Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə77/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   74   75   76   77   78   79   80   81   82
T bi td n-istifad nin-huquqi- saslar

IV. Yüksək dağğm çəmən, bozqır və qayalıqlar zonası dəniz səviyyəsindən 
220 m-dən 3500 m-ə qədər yüksəklikdə yayılmış alp və subalp çəmən və 
çəmən-bozqırlarını əhatə edir. Bu zonada Dağıstan keçisi (Capra cylindricornis), 
qarapaca (Rupicapra rupicapra), Bezoar keçisi (Capra aegagrus),bəbir (Felis pordus), 
gəmiricilərdən qar siçanı (Chionomys nivalis), dağ-siçanı (Microtus arvalis), canavar 
(Canis lupus), korgöstəbək (Talpa caucasica), quşlardan Qafqaz uları (Tetraogallus 
caucasims). Xəzər uları (Tetraogallus caspicus), endemik Qafqaz tetrası (Zyrurus 


mlokosiewiczi), qırmızıdimdik (Pyrrho-corax pyrrhocorax), sarıdimdik dolaşa 
(Purrhacorax graculus), dağ qabanaldadanı (Anthus spinoletta), qırmızıqarın 
işıldaquyruq (Phoenicurus erythrogaster), saqqallı quzuqapan kərkəz (Gypaetus 
barbatus), qara kərkəz (Aegypius monachus), sürünənlərdən qaya kərtənkələsi 
(Lacerta saxicola) yayılmışdır. Suda-quaıda yaşayanlara nadir hallarda təsadüf 
olunur. 
V. Xəzər dənizi və Kür çayı. Xəzər dənizində məməlilərin yalnız bir növünə - 
Xəzər suitisinə (Phoca caspica) rast gəlinir. O, Abşeron yanmadasının adalarında 
mart-aprel, həmçinin oktyabr-noyabr aylarında görünür. Quşlardan qağayı, qızılqaz 
(Phoenicopterus roseus), çəhrayı və qıvrımlələk qutan (Pelecanus onacrotalus, 
P.crispus), qu quşu və s. müşahidə edilir. Xəzərdə sürünənlərdən su koramalı və 
Xəzər tısbağası daha çox rast gəlinir. 
Xəzər dənizi müxtəlif bahq növləri ilə zəngindir. Qiymətli bahq növlərindən 
bölgə (Huso huso), nərə (Acepenser guldenstadti), uzunburun (Acipenser stellatus), 
qızıl balıq (Sal-ma caspius), Xəzər siyənəyi (Caspialasa), kütüm, xəşəm 
(As-piusaspius) və həmçinin Xəzər ilanbalığı (Caspiomyron wag-neri), iynə balığı 
(Syngnathus) və s. geniş yayılmışdır. Kür çayının bir qrup balıq növləri Xəzər 
dənizinin balıq növləri ilə eynilik təşkil etsə də Kür çayında təqribən 30 balıq növü 
var ki, bu da çay üçün spesifıkdir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin