Meşəbərpa qırmaları - yetişmiş və yaşı ötmüş meşələrdə meşələrin doluluğunu
05-06-dan aşağı salmaq və ümumi ehtiyatı 30%-dən çox qırmaq şərti ilə (təbii
borpaya şərait yaratmaq məqsədilə), qrupaqırma, könüllü qırma və tədrici seç-mə
üsulu ilə aparılır. Mailliyi 30%-dən artıq olan sahələrdə meşəbərpa qırmalarmın
aparılması qadağandır. Meşəbərpa qırmaları aparılan sahələrdə azad ağacı, ayı fıstığı,
alma, ardıc, armud, cökə, dağdağan, dəmirağac, Eldar şamı, güləbrişin, yabanı gilas,
qaraçöhrə, qarmaqlı şam, qoz, quş armudu, saqqız, şümşad, şabalıd, şabalıdyarpaqlı
palıd, şərq palıdı, şərq çinan, tut, ürəkvariyarpaqlı qızılağac, yalanqoz cinslərinin
kəsilməsi qadağan olunur.
Aralıq istifadə üçün qırmalar - meşələrin cins tərkibini yaxşılaşdırmaq,
onların məhsuldarlığını, keyfıyyətini və davamlılığını artırmaq, mühitqoruyucu
rolunu saxlamaq və gücləndirmək, vahid meşə sahəsindən istifadə olunacaq
oduncağın miqdarını artırmaq, onun texniki-cəhətdən yetişməsini sürətləndirmək
məqsədilə aparılır. Bu cür qırmalar zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
-
qırma üçün seçilən sahələrdə ağacların bioloji təsnifatının aparılması;
-
sağlam, düzgövdəli, toxumdan əmələ gəlmiş dolğun və digər müsbət ağacların
saxlanılması;
-
zədələnmiş, xəstə, davamhlığını və texniki oduncaq keyfıyyətini itirmiş, yaşı
ötmüş, gələcəyi gözlənilən qiymətli cinslərin inkişafına mane olan ağac və kolların
qırıntıya təyin edilməsi;
-
ilk növbədə yuxarı bonitetli (məhsuldar) meşələrdə qurmaların aparılması;
-
qarışıq və bircinsli meşələrdə qiymətli yerli cinslərin sahədə saxlanılması,
davamlılığının artırılması və gələcəyi gözlənilən müsbət ağacların inkişafına əlverişli
şə
rait yaradılması, ağachğın doluluğunun (hər qırmadan sonra 0,6-dan, yamaclarda
isə 0,7-dən) aşağı salınmaması, onların sutənzime-dici, torpaqqoruyucu
funksiyalarının gücləndirilməsi.
Aralıq istifadə üçün qırmaların növləri və məqsədi bunlardır:
-
Dostları ilə paylaş: |