Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə80/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   74   75   76   77   78   79   80   81   82
T bi td n-istifad nin-huquqi- saslar

Ovçulıq - quruda və suda təbii sərbəstlik və yarımsər-bəst şəraitində daimi
müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfındən yetişdirilib ov 
yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və 
məməlilərin (vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması 
üzrə fəaliyyət növüdür. 
Ölkəmizin ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilinin, onlarm 
fəaliyyətinin həyata keçirilməsinin, habelə ov obyektlərinin mühafızəsinin, 
axtanlmasınm və istifadəsinin hüquqi əsaslarını müəyyən etmək üçün 20 aprel 
2004-cü ildə «Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul 
edilmişdir. 
Qanunvericiliyin məqsədi respublika ərazisində dövlət ov fondunu qoruyub 
saxlamaqla ovçuluq fəaliyyətini səmərəli təşkil etmək, təbii sərbəstlik və 
yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin 
sayının tənzimlənməsini, mühafızəsini və artırılmasını, habelə onlann yetişdirilib ov 
yerlərinə buraxılmasını və yaşayış yerlərinin qorunub saxlanılmasını təmin etməkdir. 
Təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi 
heyvanların ayrı-ayrı növlərinin qorunması və artınlması, habelə onlann yetişdirilib 
ov yerlərino buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafızə rejimli 
tə-sərrüfat subyektləri ovçuluq təsərrüfatı olub, bu təsərrüfatlarda və digər ərazilərdə 
olan, təbii sərbəstlik və yanmsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı fıziki və 
hüquqi şəxslər tərəfındən yetişdirilib artırılan vəhşi heyvan növləri isə ov obyekti 
hesab olunur. 
Ov obyektləri dövlətə mənsubdur, onun mülkiyyətidir. Qanunvericiliyə görə 
vəhşi heyvan növlərinin ov obyektinə aid edilməsi və ovlanma limitləri müvafıq icra 


hakimiyyəti orqanı tərəfındən müəyyən edilir. Ov obyektlərinə aid edilmiş vəhşi 
heyvanlar dövlət ov fondunu təşkil edir. 
Ov yerlərində təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ov 
obyektinə aid edilmiş vəhşi heyvanlar, onların dəriləri, dəri örtükləri, buynuzları, 
sümükləri, həyat fəaliyyəti-nin məhsulları, habelə məskunlaşma yerləri ovçuluq 
fəaliyyətinin obyektləri, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ov etmək 
hüququ olan vətəndaşlarımız, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq 
təsərrüfatları və ovçular cəmiyyətləri ovçuluq fəaliyyətinin subyektləridirlər (maddə 
5). 
Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetmə aşağıdakı prinsiplərə 
ə
saslanır: 
-
bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanılması; 
-
ovçuluq təsərrufatlarından məqsədli, habelə elmin və mədəniyyətin inkişafı 
üçün səmərəli istifadə edilməsi; 
-
ovçuluq təsərrüfatlannda vəhşi heyvanların mühafızəsi, artırılması və istifadəsi 
üzərində dövlət nəzarətinin zəruriliyi; 
-
ovçuluq təsərrüfatlarında vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya 
yollannın, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin qorunması; 
-
heyvanlar aləmindən istifadənin bioloji etikaya uyğun olaraq həyata 
keçirilməsi; 
-
ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadənin və ovun ödənişli 
olması və limitləşdirilməsi; 
-
əhalinin sağlamlığına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının 
vaxtında 
alınması 
məqsədilə 
zərərverici 
vəhşi 
heyvanların 
sayının 
müəyyənləşdirilməsi və tənzimlənməsi. 
Qanunvericiliyə görə ovçu dedikdə ovçuluq fəaliyyətini həyata keçirmək üçün 
müvafıq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilmiş qaydada ovçuluq bileti 
və ov etmək üçün icazəsi olan fıziki şəxslər başa düşülür. 
Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi sahəsində 
ovçular cəmiyyətlərinin rolu böyükdür. 
Ovçular cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 
-
ovçuluq sahəsində dövlət proqramlarmın, ovçuluq təsərrüfatlarının inkişafı və 
yerləşdirilməsi sxemlərinin hazırlanmasında iştirak etmək; 
-
ovçuluq sahəsində normativ hüquqi aktların qəbul edilməsinə və ovçuluq 
təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərinə dair təkliflər vermək; 
-
respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrü-fatlarının təşkili və ləğv 
edilməsi barədə təkliflər vermək; 
-
ovçuluq təsərrüfatlarında ovçuluğu təşkil etmək; 
-
ovçuları cəmiyyətə üzv qəbul etmək və üzv olması barədə üzvlük bileti 


vermək; 
-
hər il üçün ovçuların üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək; 
-
qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sıırsatı, ovçuluq - 
balıqçılıq ləvazimatı, idman inventarı və digər ovçuluq əşyalannın satışını təşkil 
etmək; 
-
həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin 
(ov silahı və onun üçün sursat istisna olmaqla) istehsahnı təşkil etmək; 
-
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər 
hüquqlar həyata keçirmək. 
Qanunvericiliyə görə ovçular cəmiyyətlərinin vəzifələri aşağıdakılardır: 
-
ovçuluq təsərrüfatlarınm mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş 
qaydalara əməl etmək; 
-
vəhşi heyvanlann sayca artması və ov obyektlərinə aıd edilmiş vəhşi 
heyvanların təsərrüfat subyektləri tərəfındən yetişdirilib ov yerlərinə buraxılması 
üçün şərait yaıadılmasına, onların yaşayış mühitinin qorunmasına və 
yaxşılaşdırılmasına yönəldilən tədbirlər həyata keçirmək; 
-
ovçuluq təsərrüfatlarında vəhşi heyvanların ayrı-ayrı növlərinin sayının və 
istifadəsinin ilkin uçotunun aparılmasını təşkil etmək və bu barədə müvafıq ıcra 
hakimiyyəti orqanına məlumat vermək; 
-
ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursat ilə təmin 
etmək; 
-
təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq 
təsərrüfatlarmı bərpa etmək; 
-
ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün öz 
səlahiyyətləri daxilində tədbirlər görmək; 
-
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər 
vəzifələri yerinə yetirmək (maddə 9). 
Ov yerlərinin statusu, onların coğrafı mövqeyi və sərhədləri, həmin ərazilərin və 
obyektlərin mühafızə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni 
mədəniyyəti barədə zəruri məlumatların məcmusu dövlət ovçuluq kadastrı olub, 
dövlət ov fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, ovçuluq 
təsərrüfatlarının perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafızə rejiminə 
riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə apanhr. 
Ov obyektlərinin monitorinqi heyvanlar aləmi obyektlərinin dövlət 
monitorinqinin tərkib hissəsi olub, ov yerlərində vəhşi heyvanlann yayılmasında, 
sayında, fıziki voziyyətindo və yaşayış mühitində baş verən dəyişikliklərin vaxtında 
aşkara çıxarılması və qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. 
Qanunvericiliyə görə ov obyektlərinə aid edilən vəhşi heyvanların sayının dövlət 
uçotu və ovlama norması (sayı) müvafıq icra hakimiyyəti orqanı tərəfındən aparıhr. 


Ovçuluq fəaliyyəti ov alətlərindən istifadə etməklə (ov silahlan, ov itləri, ovçu 
quşları, digər ov vasitəiəri) həvəskar və idman ovu (ov məhsullarının əldə 
edilmosindon gəlir məqsədi daşımayan ov növü) növləri formasında, ov 
mövsümündə həyata keçirilir. 
Qanunvericilikdə ovçuların hüquq və vəzifələri də nəzərdə tutulmuşdur. 
Ovçuların hüquqları bunlardır: 
-
ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə 
tutulmuş qaydada istifadə etmək; 
-
ovçular cəmiyyətinə üzv olmaq; 
-
ov yerlərində ov alətlərindən istifadə etmək; 
-
qanuni əldə edilən ov məhsullarına sahiblik etmək; 
-
heyvanlar aləmi obyektlərinin istifadəsi üzrə qanunvericilikdə nəzərdə 
tutulmuş digər hüquqları həyata keçirmək. 
Ovçuların vəzifələri aşağıdakılardır: 
-
ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə 
və müddətlərə əməl etmək; 
-
hor il üçün ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmək; 
-
ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq 
təsərrüfatlarında qeydiyyatdan keçmək; 
-
ov silahından təyinatı üzrə istifadə etmək; 
-
ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək; 
-
ov yerlərində vəhşi heyvanlann yaşayış mühitinin ekoloji vəziyyətinin 
pisləşməsinə yol verməmək; 
-
ovçuluq təsərrüfatlarının mühafızəsi məsələləri üzrə ekoloji proqramların 
yerinə yetirilməsində iştirak etmək; 
-
vəhşi heyvanlar arasmda xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti 
pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallannda 
dərhal ovçuluq təsərrüfatlarına və müvafıq icra hakimiyyəti orqanlarma məlumat 
vermək; 
-
Azərbaycan Respublikasının «Qırmızı kitabı»na daxil edilmiş və xüsusi 
mühafızə olunan vəhşi heyvan növlərinin mühafızə rejiminə əməl etmək. 
Aşağıdakı hallarda qanunvericiliyə görə ov etmək hüququ dayandırılır: 
-
hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında 
ödəmədikdə; 
-
ov etmək üçün verilmiş icazənin müddəti qurtardıqda; 
-
ov etmək üçün icazədən istifadoyə lüzum qalmadıqda, yaxud bu hüquqdan 
könüllü imtina edildikdə; 
-
ovçuluq fəaliyyətinə xitam verildikdə; 
-
vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda; 


-
heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda; 
-
ovçuluq üzrə müəyyən edilmiş qayda, norma və digər tələblər müntəzəm yerinə 
yetirilmədikdə; 
-
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər 
hallarda. 
Aşağıdakı hallarda isə ov etmək qadağandır: 
-
müvafiq icra hakimiyyəti orqanı tərəfındən nəzərdə tutulmamış günlərdə; 
-
ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 
-
başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov 
silahından istifadə edildikdə; 
-
ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 
-
ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 
-
ov etmək üçün icazə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. 
Ə
gər ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqhq 
kimi təbii fəlakot vo vohşi lıcyvanlar arasında epidemiya hadisələri baş verərsə, ov 
müvafıq icra hakimiyyəti orqanı tərəfındən məhdudlaşdrrıla və ya dayandırıla bilər. 
«Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanununa görə ovçuluq 
təsərrüfatlarından ov da daxil olmaqla aşağıdakı məqsədlərlə istifadə edilə bilər: 
-
təbiəti mühafızə; 
-
ovçuluq; 
-
elmi-tədqiqat; 
-
vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanması, 
yetişdirilməsi və artırılması məqsədilə tutulması; 
-
sağlamlaşdırma; 
-
təlim-tərbiyə; 
-
ekoloji maarifiəndirmə, turizm və istirahət (rekreasiya). Heyvanlar aləmi 
haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər aşağıdakı hallarda 
Azərbaycan Respubli-kasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada 
məsu-liyyət daşıyırlar: 
-
heyvanlar aləmi obyektlərinin istifadəyə verilməsi qaydasını pozduqda; 
-
heyvanlar aləminin obyektlərini təbii mühitdən icazəsiz götürdükdə; 
-
heyvanlar aləminin obyektlərindən özbaşına xüsusi istifadə etdikdə; 
-
heyvanlar aləminin obyektlərindən istifadənin limitlərini artırdıqda və başqa 
tələblərini pozduqda; 
-
dövlət ekoloji ekspertizasının tələblərini yerinə yetirmədikdə; 
-
heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının 
mühafızəsi üzrə tələbləri pozduqda; 
-
qurumuş bitkiləri və ya onların qalıqlarını özbaşına yandırdıqda; 
-
bitki mühafizəsi vasitələrinin, onlaruı boy stimulyatorlarının, mineral 


gübrələrin və başqa maddələrin (preparatlarm) saxlanması, daşınması və tətbiq 
edilməsi qaydalarmı pozduqda; 
-
zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi 
və dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına 
gətirilməsi, onun hüdudlarmdan kənara göndərilməsi və aparılması qaydalarmı 
pozduqda; 
-
özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, 
iqlimə uyğunlaşdırdıqda və artırdıqda, genetik cəhətdən dəyişmiş orqanizmlərdən 
istifadə etdikdə; 
-
heyvanlarla rəhimsizcəsinə rəftar etdikdə; 
-
heyvanlar aləmi obyektlərinin vəziyyəti və sayı, onlann istifadəsi haqqında 
məlumatları gizlətdikdə və təhrif etdikdə; 
-
heyvanların tələf olmasının, onların yaşayış mühitinin pisləşməsinin qarşısını 
almaq üçün və heyvanlar aləminə mənfı təsirin ləğv edilməsi məqsədi ilə tədbirlər 
görmədikdə. 
МЮВЗУ 12. 
ЯТРАФ МЦЩИТИН МЦЩАФИЗЯСИНИН БЕЙНЯЛХАЛГ ЩЦГУГИ 
МЕХАНИЗМЛЯРИ. 
PLAN: 
1. Ятраф мцщитин мцщафизясинин тянзимлянмясиндя бейнялхалг обйектляр. 
Ятраф мцщитин мцщафизясиндя милли вя бейнялхалг обйектляр, онларын 
елементляри. Милли обйектлярин идаря едилмяси хцсусиййятляри. 
2. Бейнялхалг обйектлярин идаря едилмяси формалары вя онларын 
тянзимлянмясинин щцгуги ясаслары. 
3. Ятраф мцщитин мцщафизяси сащясиндя бейнялхалг ямякдашлыг вя онун 
реаллашдырылмасы принсипляри. Ятраф мцщитин мцщафизяси сащясиндя 
бейнялхалг ямякдашлыьын щяйата кечириломясиндя бейнялхалг тяшкилатларын 
ролу. 
4. Ятраф мцщитин мцщафизяси сащясиндя бейнялхалг ямякдашлыьын ясас 
истигамятляри. 
5. Ятраф мцщитин мцщафизяси сащясиня бейнялхалг нязарятин формалары вя бу 
сащядя глобал мониторингин формалары. 
6. Еколоъи щцгуглар вя онларын мцдафиясинин щцгуги тяминаты.

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin