Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə68/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   64   65   66   67   68   69   70   71   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Kiçik Qafqazın tektonik ərazilərində yerləşənlər. Buraya 30 qrupdan çox 
tərkibi qələvili, hidrokarbonatlı, karbon turşulu və dəmir ionlan ilə zəngin olan 
mineral su yataqlan daxildir. Bunlardan ən məşhuru İstisu, Minkənd, Qoturçu və 
Slavyanski sularıdır. 
2.
Böyük Qafqazın kükürdlü-hidrogenli mineral su yataqlan. Burada 
hidrokarbonat - xlorlu su yataqlarını xüsusilə ayırmaq olar. Bu suların tərkibi nitrat, 
kalsium, maqnezium duzlan ilə zəngindir. Bu mənbələr arasında İlisu, Bum, 
Qonaqkənd, Xınalıq, Dəvəçi, Xudat və başqalarını xüsusilə ayırmaq olar. 


3.
Quzey Azərbaycanın Talış zonasında soyuq, ilıq və istiliyi 64°-ə çatan isti 
mineral su mənbələri. Onların ümumi sayı 25-ə qədərdir. Bu mənbələrin çoxu 
sulfıtlixlorlu, natriumlu və kalsiumlu mineral su tipinə aiddirlər. Bu mənbələr 
arasında ən əhəmiyyətlisi yodlu və bromlu tərkibə malik olanlardır. 
4.
50-dən çox mineral su mənbəyi qeydə alınmış Na-xçıvan MR ərazisindəki 
mineral suları. Bu suları aşağıdakı qruplara bölmək olar: 
a)
tərkibi acı-duzlu maddələrlə zəngin olan Qızılvəng, Cugin, Toroş və Dəstə 
mineral su yataqları; 
b)
tərkibi duzlu və acı-duzlu maddələri ilə zəngin olan Vayxır, Darıdağ və s. su 
mənbələri. 
c)
tərkibində karbon turşusu və əhəng qarışığı olan Bata-bat, Gemyur, Darıdağ, 
Sirab, Badamlı, Nahadçin və başqa mi-neral su mənbələri. 
5.
Kür-Araz vadisində rast gəlinən yodlu su ınənbələ-ri - Eldar çökündə və 
Baba-Zənan mənbələri də bu tipli mine-ral sulara aiddir. 
Bir sıra mineral su mənbələri palçıq vulkanları ilə əlaqə-dardır. Onların tərkibi 
özünəməxsus kimyəvi və qaz qarışıqları ilə zəngindir. Bu mənbələr arasında öz 
müalicəvi əhəmiyyəti-nə, fıziki-kimyəvi və bioloji xassələrinə görə dünyada yeganə 
olan Naftalan yataqlarını ayrıca qeyd etmək lazımdır. 
Azərbaycanda geniş süni suvarma şəbəkəsi yaradılmış-dır. Burada su resursu 
mənbəyi kimi böyük əhəmiyyətə malik olan 6 magistral və 3 kollektor kanalı və 
50-dən çox su anbarı (onlardan 5-nin hər birinin su tutumu 1 milyon m'-dən çoxdur) 
mövcudur. Suyun və onlardan istifadənin uçotu dedikdə kon-kret ərazidə olan suyun 
kəmiyyət və keyfıyyətinin, habelə isti-fadəçilər üzrə götürülmüş, istifadə edilmiş və 
axıdılmış suyun müntəzəm qeydiyyatı nəzərdə tutulur. 
«Suyun və ondan istifadənin uçotu» anlayışı «su kadast-rı» anlayışı (səth və 
yeraltı sular haqqında hidroloji molumatlar toplusu) ilə bilavasitə əlaqədar olmaqla 
mövcud su ehtiyatları-nın, kəmiyyət və keyfıyyət göstəricilərini, habelə istifadəçilər 
üzrə istifadə olunan suyun uçotuna dair məlumatları əhatə edir. Suların mövcudluğu, 
keyfıyyəti, çirklənməsi və istifadəsinin uçotu yerlərdə yaradılmış hidrometrik postlar, 
stansiyalar, habelə informasiya əldə etməyə köməklik göstərən başqa vasitələr (yerin 
süni peykləri, aviomüşahidələr və s.) şəbəkəsi ilə həyata keçirilir. 
Sudan istifadənin vəziyyəti və həcminə dair informasiya əldə etmək üçün sudan 
istifadə edən müəssisə, idarə və təşkilatlarda mövcud olan ilk uçot və bu barədə 
onların tərtib etdikləri hesabatlardan istifadə olunur. Yeraltı su ehtiyatları (mineral və 
termo suları da daxil olmaqla) haqqında informasiya bu işə nəzarət edən Ekologiya 
və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan uçot və hesabat sisteminə əsasən əldə 
edilir. Dövlət Statistika Komitəsi aidiyyəti olan təşkilatlarla razılaşdırılmaq yolu ilə 
istifadəyə dair hesabatlar və onların doldurulmasına dair təlimatlar hazırlayır. 
Konkret dövr ərzində hər hansı su hövzəsində və ya ərazidə su ehtiyatlarının 


həcmi, toplanması və məsrəflərinin müqayisəli əlaqələndirilməsi məqsədilə su balansı 
tərtib edilir. Su balansının mədaxil hissəsini yağışlar və başqa üsullarla daxil olan 
suların həcmi, məsrəflər hissəsini isə geri qaytarılmadan istehlak olunan sular
buxarlanma və başqa itkilər təşkil edir. 
Alimlərin hesablamalarına görə, yer kürəsindən buxarlanan suyun illik ümumi 
miqdarı təqribən 525,1 min km
3
-ə (o cümlədən qurudan 72,5 min km
3
, okeandan 
452,6 min km
3
) bərabər olur. Atmosferdən yer kürəsinə qar, yağış və dolu şək-lində 
düşən yağıntı sularının miqdarı da (cəmi 525,1 min km
3
, o cümlədən quruya 113,5 
min km
3
, okeana isə 411,6 min km
3
) suyun miqdarmı balanslaşdırır. Hidrosferdəki 
suyun belə daimi hərəkəti nəticəsində çayların, göllərin və yeraltı mənbələrin suları 
tənzimlənir və müəyyən miqdarda təzələnir. 
Yer kürəsində su resursları bərabər bölünməmişdir. İçməli su resursları cənubi 
Amerikada, Kanadada və Asiyada daha çox, Orta Asiyada, Əfqanıstanda, ərəb 
ölkələrinin çoxunda, Şimali Afrikada və Afrikanın tropik ölkələrində isə nisbətən 
azdır. 
Azərbaycan 
Respublikasında 
su 
ehtiyatları 
qonşu 
cənubi 
Qafqaz 
respublikalarına nisbətən məhduddur. Onun çaylarında ildə 32 km
3
su axır. 
Adambaşına duşən suyun həcminə görə Azərbaycan keçmiş SSRİ məkanında olan 
MDB ölkələrinə nisbətən 10 dəfə, Ermənistan və Gürcüstana nisbətən 2-9 dəfə az 
təchiz edilmə imkanına malikdir. Bütün bunlarla yanaşı, insanın bütün fəaliyyəti və 
canlı aləmin mövcudluğu sudan geniş miqyasda istifadəni tələb edir. Dünya 
təsərrüfatının sürətlə in-kişafı, uzbanizasiyanm sürətlənməsi və əhalinin sayının 
sürətlə artımı suya olan tələbatı gündən-günə artırır. Dünya təsərrüfatında istifadə 
olunan suyun 86%-i sənayenin, qalan hissəsi isə (14%) başqa təsərrüfat sahələrinin 
payına düşür. 
Hesablamalara görə 1 ton nikelin istehsahna 800-4000 m
3
, mis istehsalına 227 
m
3
, 1 litr neft hasilatına 10 litr, 1 ton poladın əridilməsinə 20 min litr, 1 hektar əkin 
sahəsinə 12-14 min m
3
və 1 ton ətin istehsalına 20 min m
3
su sərf edilir. 
İ
çməli suyun xeyli hissəsi insanlar tərəfındən içilir və məişətdə istifadə edilir. 
Dünya üzrə əhalinin hər nəfəri gündə orta hesabla 150 litr, kənd əhalisi isə bir qədər 
az (60-80 litr) su istehlak edir. Bir nəfərə düşən gündəlik su istehlakı Nyu-York və 
San-Fransiskoda 800 litr, Moskvada 500-600 litr, Parisdə və Berlində 450 litrə 
bərabərdir. 
Bütiin bunlara görə su istehlakının həcmi ildən-ilə artır. Məsələn, ABŞ öz su 
ehtiyatlarının 1900-cu ildə 6%-ni istifadə etdiyi halda 1960-cı ildə bu rəqəm 60%-dək 
artmışdır. Dünya əhalisinin 60%-i su qıthğmdan əziyyət çəkir, 50 ölkədə isə işlənmiş 
suyu təmizləyərək yenidən istifadə edirlər. Su qıtlığının əsas səbəbi suya tələbatın 
günü-gündən artması, su itkisinin olması və suların çirklənməsidir. 
İ
nsanlar suya olan tələbatını ödəmək üçün yerüstü (çaylar, göllər, nohurlar, 


bataqhqlar), yeraltı (artezian, kəhriz, bulaq və qrunt) sularından istifadə edirlər. Son 
dövrlərdə Arktika və Antraktidamn aysberqdərindən (buz dağlarından) şirin su 
mən-bəyi kimi istifadə etmək üçün xüsusi layihələr hazırlanmışdır. 
Ə
vvəllərdə göstərdiyimiz kimi, Azərbaycan Respublikası su ehtiyatlarının 
həcminə görə Cənubi Qafqaz ölkələri arasında sonuncu yeri tutur. Ərazinin hər 
kvadrat kilometrinə düşən suyun miqdarı Gürcüstanda 300 min m
3
, Ermənistanda 230 
min m
3
və Azərbaycan Respublikasında 100 min m
3
-a bərabərdir. Azərbaycanda 
ə
halinin hər nəfərinə düşən suyun miqdarı Gürcüstandan 7 dəfə, Ermənistandan isə 2 
dəfə azdır (Rüstəmov S. 1971). Bütün bunlara baxmayaraq, Azərbaycanda aparılan 
böyük quruculuq işləri və iqtisadiyyatm müxtəlif sahələrinin inkişafı suya olan 
tələbatın həcmini ildən-ilə artırır. Məsələn, Azərbaycanın suya olan tələbatının həcmi 
1975-ci ildə 12,8 milyard m
3
, 1985-ci ildə 19,2 milyard m
3
(Ş.Göyçaylı, 
N.Mika-yılov, A.Xəlilov, R.Abdullayev, T.Həsənov və Ç.İsmayılov «Ətraf mühitin 
qorunması və təbii ehtiyatlardan istifadə», 1966) və XX əsrin sonlarında 30,0 milyard 
m
3
-dən çox olmuşdur. Azərbaycanda suya olan tələbatın ödənilmosi üçün əsas 
yerüstü və yeraltı şirin su resurslarından istifadə edilir. Bu resurslardan səmərəli 
istifadə edilərsə, respublikamızın suya olan tələbatı uzun illər ərzində tam ödənilə 
bilər. Lakin bütün bunlara baxmayaraq alimlərimiz və geoloqlarımız 
respublika-mızın ərazisində yeni yeraltı şirin su yataqlarının axtarışı və mövcud su 
ehtiyatlanndan səmərəli istifadəsi yollarının axtarışı ilə ciddi məşğul olurlar. 
Hər bir ölkənin suya tələbatı özünün ərazisındə olan su hövzəsi və qonşu 
ə
razilərdə yerləşən su hövzəlori hesabına formalaşır. Məsələn, Azərbaycan 
Respublikasının ərazisində olan 62,8 km
3
suyun 65%-i, Gürcüstanda olan 62,8 km
1
suyun 14%-i, Ermənistanda olan 7,9 km
3
suyun isə 17,5%-i bu ölkələrin ərazisinə 
kənardan daxil olur. Respublikamızın ərazisində olan kiçik çayların əksəriyyəti yaz 
və yayda quruyur. Belə vəziyyət yaz-yay aylarında hava temperaturunun artması, 
suyun yağıntılann dövriyyəsinə cəlb edilməsi ilə əlaqədardır. 
Alimlərimiz su resurslarının mövcudluğunu su ehtiyatları və hidroenergetik 
baxımından da öyrənir. 
Ümumi su ehtiyatları su növləri (çaylar, göllər, su anbarları, bataqhqlar, 
buzlaqlar, yeraltı sular, dənizlər) üzrə həcm ölçülərində (adətən m
3
-la) istifadə olunur. 
Axıdılan suların mexaniki enerjisi elektrik cnerjisinə çevirdikdə hidroenerji 
resurslan yaranır. Onların potensial gücü su axınının gücü (bir saniyə ərzində axıdılan 
suyun miqdarı) ilə və suyun şəlaləsinin ucalığı ilə müəyyən edilir. Enerji 
resursla-rmın belə potensial həcmi orta illik göstərici kimi axıdılan suyun minimum 
həcminə görə hesablanır və kilovatla ifadə olunur. 
Sudan istifadəni öyrənərkən istehsal, içmək və təsərrüfat içmək ehtiyaclarına (o 
cümlədən dövri su təchizatı yolu ilə) sərf edilən suları fərqləndirmək lazımdır. Eyni 
zamanda axıdı-lan suyun çirklənməsi, su tutarlarına və torpağa axıdılan çirka-bın və 


çirklənmiş suların miqdarı, istifadə olunmuş su resurslarının təmizlənməsi, su 
resurslarının qorunmasına və hidrotexniki qurğuların tikilməsinə kapital 
qoyuluşlarının həcmi, axıdı-lan çirklənmiş sulann həcminin azaldılmasına xidmət 
edən texnologiyanın təkmilləşdirilməsinə yönəldilmiş vəsaitin həc-mi və başqa 
göstəricilər də öyrənilir. 
Su tutarlarında suyun çirklənmə dərəcəsi suda olan çirkləndiricinin bu və ya 
digər növünün faktiki miqdarını həmin çirkləndiricinin mümkün olan qatılıq həddi 
MQH və ya normativi ilə müqayisə etməklə müəyyən edilir. Çirkləndiricinin MQH 
suda çirkləndiricinin elə qarışığıdır ki, ondan sonra həmin su istifadəyə yaramır. Bu 
səviyyə Səhiyyə Nazirliyinin sanitar xidməti tərəfındən müəyyən edilir. İstifadə 
edilən suyun keyfıyyəti insanlann səhhətinə mənfı təsir etməməli və istifadə olunan 
avadanhğın vaxtından əvvəl sıradan çıxmasına səbəb olmamahdır. Suda 
çirkləndiricilərin 300-dən artıq növü üzrə MQH müəyyən edilmişdir. 
Su tutarlarında olan suyun çirklənmə dərəcəsinə görə onları ən təmiz, təmiz, 
nisbətən çirklənmiş və başqa su tutarları kimi təsnifatlaşdırırlar. 
Sudan sənaye məqsədləri üçün istifadə zamanı ona xüsusi qayğı ilə yanaşmaq 
lazım gəlir. Belə vəziyyət bəzi istehsal sahələrində suyun texnoloji prosesin ən vacib 
ünsürü kimi is-tehlakı, çirklənməsi, çirklənmiş su qanşığının yerüstü su tutarlarına 
axıdılması və həmin su tutarlarının kimyəvi vəziyyəti ilə olaqodardır, Məsələn, istilik 
enerjisi hasil edilərkən avadanlıqların soyudulması üçün çay sularından istifadə 
olunur. Soyutma məqsədilə istifadə olunmuş su çirklənməklə yanaşı özü də qızır. 
Çirklənmiş və xeyli qızmış su yenidən çaylara axıdılır. Bu sahədə istifadə edilən 
texnologiya əsasən belə halda İES-in yaxın sahələrində temperaturu (t°) 3-5 
dorocədən çox qızmamalıdır, çayın suyunun ümumi temperaturu isə 25°-dən yüksək 
olmamalıdır. Əks təqdirdə suyun bioloji tərkibi pisləşir və onun florası və faunası 
üçün çox böyük təhlükə yaranır. 
Rcspublikamızın ərazisində istehsal ehtiyacları üçün ən çox su istehlakı 
Mingəçevirdə və Şirvan şəhərində olmuşdur. Respublika üzrə islehsal ehtiyaclarma 
sərf edilən ümumi suyun tərkibində Mingəçevirdə istehsal edilmiş suyun miqdarı 
1990-cı ildə 44,9% və 1998-ci ildə 65,6%, Şirvanda isə müvafıq olaraq 21,1% və 
22,8% təşkil etmişdir. Belə vəziyyət şəhərlərdə istilik elektrik stansiyalarının olması 
ilə əlaqədardır. 
İ
stənilən ölkədə su ehtiyatlarının az və ya çox olmasına baxmayaraq, o, qənaətlə 
istifadə edilməli və çirklənmədən qorunmalıdır. Bütün başqa nemətlər kimi su 
ehtiyatları da səmə-rəli istifadə edilmədikdə qurtarır və çirklənmədən qorun-madıqda 
su qıtlığı yaranır. Su çatışmazhğının əsas səbəbi suya tələbatın artması, su itkisi və 
suların çirklənməsidir. 
Artıq deyildiyi kmi, ümumi su ehtiyatlan həcm ölçülərində (adətən m
3
-la) 
xarakterizə olunur. Daxili su ehtiyatlannın təbii dövranı yağıntılar hesabına artır, 


buxarlanma və istifadə (axıdılan) hesabına isə azalır. Buna göro do ümumi 
ehtiyatlardan fərqli olaraq onların orta ıllik axını və ya dinamik ehtiyatlar adlı 
göstəriciləri də fərqləndirılir. Belə göstəricilər su ehtiyatlarının istehsal-təsərrüfat 
ehtiyaclarına sərf edilə biləcəyi su ehtiyatlarının ən geniş həddinı göstərir. Axıdılan 
suyun (dinamik ehtiyacların) miqdarını A, ərazinin tələbatını T ilə ifadə etməklə su 
resursları ilə təminolunma dərəcəsini (TOD) səciyyələndirən göstərici müəyyən 
edilir: 
Torpaq və iqlim şəraitindən asılı olaraq bitkilərin və torpaq tiplərinin su rejimi 
nəzərə alınmalıdır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin