Azərbaycan Respublikasının heyvanlar aləmi haqqında məlumat
Ölkəmizin təbii şəraitinin müxtəlifiiyi və mürəkkəb geoloji keçmişi, həmçinin
qonşu zooçoğrafı ərazilordə ciddi təbii maneələrin olmaması onun zəngin heyvanat
alominin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Bununla belə, antropogen
dövrdə insanın təsərrüfat fəaliyyəti də faunanın tərkibinə, şübhəsiz, öz təsirini
göstərmişdir: bir torofdon hcyvanlann ovçuluq yolu ilə qınlması, digər tərəfdən isə
landşaft şəraitinin dəyişməsi nəticəsində qida və çoxalma yerlərindən məhrum
edilməsi bəzi heyvan növlərinin məhv olmasına gətirib çıxarmışdır. Vaxtilə
Azərbaycan ərazisində yaşamış şir, pələng, kaftar və digər heyvanlar tamamilə məhv
edilmişdir. Azərbaycanın faunası müxtəlif tədqiqatçılar tərəfındən ətraflı şəkıldə
öyrənilmişdir (M.A.ıMusayev, 1989,2000; Q.T.Mustafayev, 1972, 1977, 1985, 2000;
D.V.Hacıyev,
2000;
D.Ə.Əbdürrəhmanov,
1978;
Ə
.M.Ələkbərov,
1978;
İ
.K.Rəhmətulina, 2000; D.Q.Tuayev, 2000 və b.)
Respubilka ərazisində heyvanlann növ tərkibini və paylanmasını şərtləndirən ən
böyük amil, coğrafı mühit, yəni iqlim, bitki örtüyü, litologiya, relyef, torpaq
örtüyüdür. Bu amillərin kombinasiyası nəticəsində heyvanat aləmi bir-birindən fərqli
ə
razilərdə yaranmış və onlann səciyyəsi aşağıda verilmişdir:
I. Yarımsəhra və yanmbozqır zona. Bu zona bütün Kür-Araz ovalığını əhatə
etməklə, Xəzər dənizinin səviyyə-sindən 250-300, bəzən isə 500 m yüksəkliyə qodor
yayılmış-dır. Bu zonada bir neçə bioton fərqləndirilir.
Xəzər dənizinin sahil zolağının qum təpələri, qayahqlar, açıq sahələri bir sıra
heyvanların yaşayışı üçün çox əlverişli yerlər hesab olunur. Burada boz dovşan
(Jepus europaeus), tülkü (Vulpes vulpes), qırmızıquyruq qum siçanı (Meriones
erytrourus), quşlardan dəniz bozcası (Charadrius alexandrinus), iri əyridimdık
(Numenius aquarus), sağsağan - cüllüt (Haema-topus ostralegus), digər canlılardan
suilanı (Natrix tesselanta), cəld kərtəncik (Eremias velox) yayılmışdır.
Qamışlı bataqlıqlar və göllər ən çoxu Muğan, Mil-Qarabağ vıə Şirvan
düzlərində rast gəlinir. Bu yerlərdə tez-tez çöl donuzu (Sus serofa), qamış pişiyi
(Felis chaus), çöl pişiyi (Felis ocreata), çaqqal (Thos aureus), su siçovulu (Rattus
norvegicus), quşlardan iri anqut (Padiceps critatus), kiçik danquşu (Botaurus
stellaris), kiçik ağ vağ (Egretta garzetta), qırmızı vağ (Ardea purpurea), ərsindimdik
(Rlatalea leucordia), sultan toyuğu (Por-phyrio porphyrio), balıqcıl (Alceso atthis) və
s. təsadüf olunur.
Qış vaxtı bataqlıqlarda qaşqaldaq (Fuliea atra), yaşılbaş ördək (Anas
phathychos), cürə (Anas qucrqucdula, A.Crccca), boz qaz (Anser anser),
qırmızıdimdik cümüldağ (Netta rugia), qrrmızı bülbül (Erithacus rubecula) toplaşır.
Sürünənlərdən ba-taqlıq tısbağası (Emus orbicularis) və Xəzər tısbağası (Clem-mys
caspica) geniş yayılmışdır.
Tuqay meşələri Kür, Araz, Qanıx çayları boyunca dar zolaqda yerləşir. Bu
meşələrin zəngin bitki örtüyü heyvan və quşların qidalanması və yaşamaşı üçün
ə
lverişli şərait yaratmışdır. Burada çöl donuzu, çaqqal, dovşan və Zaqafqaziya
kir-pisinə (Erinaceus transcaucasicus) daha çox təsadüf edilir. Quş-lardan göycə
qarğası (Coracias garrulus), Suriya ağacdələni (Dvyobates syriacus), yekəqulaq
bayquş (Asio otus), adi bayquş (Otus scops), qurqur (Steptopelina turtur), sarıköynək
(Ori-olus oriolus), qu-qu quşu (Cuculus canorus), qırıldaq (Nycti-corax nycticorax),
ağ leylək (Ciconia ciconia) yayılmışdır. Sürünənlərdən zolaqlı kərtənkələ (Lacerta
strigata), koramal (Ophisaurus apodus), suda-quruda yaşayanlardan göl qurbağası
(Rana ridibundo) tuqay meşələri üçün səciyyəvidir.
Açıq yarımsəhra və yarımbozqır sahələrdə ceyran (Cazella subgutturoso), kiçik
tülkü (Vulpes alphukakyi), safsar (Vormela sarmatica), porsuk (Meles meles), çöl
siçanı (Micro-tus socialis), qırmızıquyruq qum siçanı (Meriones erythrourus),
Vilyams ərəbdovşanı (Allactags Williamsi), kiçik ərobdovşanı (Allactaga
elater)və s. yayılmışdır. Quşlardan kəkilli turağay (Galerida cristata), bozqır turağayı
(Melanocorypha calandra), sürünənlərdən yunan tısbağası (Testudo graeca), əlvan
kərtəncik (Eremias arguta), yatağan ilan, gürzə daha çox səciyyəvidir.
Dostları ilə paylaş: |