Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə76/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   72   73   74   75   76   77   78   79   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

II.
 Düzən meşələr və dağətəyi kolluqlar zonası. Bu zona dəniz səviyyəsindən 
600 m hündürlüyə qədər olan əzazını əhatə edir. Bu zona Samur-Dəvəçi ovalığında, 
Alazan-Həf-təran vadisində, Qarabağ silsiləsinin şimal-şərq qurtaracağında daha 
yaxşı görünür. Burada tez-tez vaşaq (Felis lynx), vəhşi pişik, meşə süleysini 
(Dyromus pitedula), sincab (Sciurus per-sicus), gecə yarasası (Myotis), uzun qanad 
(Miniopterus shrei-bersil), quşlardan sağsağan (Pica pica), alaçölıro (Lanius 
coilu-rio), qaratoyuq (Turdus merula), ağdaçapan (Motacilla alba), qırqovul 
(Phasianus colchicus), bülbül (Luscinia megarhync-hos), qarabaş yulaq quşu 
(Emberiza melanocephala), sarıköynək (Oriolus oriolus), yaşıl ağacdələn (Picus 
viridis), sürünənlərdən zolaqlı kərtonkolə (Lacerta strigata) çöl gürzəsi (Vipera ursini 
renordi) təsadüf olunur. 
III.
Dağ meşələri zonası. Dəniz səviyyəsindən 600 m hündürlükdən 2200 m-ə 
qədər olan ərazidə yayılmışdır. Dağ meşələri zonası dırnaqlılarla daha çox zəngindir. 
Burada Qafqaz maralı, cüyür (Capreolus caprea), qarapaça (Rupicapra rupicapra), 
Dağıstan dağ keçisi (Capra sylindricornis) yayılmışdır. Sonuncu Balakəndən 
İ
smayıllıya qədər olan ərazidə tə-sadüf edilir. İri yırtıcı heyvanlardan ayı, vaşaq, 
meşə pişiyi (Felis silivestrus), porsuq (Meles meles), daşlıq dələsi (Martes martes), 
həşərat yeyənlərdən su kutoru (Neomys fodiens), qonurdış (Sorex raddei), yarasaya 
(Myotis oxugnathus) təsadüf olunur. Quşlardan qara ağacdələn (Dryocopus martius), 
süzər (Certhia familiaris), sitta (Sitta europaea), qarquşu (Pyrrhula pyrrhula), 
alaqanad (Fringilla coelebs), şofəqquşu (Erthacus rubecula), uzunquyruq arıquşu 
(Aegithalas caudatus), qara arıquşu (Parus ater), cincarquşu (Troglodytes 
troglodytes), sürünənlərdən qonur ilan (Coronelloa austriaca), cılız koramal (Anguis 
fragilis), suda-quruda yaşayanlardan Zaqafqaziya qurbağası və yaşıl quru qurbağası 
(Bufo vıridis) yayılmışdır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin