müəssisələrinin tullantıları ilə 
çirklənməsi nəticəsındə meşələr üçün böyük təhlükə yaranmışdır. Ətraf mühitin 
çirklənməsi nəticəsində ağaclar xəstələnir və quruyurlar. Meşəliklərin azalması 
çaylarda axar suların və yeraltı sulann azalmasına və bəzən də sututarlarında şor 
suların meydana çıxmasına gətirib çıxanr. 
Elə buna görə də meşə resurslarının qorunması və səmə-rəsiz qırılmasının 
qarşısının alınması istiqamətində təsirli təd-birlər həyata keçirilməlidir. 
Meşə resurslarının qorunması ciddi dövlət nəzarətində olmaqla bütün idarələrin, 
müəssisələrin və ayrı-ayn vətəndaş-ların qarşısında ciddi bir vəzifə kimi qoyulmalıdır 
(R.Məm-mədov, V.Məmmədli, 2003). 
Dünyanın əksər ölkələri ilə müqayisədə ölkomiz, qeyd etdiyimiz kimi, az meşəli 
orazilərdən hesab olunur. Lakin meşələrimiz ağac, kol və heyvanat aləmi növləri ilə 
olduqca zəngindir. Burada 450-dən çox yabanı ağac və kol bitir. Onların 70-i 
endemik növləri olub, respublikamızdan başqa dünyanın heç bir yerində təbii halda 
bitmir. 
Hələ yaxın keçmişə qədər respublikamızın bitki və hey-vanlar aləmi olduqca 
zəngin olmuşdur. Bununla belə, bir sıra bitki və heyvan növlərinin kökü kəsilərək 
adları flora və fau-namızdan silinmişdir. Bir çox qiymətli ağac növlərindən ibarət 
meşələrin sahəsi xeyli azalmışdır. XIX əsrin sonu və XX əsrin əvvəllərində qoz, palıd 
və digər qiymətli ağac növləri bəzi rayonlarda başdan-başa kəsilmiş, əkinçilik və 
maldarlığın inki-şafı ilə əlaqodar olaraq geniş sahələr məhv edilmişdir. Xalqımızın 
maarifçi oğlu Həsənbəy Zərdabi yazırdı: «Bizim dağlarımız vaxtilə sıx meşələrlə 
örtülü olmuş, sonra bu meşələr qınlmış və bunun nəticəsində çaylarımızda olan suyun 
miqdarı azalmışdır». 
Hazırda bəzi ağac və kol növləri - dəmirağac, azatağac, qaraçöhrə, ipək 
akasiyası, ayıfındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, Xəzər lələyi, adi nar, meşə 
üzümü, Buasye armu-du, bigəvər, pırkal, şamşit, eldar şamı, xurma, söyüdyarpaq 
armud, budaqlı danaya, cuzğun və s. adları «Qırmızı kitab»a salınmış, onların 
qorunub saxlanması və artırılması üçün tədbirlər irəli sürülmüşdür. 
Təəssüflə qeyd edək ki, təkcə respublikamızda deyil, ümumiyyətlə, bütün 
planetimizdə meşəsizləşdirmə prosesi davam edir. Təqribi hesablamalara görə, 
insanlar yeraltı yanacaqdan istifadə etdiyi dövr ərzində (yəni 1850-1980-cı illər) 
dünya meşələrinin sahəsi 15% azalmışdır. FAO-nun məlumatına görə hər il 114 min 


km
2
meşə sahəsi qırılır və ya yandırılır. Ən çox tropik meşələr məhv edilir, bu 
meşələr yerin ən məhsuldar me-şələri olub ümumi fitokütlənin 40%-ni, bütün dünya 
meşələrinin məhsuldarlığının 58%-ni təşkil edir. 
Meşələrin məhv edilməsi üzvü maddələrin miqdarının azalmasına bilavasitə 
təsir göstərir, bitki tərəfındən karbon qazının udulmast mənbəyi yoxa çıxır, enerji, su 
dövranı və əsas biogen elementlərin qlobal biokimyəvi spektri dəyişir. Həmçinin, 
ə
razinin meşəsizləşdirilməsi lokal, regional və qlobal səviyyədə iqlim şəraitini 
dəyişdirir, bitki örtüyiinün və hcyvanat aləminin bioloji müxtəlifliyi kasadlaşır. 
Bununla da biosferin sabitliyi pozulur, daşqınlar, sellər, su və külək eroziyasının 
dağıdıcı təsiri və səhralaşma prosesi güclənir. 
Hazırda respublikamızın bütün təbii zonalarında mcşo örtüyünün antropogen 
dəyişilməsi və bitki qurşaqlannın qanş-ması müşahidə olunur. Bununla əlaqədar geniş 
ə
razilərdə yüksək məhsuldar meşə sahələri zəif torpaq qoruyucu əhəmiyyət daşıyan 
az məhsuldar bitki qruplaşmaları ilə əvəz olunur, qiy-mətli ağac və kol növlərinin 
sıradan çıxmaq hallarına tez-tez rast gəlinir. Bunun nəticəsində dağ yamaclarında 
eroziya pro-sesi güclənir, kserofıl, bozqır və yarımsəhra formasiyalarının «hücumu» 
başlanır, dağ ərazilərinin və çaylarının su rejimi kəskin pisləşir. 
Bununla əlaqədar, respublikamızın meşə örtüyünün, xüsusən də dağ meşələrinin 
təbii-tarixi baxımdan öyrənilməsi, onun bərpası və artırılmasından ötrü kompleks 
tədbirlər sistemi-nin görülməsi həm elmi, həm də praktiki əhəmiyyət kəsb edir. 
Qeyd edək ki, respublikanın ayrı-ayrı dağ sistcmlərində Böyük Qafqaz, Kiçik 
Qafqaz, Talış bitki qurşaqlığı qanunauy-ğunluğunda müəyyən oxşarhq olsa da, onları 
bir-birindən fərqləndirən cəhətlər də var. Böyük Qafqazda və Kiçik Qafqazın şimal 
makroyamaclannda aşağı dağ meşə qurşağında vələslo qarışıq iberiya palıdlı 
meşələri, orta dağ qurşağında şərq fıstığı meşələri, yuxarı dağ meşə qurşağında isə 
şə
rq pahdı meşələri üstünlük təşkil edir. 
Lənkəran regionu rayonlarında isə aşağı meşə qurşağında şabahdyarpaq palıd, 
Qafqaz vələsi və bir sıra relikt hirkan növlərinin iştirakı ilə mürəkkəb tipli dəmirağac 
meşələri yayılmışdır. Lənkəran regionunun aşağı meşə qurşağında meşələr üçüncü 
dövrün relikt və endem növlərinin zənginliyi ilə seçilir. Relikt hirkan meşələrinin 
elementlərinə Azərbaycan Respublikasının dağ meşələrinin demək olar ki, hər 
yerində rast gəlinir (xüsusilə Qəbələ və İsmayıllı rayonlan ərazisində). 
Vaxtilə hirkan tipli meşələr respublikamızın bütün bağla-nnda geniş yayılmış, 
lakin sonralar fıziki-coğrafı şəraitin dəyişməsi ilə əlaqədar onlar müasir tipli 
meşələrlə əvəz olunmuşdur. Hazırda hirkan tipli meşələr əsasən Lənkəran regionu 
ə
razisində qalmışdır, burada dağ meşələri dəniz səviyyəsindən 50-100 m-dən 
başlayır. 
Böyük və Kiçik Qafqazda dəniz səthindən 600 (900-1000) metrdə palıd və 
palıd-vələs meşələrini fıstıq meşələri əvəz edir. Fıstıq meşələri yüksək doluluqlu ən 


məhsuldar (I-II bonitetli) meşələr hesab olunur. Dəniz səviyyəsindən 1700-2000 
(2100) m-dən yuxanda fıstıq meşələri seyrək şərq pahdı ağacları ilə qarışır. Sırf Şərq 
palıdı meşələri əsasən yamacların cənub baxarlığında yayılmışdır. Yuxarı dağ-meşə 
qurşağında bir qədər az meyilli rütubətli yamaclarda park tipli seyrək trak-tvetteq 
ağcaqayını, dağ yaqağacı meşələrinə təsadüf olunur. 
Böyük Qafqazın qərb və mərkəz rayonlarında meşənin yuxarı sərhədi çox vaxt 
ə
yri gövdəli, alçaqboylu tozağacı və quşarmudu ilə qurtarır. 
Böyük Qafqazın şərq qurtaracağında (İsmayıllı, Şamaxı, Dəvəçi, Xızı rayonları) 
və Kiçik Qafqazda meşənin yuxarı sərhədi sürünon ardıc növlərindən təşkil 
olunmuşdur. 
Lənkəran regionunun orta və yuxarı dağ-meşə qurşağı meşələrinin yayılmasında 
Böyük və Kiçik Qafqaz dağlan ilə ümumi oxşarlıq vardır. Lənkəran regionunda orta 
dağ qurşağının şimal cohətlərini fıstıq, cənub cəhətlərini isə şabalıdyarpaq palıd və 
azatağac tutur. Meşənin yuxarı sərhədində şərq pahdı qurşağı hər yerdə məhv edilmiş, 
onun qahqlarına yalnız Viləş-çayın yuxarı axını yamaclarında (Yardımlı rayonu) 
təsadüf edilir. 
Kiçik Qafqazın cənub yamacında (Həkərəçay hövzəsi) dağətəyi zonada Araz 
palıdı, ardıc və saqqız, arid tipli meşələr, aşağı dağ meşə qurşağında arid meşələr və 
İ
beriya palıdı meşələri yayılmışdır. Bu regionda fıstığa təsadüf olunmur. 
Dağlarımızın dərə hissələrində qarışıq cökə, ipəkyarpaq qızılağac, Qafqaz 
xurması, məxməri ağcaqayın, qoz meşələrinə də rast gəlinir. Yuxarıda göstərilən 
meşə qurşaqlarının yayılması qanunauyğunluqlan, demək olar ki, respublikamızın 
bütün dağlarında insan fəaliyyətinin mənfı təsiri nəticəsində pozulmağa məruz 
qalmışdır. 
Bitki qurşaqları qanunauyğunluğunun pozulması on çox yuxarı dağ qurşağında 
müşahidə olunur. Burada çox ycrdə tozağacı, şərq palıdı və ardıc qurşaqları məhv 
edilmiş, onların yerini törəmə subalp çəmənləri, qayalıqlar əvəz etmişdir. Aşağı və 
orta dağ-meşə qurşaqlarında meşələr antropogen land-şaftlarla (kənd təsərrüfatı 
bitkiləri sahələri, bağlar, yaşayış məntəqələri və s.) əvəz olunmuşdur. Tədqiqatlar 
göstərir ki, respublikamızda meşənin iqlim sərhədində, demək olar ki, meşə bitkisinə 
təsadüf edilmir. Meşənin müasir yuxarı sərhədi respublikamızın dağlıq rayonlarında 
orta hesabla 1600-2000 m hündürlükdən keçir. 
Böyük Qafqazın cənub yamacının (Şəki-Zaqatala zonası-nın) yuxarı dağ 
qurşağında yamaclar çox dik və kəskin parçalandığından, burada yaşayış məntəqələri 
ə
sasən aşağı, bəzən isə orta dağ-meşə qurşağında yerləşir. Meşonin yuxarı iqlim 
sərhədinin aşağı düşməsinə əsas səbəb uzunmüddətli köçəri mal-qaranın yaylaq 
zonasmda, yəni meşənin yuxarı sərhədində sistemsiz otarılması olmuşdur. Burada 
iqlim sərhədi geri çəkilən ərazidə meşə əsasən çəmən və bozqır-çəmən bitkiləri ilə 
ə
vəz olunmuşdur. Burada Muxaxçay hövzəsində meşənin yuxan sərhədi 1800-2000 


m-ə, Qoşaçay hövzəsində 1550-1650 m-ə, Zəkitçay hövzəsində 2000-2100 m-ə 
endirilmişdir. 
Böyük Qafqazın cənub yamacının şərq hisəssində bürün dağ-meşə qurşaqlarında 
meşə örtüyü daha intensiv antropogen dəyişikliyə məruz qalmışdır. Belə ki, 
Pirsaatçay hövzəsində yuxarı dağ-meşə qurşağı tamamilə sıradan çıxarılmışdır, orta 
dağ-meşə qurşağı isə yalnız sağ sahil yamacında qalmışdır. Qozluçay hövzəsində 
meşə ilə örtülmə dərəcosi 5%-don aşa-ğıdır, burada dəniz səthindən 1400-1800 m 
yüksoklikdo güclü pozulmuş kiçik meşə sahələrinə rast gəlinir. Qozluçaydan şərq 
ə
razilərdə - Çilikçay və Çebotarçay hövzəsində meşə yalnız törəmə tipli koüuqlardan 
ibarətdir. 
Kiçik Qafqaz dağlarının (Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın) subalp 
zonasında və orta dağ-meşə qurşağında ısə ərazinin relyefinin nisbətən sakit olması, 
dağarası çökəkliklərin mövcudluğu qədim zamanlardan bəri insanları özünə cəlb 
etmişdir. Buna görə də yaşayış məntəqələri əsasən məhz burada cəmlənmişdir. 
Bununla əlaqədar Böyük Qafqazdan fərqli olaraq meşənin iqlim sərhədinin aşağı 
enməsində maldarlıqla ya-naşı, həm də əkinçiliyin inkişafı böyük rol oynamışdır. 
Məhz buna göıo də Kiçik Qafqaz dağlarında meşənin yuxarı sərhədi çox böyük 
antropogen dəyişikliyə uğramışdır. Uzunmüddotli əkinçilik və maldarlığın birgə təsiri 
nəticəsində meşə, demək olar ki, heç bir yerdə öz təbii sərhədində qalmamışdır. Bir 
çox yerlərdə şubalp tipli meşələr tamamilə sıradan çıxmış, onu dağ çəmənləri, 
kolluqlar və ya qayalıqlar, daşlıqlar əvəz etmişdir. Bununla olaqodar bu zonada 
meşəlik faizi kəskin aşağı düşmüşdür. 
Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonlarında yamacm şimal cəhətlərində 
meşənin müasir sərhədi əsasən fıstıq və paIıdla, Laçın və Qubadlı rayonlarında isə 
yalnız palıdla qurtarır. 
Meşənin iqlim sərhədinə uyğun seyrək, alçaq boylu sub-alp meşələrinə olduqca 
kiçik «ləkələr» şəklində rast gəlmək olar. Məsələn, Gəncə çayı və Tərtərçayın 
hövzələrində dəniz səthindən 2200-2350 metr yüksəklikdə kiçik sahələrdə tozağac 
meşəsi vardır, ona vələs, bəzən palıd da qarışır. Tozağac şaxtaya daha çox davamlı 
olduğu üçün bu şəraitdə palıda və vələ-sə nisbətən daha yaxşı inkişaf edir. Burada 
tozağac meşəliyinin yuxarı qurtaracağında eni cəmi 10-15 metr olan dar zolaqla 
boyları 0,5-1,0 metr olan palıd və vələs ağacları müşahidə edilir. Lakin burada da 
intensiv mal-qara otarılması nəticəsində bitki örtüyii pozulmuş və ilkin hahnı bir 
qədər itirmişdir. 
Gəncə çayının sol sahilində dəniz səthindən 2400-2500 metr yüksəklikdə sıx 
ardıc kollarına da təsadüf olunur. Zəyəm çayının mənbəyində sürünən formalı ardıc 
kolları qalıqları da-ğın lap zirvəsinə qədər, 2600-2700 metr yüksəkliyə qədər qal-xır. 
Hazırda Kiçik Qafqazda dəniz səthindən 1900-2300 metr yüksəklikdə ardıc kolları 
daha geniş yayılmışdır. Onlar fıstıq, pahd və tozağac meşələrinin yerində bitir. Buna 


səbəb əsas ağac növlərindən ibarət meşələrin qırılması nəticəsində eroziya prosesinin 
intensiv inkişafı, yamacların quraqlaşması və münbitliyinin azalmasıdır. Belə 
sahələrdə ardıc daha yaxşı uyğunlaşa bilir. Vaxtilə ardıc kollan dağlarda dəniz 
səthindən 2400-2500 metrdən yuxarıda təbii zolaq yaradaraq, ondan aşağıda yerləşən 
meşə qurşaqlarını iqlimin mənfı təsirindən mü-hafizə edirdi. Lakin, sonralar otlaq 
sahələrinin genişlondirilməsi məqsədilə bu zolaq qınlaraq və ya başdan-başa 
yandınlaraq məhv edilmişdir. 
Kontinental iqlimə malik olan Naxçıvan Muxtar Respublikasında dəniz 
səthindən 3000 metr yüksəklikdə ardıc kollarına rast gəlinir. 
Lənkəran-Astara zonasmda meşənin yuxarı sərhədi əsasən dəniz səthindən 
1500-1800 m yüksəklikdən keçir. Bəzi yer-lərdə, Alar, Lerik və Soru yaşayış 
məntəqolori ətrafında meşənin yuxarı sərhədi 1100-1300 m-ə enir. Yamacın şimal 
cəhətlərində meşənin yuxan sərhədi şabalıd-yarpaq və fıstıqla qurtarır. 
Araşdırmalar göstərir ki, Azərbaycanın müxtəlif regionlarında, harada mal-qara 
otarılması davam etdırilirsə, orada meşənin müasir yuxan sərhədi geri çəkilmokdo 
davam cdir. İnsan fəaliyyəti dayandınlan sahələrdə isə meşə öz kcçmiş sər-hədini 
tapmağa cəhd göstərsə də, bu proses çox yerdə olduqca ləng gedir. Meşənin çəmən 
bitkisinə «qalib gəlməsi» üçün uzunmüddətli kəskin mübarizə tələb olunur. Bu 
prosesi ancaq insan öz zəkası və əməyi ilə təbiətin həyatına fəal qarışmaqla 
tezləşdirməyə qadirdir. Bu cəhətdən vacib məsələlərdən biri süni meşənin 
sahnmasıdır. 
Hazırda yüksək dağ meşələrinin vəziyyəti və meşənin yuxarı sərhədinin 
get-gedə geri çəkilməsi böyük təşviş doğurur. Bu hal aşağıda yerləşən meşə və kond 
təsərrüfatı sahələri-ni də təhlükə altına ahr. Belə ki, meşənin yuxan sərhədində əmələ 
gələn səthi su axımları, uçurumlar ondan aşağıda yerləşən meşələri də bərbad hala 
sahr, bununla da dağlarda su rejimi pozulur və dağıdıcı sellərin cövlanına şərait 
yanranır. Odur ki, meşənin yuxan sərhədini bərpa etmək təbiəti mühafizə işində 
mühüm tədbir kimi qarşıda durur. 
Professor İ.S.Səfərovun məlumatına görə, respublikamızda sel qorxusu olan 34 
çayın hövzəsinin yalnız 30%-ə qədəri meşə ilə örtülüdür. Meşəlik dərəcəsinin dağ 
yamaclarında belə azlığı nəticəsində sel hadisələri respublikamızda geniş sahələri 
ə
hatə edir. Akademik A.J.Voyeykov (1963) meşə bitkisinin dağ yamaclarının 
bərkidici rolunu göstərərək qeyd edir ki, meşələr yerin relyefini yarandığı dövrdəki 
kimi saxlaya bilər. O daha sonra yazır ki, meşə bitkisi elə dik yamaclarda kök sala 
bilir ki, orada ot bitkisi başdan-başa örtük əmələ gətirə bilməz. 
Dağ meşələri ilə yanaşı, respublikamızın ekologiyasında arid və düzən tipli 
meşələrin də əhəmiyyəti olduqca böyükdür. 
Arid tipli meşələr respublikamızın dağətəyi zonalarında vegetasiya dövrünün 
çox hissəsi rütubəti çatışmayan quraq iqlim şəraitındə inkişaf etmişdir. Bu tip meşələr 


böyük su tənzimləyici və torpaqqoruyucu əhəmiyyətə malikdirlər. Arid tipli 
meşələrin yayıldığı ərazi vəhşi heyvan və quşlar üçün əlverişli sığınacaq mənbəyi və 
yem bazası hesab olunur. Onlardan ən geniş yayılanı ardıc ağacları yüksək fıtosid 
xassələrinə malik olduğu üçün havanı saflaşdıraraq ərazinin iqlimini sağlamlaşdırır. 
Arid meşələri dağətəyi yamacların landşaftını estetik cəhətdən bəzəyir. 
Azərbaycanda arid tipli meşələrin qalıqlarına Bozqır yaylada, Həkəri və Araz 
çaylarının aşağı axını yamaclarında, Naxçıvan MR-da Evlər oyuğu dağında, qismən 
Böyük Qafqazın şimal-şərq yamacında (Gilgilçay, Ataçay, Qaxçay hövzələrində) və 
Qobustanda rast gəlinir. 
Qeyd edilənlərə əsasən demək olar ki, arid tipli meşələr sahəcə az olsa da, 
yayıldığı ərazi çox genişdir. Bu onu göstərir ki, belə meşələr vaxtilə olduqca böyük 
massivlərdə yayıhbmış. Məlum olduğu kimi, respublikamızın arid meşələri yayılan 
dağətəyi zonalarda qədim dövrlərdən bəri əhali əkinçilik və maldarlıqla intensiv 
məşğul olmuşdur. Bununla əlaqədar ilkin arid tipli meşə örtüyü burada kökündən 
antropogen dəyişikliyə uğramış, mövcud bitki formasiyalan əsasən törəmə, 
bozqır-kserofil tiplidir. Müasir bitki tiplərinin hansı antropogen dəyişikliklərə 
uğraması haqda fikirlər yürütmək üçün xüsusi tədqi-qatlann apanlması tələb olunur. 
Arid tipli meşəliklər əsas etibarilə ardıc seyrəkliklərindən ibarətdir. Onların 
digər komponentləri sayılan saqqızağac, gürcü ağcaqayını, badam, iydəyarpaq armud 
və dağdağan çox nadir hallarda ağaclıqlar yaradır. 
Ardıc meşələrinin antropogen deqradasiyası və ya dəyi-şilməsi yerin 
relyefındən, torpaqəmələgətirən süxurlardan və insanın təsərrüfat fəaliyyətinin 
intensivliyindən asılı olaraq müxtəlif istiqamətlərdə gedir. Ardıc meşələrinin 
tərkibinə əksər hallarda saqqızağacı daxil olur. Tədqiqatlar göstərir ki, saq-qızağac ilə 
ardıcın qanşıq bitdiyi meşəlikdə ağaclar kəsilərkən, sırf saqqızağac meşəliyi yaranır, 
çünki ardıc ağacı kəsildikdə pöhrə vermir, saqqızağac isə kəsilən zaman kökündən 
bol pöhrəvermə qabiliyyətinə malikdir. Eynilə ardıc meşələrinin kserofıl və 
yanmsəhra bitkiliyi ilə əvəz olunması da antropogen səbəblərdən baş verir. 
Arid meşələri ilə müqayisədə Azərbaycanın düzən meşələrinin taleyi daha 
acınacaqlı olmuşdur. XIX-XX əsrlər ərzində bu meşələr intensiv şəkildə qırılmışdır. 
Bu proses bu və ya digər səbəbdən hazırda da davam etməkdədir. Azərbaycanın 
düzən meşələrinin aşağıdakı təsnifatı mövcuddur (Q.S.Məmmədov, M.Y.Xəlilov, 
2002): 
1. Rütubətli subtropik düzən meşələr (Lənkəran ovalığı); 
2. Yanmrütubətli subtropik düzən meşələri (Qanıx-Həftəran vadisi); 
3.
Dəniz iqlimi şəraitində düzən meşələr (Samur-Dəvəçi ovalığı); 
4.
Quru isti iqlim şəraitində düzən meşələr (Kür-Araz düzənliyi); 
5.
Tuqay meşələri (Kürqırağı zona). 
Rütubətli subtropik meşələrdə relikt növlər üstünlük təşkil edir, burada meşə 


altında həmişəyaşıl kol növləri də bitir (Hirkan bigəvəri, budaqh danaya), 
yarımrütubətli subtropik meşələrdə relikt növlərdən qanadyarpaq yalanqoz, fıstıq 
(bəzi yerlərdə), dəmirağac (bir yerdə), şabalıdyarpaq palıd (İsmayıllı qoruğunda), 
quru isti iqlimli düzən meşəsində vo üçüncü dövrün relikt saqqızağacına rast gəlinir. 
Bütün düzən meşələrində meşəaltı kollar yaxşı inkişaf etmişdir, seyrəlmiş meşə 
sahələrində isə kol növlərinə daha çox rast gəlinir. 
Hazırda Kürqırağı tuqay meşələrində yaranmış vəziyyət daha çox narahatçılıq 
doğurur. Kürqırağı tuqay meşələrinin acınacaqlı vəziyyəti həm dövlətimizin, həm də 
alimlərin diqqət mərkəzindədir. Respublikamızda tuqay meşələrinin nisbətən geniş 
sahələri səhra və yarımsəhra əraziləri kəsib keçən Kür çayının ətrafında yayılmışdır. 
Bu meşələrin əhəmiyyəti çox böyükdür. Tuqay meşələri təbiətin bizə bəxş etdiyi təbii 
zolaq olub, onu əhatə edən ərazinin iqlimini nizama salır, ətraf sahələrdə kənd 
təsərrüfatı bitkilərinin məhsuldarlığının sabitliyinə və yüksəlməsinə şərait yaradır. Bu 
meşələr böyük tor-paqqoruyucu və sahilbərkidici rola malik olub, həm də Kür 
qırağının təbii bəzəyidir, vəhşi heyvanların və quşların etibarlı sığınacağı, insanların 
isə əvəzedilməz istirahət guşəsidir. Tuqay meşələri yayılan Kürboyu ərazidəki 
rayonların meşə ilə örtülmə dərəcəsi (meşəlik faizi) olduqca aşağıdır. Əgər 
respublikamızın meşəlik faizi 12%-dirsə, Kür-Araz düzənliyində bu rəqəm cəmi 
0,8%-dir. Odur ki, Kürboyu tuqay meşələrinin mühafızəsi və bərpası böyük təsərrüfat 
ə
həmiyyəti kəsb edir. 
Akademik A.A.Qrossheym (1929, 1932) göstərmişdir ki, insanların son dərəcə 
sürətlə artan kənd təsərrüfatı fəaliyyəti nəticəsində tuqay meşələri tamamilə yoxa çıxa 
bilər. Buna görə də o, dəfələrlə tuqay meşələri qoruqlarının təşkil olunması fırkini 
irəli sürmüşdür. A.Qrossheym 70 il bundan öncə yaxşı vəziyyətdə olan tuqay 
meşəsini Xəzər dənizindən Kür çayı boyu təxminən 100 kilometr yuxarıda köhnə 
Zubovka kəndi (indiki Şirvan şəhəri) yaxınlığında və ondan yuxarı ərazilərdə təsvir 
edirdi. H.Ə.Əliyev və M.Y.Xəlilovun (1976) apardıqları tədqiqatlar göstərdi ki, 
hazırda Şirvan şəhəri yanında Kür çayı qırağında yalnız bir neçə ədəd qurumaqda 
olan qovaq ağacı qalmışdır. 
Xatırladaq ki, tuqay meşələrinin əsas sahəsi hələ 1920-ci ilə qədər əkin sahələri 
ə
ldə etmək məqsədilə qırılıb məhv edilmişdir. Yaxın keçmişdə 20 min hektar Samux 
meşəsi adı ilə məşhur olan tuqay meşəsi Mincəçevir dənizinin altında qalmışdır. 10 
min hektara qədər tuqay meşəsi Şəmkir və Yenikənd su anbarlarının yaradılması 
məqsədilə qırılıb məhv edilmişdir. 
Belə vəziyyət Kürqırağında az da olsa qalmış tııqay meşələri qalıqlarının lazımi 
səviyyədə qorunması və orada yeni meşəliklərin sahnmasının vacibliyini daha da 
artırır. Təəssüf ki, tuqay meşələrinin orda-burda qalan kiçik sahələri də insanların 
təsərrüfat fəaliyyəti nəticəsində yoxa çıxır. Son illər Kürboyu tuqay meşələrinin 
qırılma sürəti daha da artmışdır. Ağdaş, Bərdə, Ağcabədi və Saatlı rayonlarında 


meşolərin vəziyyəti daha acınacaqlıdır. Burada ruqay meşələri başdan-başa qışlaqlara 
çevrilmişdir. Hər il Kürboyu meşə təsərrüfatları ərazilərində qoyun və qaramal 
sürüləri otarıhr. Bunun nəticəsində təbii və süni sahnmış meşələr seyrəlir, kolluqlara 
çevrilir, qoruyucu funksiyası zəifləyir və gələcək nəsli kəsilir. Kürqırağında bu 
səbəbdən qovaq və söyüd meşələrinin yerində 6 min hektardan çox yulğun kolları 
ə
mələ gəlmişdir. Digər tərəfdən meşə ilə örtülü olmayan 100 hektarlarla sahədə illər 
boyu qanunsuz olaraq kənd təsərrüfatı bitkiləri becərilır. Ağdaş, Bərdə, Beyləqan, 
Sabirabad, Saatlı və Ağcabədi rayonlarında belə hallara daha çox rast gəlinir. 
Kürqırağında meşəsi yox edilən sahələrin çoxunda qamış, cil bitir və bataqlaşma 
müşahidə olunur. Yevlax və Sabirabad rayonlarında meşənin yerinə kənd təsərrüfatı 
bitkiləri düzgün suvarılmadığından sahələr şorlaşır və ya bataqlığa çevrilir. 
Kür çayı sahillərində olan meşə sahələrinin eni Ağstafa və Ağdaş meşə 
təsərrüfatlannın bəzi yerində 4-6 kilometrə çatır. Əgər meşənin enini çayın hər iki 
sahilində 0,5-1,0 kilometr qəbul etsək, hazırda Kür qırağında mövcud olan, 18 min 
hektar meşə ilə örtülü sahə yalnız 90-100 kilometr məsafədə uzanır. Halbuki, Kürün 
uzunluğu respublikamızın ərazisində 900 kilometrə çatır. Deməli, Kür boyunda 
700-800 kilometrdən artıq sahə meşəsiz qalmışdır. 
Göründüyü kimi, Azərbaycan meşələrinin vəziyyəti, son illər bir sıra tədbirlərin, 
o cümlədən meşəsalma işlərinin aparılmasına baxmayaraq, hələ də acınacaqh olaraq 
qalmaqdadır. Ona görə də biosferin çox əhəmiyyətli və əvəzsiz tərkib hissəsi olan 
meşə biogeosenozlarının qorunması və artırılmasından ötrü respublikamızda daha 
ciddi tədbirlərin görülməsi tələb olunur. 
Meşə ehtiyatlarımızdan istifadənin ekoetik problemləri geniş aspekti (hüquqi, 
inzibati, təsərrüfat, iqtisadi, estetik, mühafızə, bərpa və s.) əhatə etsə də, burada 
hazırkı mərhələdə əsas diqqət mövcud meşələrin mühafızəsinə və bərpa işlərinə 
yönəldilməlıdir. Meşələrimizin ekoetik problemlərinin həllində bu istiqamətlər 
prioritet kimi götürülməlidir. Şübhəsiz ki, meşələrin mühafızəsi problemində hüquqi, 
inzibati və təsərrüfat və s. xarakterli tədbirlər də nəzərdə tutulur. Məsələn, me-şələrin 
qırılmasına görə inzibati cəzalann kəskinləşdirilməsi (hüquqi), ağac emah sexlərinin 
fəaliyyətinin dayandınlması (təsərrüfat), xaricdən gələn ağac və ağac 
məmulatlarından tutulan vergilərin azaldılması (iqtisadi) və s. meşələrimizin 
bər-pasının elmi-nəzəri və praktiki əsaslarının işlənməsi sahəsində respublikamızda 
kifayət qədər təcrübə vardır. Ona görə də bu məsələlərin bir qədər yeni baxışla, 
meşələrin ekoetik problemlərinin geniş aspekti fonunda nəzərdən keçirilməsinə 
böyük ehtiyac vardır. Bunlar aşağıdakılardır (Q.S.Məmmədov, M.Y.Xəlilov, 2002): 
1. Dağ meşələrinin təbii-tarixi areahnın və strukturunun bərpası. Bundan ötrü: 
a)
dağ meşələrinin yuxarı sərhədini bərpa etmək məqsədilə hər şeydən əwəl 
meşənin müasir sərhədindən yuxarıda 100-200 metr enində qoruyucu zolaq ayrılmah, 
orada mal-qara otarılması qəti qadağan edilməlidir; eroziyaya uğramış, cənuba baxan 


dik yamaclarda belə, «bufer» zolaqları daha enli götürü-lüb, meşənin iqlim sərhədinə 
çatdınlmahdır; 
b)
dağ meşələrində təbii meşələrin (fıstıq, fıstıq-vələs, palıd və s. qarışıqlı) 
bərpasına şərait yaratmaq üçün xüsusi me-şəçilik tədbirləri həyata keçirilməlidir. 
Meşə əkini işləri ən mühüm tədbir hesab edilməlidir: sanitar və s. xarakterli kəsmə 
işləri qarışmış meşələrin ləğvinə və yerində təbii-tarixi struk-turlu mezofıl və kserofil 
meşələrin bərpasına xidmət etməlidir; 
c)
yaşayış məntəqələri yaxmhğında, yol qırağı zolaqlar-da, meşələrin 
başdan-başa qırıldığı yerlərdə, yuyulmuş daşlı yamaclarda əsasən adi şama və ardıca, 
nisbətən az yuyulmuş yamaclarda tozağacına, quşarmuduna yüksək dağ ağcaqayınına 
üstünlük vcrilməlidir. Kiçik Qafqazın Naxçıvan orazisindo vo Talışın Zuvant 
zonasında iqlim şoraitinin quraqlığı nəzərə alınaraq yuxarı meşə qurşağında əsas ağac 
cinsi şərq palıdı və müxtəlif ardıc növləri hesab edilməlidir. Burada keyfıyyətli 
meşəliklər salmaq üçün ondan aşağıda yerləşən zonalaıda yetişdirilən tinglərdən 
istifadə etmək düzgün deyildir. Bu məqsədlə yuxarı meşə zonasının öz tingliyi 
olmalıdır. 
2.
Arid meşəiərinin mühafızəsi və bərpası üçün tədbirlə-rin görülməsi. Bundan 
ötrü: 
ç) vaxtilə respublikamızın dağətəyi zonasında geniş ərazilər tutan arid tipli 
meşələr hazırda çox kiçik sahələrdə qalmışdır. İnsanın uzun zaman intensiv təsərrüfat 
fəaliyyəti nəticəsində bu meşələr kol qrupları - şibləklərlə əvəz olunmuşdur. Mövcud 
arid meşələrinin qalıqlarının qorunub saxlanmasından ötrü aşağıdakı qoruq və 
yasaqlıqların yaradılnıası tövsiyə olu-nur: Çilgilçay ardıc yasaqlığı, Laçın arid meşəsi 
qoruğu, Laçın qoruğunun Başarat, Beynəli arid meşəsi yasaqhğı, Qobustan ardıclığı, 
Quruçay şabalıdyarpaq palıd yasaqlığı; 
d)
arid meşələrinin mühafızəsində və bəıpasında mövcud qoruqlann ərazilərinin 
genişləndirilməsinin do böyük əhəmiyyəti ola bilər. Bu ərazilər aşağıdakılardır: 
Türyançay qoruğu, Türyançayın Qanıx fılialı, Qabarrı Eldar şamı meşəliyi, 
Zə-yəmçay şam meşəliyi və s.; 
3.
Düzən meşələrin mühafizəsi və bərpası məqsədilə kompleks tədbirlərin həyata 
keçirilməsi, o cümlədən: 
e)
imkan daxilində (yer quruluşu layihələrinə əsasən) Kür çayı boyu hər iki 
sahildə 270 metr enində qoruq zolağı ayrılmalı və orada bütün fəaliyyətlər (meşənin 
qınlması, mal-qara otarılması və s.) qadağan edilməli, Tuqay meşələrinin bərpası 
üçün meşəsalma işləri həyata keçirilməlidir; 
ə
) Qanıx-Həftəran vadisi, Samur-Dəvəçi və Lənkəran ovalığı meşələrinin 
fraqmenti şəklində qalmış sahələri ciddi mühafizəyə götürməli, onların 
genişləndirilməsi üçün tədbirlər, o cümlədən qoruq elan edilməli, meşəsalma işləri və 
s. görülməlidir. 


Beləliklə, respublikamızın əvəzsiz sərvəti olan meşə fondunun qorunması və 
bərpası konkret tədbirlər sistemindən ibarət olsa da, ondan istifadənin ekoetik 
problemlərinin lıəlli ciddi addımların atılmasmı tələb edh (Q.Məmmədov, M.Xəlilov, 
2004). 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin