Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə69/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   65   66   67   68   69   70   71   72   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Xəzər dənizi, onun sularından istifadə, səviyyə tərəddüdü və s. böyük marağa 
səbəb olmuşdur. 
Xəzər dənizi coğrafı obyekt kimi dünyanın ən böyük gölüdür və məhz 
böyüklüyünə görə ona yalnız dəniz deyilir. Xəzər dənizinin morfometrik göstəricilori 
dənizin səviyyə hüdudlarından asılı olaraq dəyişir. Səviyyənin - 26,5 m 
hün-dürlüyündə (Xəzər dənizinin səviyyəsi diinya okeanı səviy-yəsindən aşağıdır və 
müxtəlif aralıqlarda dəyişir) onun su sət-hinin sahəsi 397 km
2
-ə, həcmi isə 79 min 
km
3
-ə bərabər olur. 
Meredional istiqamətdə onun uzunluğu 1200 km, eni 200-450 km arasında 
dəyişir. Sahil xəttinin uzunluğu 7 min km, orta dərinlik 207 m, maksimal dərinlik isə 
1075 m-dir. Xəzər dənizində ümumi sahəsi 200 knr olan 50-yə qədər ada vardır. 
Xəzər dənizi beş ölkə ilə həmsərhəddir. Ən böyük sərhəd Qazaxıstanla - 2320 
km, Türkmənistanla - 1200 km, İranla - 900 km, Azərbaycanla - 850 km, Rusiya ilə 
700 km-dir. 
Xəzər dənizinin su toplayıcı hövzəsi onun özünün sahəsindən təxminən 10 dəfə 
böyükdür. 
Xəzər dənizinə tökülən çay axımının 80%-ə qədəri Volqa çayının, digər hissə isə 
Kür, Ural, Terek, Sulak və İran ərazisindən tökülən kiçik çayların payına düşür. 
Xəzər dənizinin, tarix ərzində, əsasən, onun sahillərində yaşayan xalqların 
adlarına uyğun olaraq 50-yə qədər adı olmuşdur. 
İ
raq orazisində tapılan Assuriya yazılarında Xəzərin ən qədim adı Şərq dənizi 
olmuşdur. Eramızdan əvvəl Eratosfenin, Strabonun, Aristotelin əsərlərində Xəzər 
dənizi Hirkan, eramızın birinci minilliyində isə Curcan dənizi adlanmışdrr. Hətta 
eramızın I əsrində dəniz Vouru Kaşa adlanmışdır. 
Sonralardan VII-X əsrlərdə dənizin şimal-qərbində yaşa-mış qədim türk tayfaları 
xəzərlilər adı ilə dəniz Xəzər adlanmışdır. 
Mark Polo isə öz əsərlərində dənizin adını Qarritsa-Qleveşalan kimi 
göstərilmişdir. Xəzərin qədim adlarından biri də eramızın I-II əsrlərində 
Azərbaycanın şimal sahillərində yaşayan qədim alban tayfalarının adı ilə adlanan və 
hazırda da işlədilən Kaspi olmuşdur. 


Volqaboyunda yaşayan Xvalın tayfalarınm adı ilə dəniz eyni zamanda Xvalın 
dənizi kimi də tarixə düşmüşdür. Bundan başqa ayrı-ayrı dövrlərdə Xəzər dənizinin 
müxtəlif adları olmuşdur. Bəzən isə eyni dövrdə onun sahillərində yaşayan xalqların 
adı ilə dəniz müxtəlif adlara malik olmuşdur. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin