Azərbaycan Respublikasının su ehtiyatlan haqqında məlumat
Azərbaycan Respublikasının 1997-ci ildə qəbul olunmuş və 1999-cu ildə (JS'sl
8-İQ) təsdiq edilmiş Su Məcəlləsinin 5-7-ci maddələrinə əsasən, Azərbaycan
Respublikasının su fonduna ölkə ərazisində olan bütün daxili sular və Xəzər dənizinin
Azərbaycana aid sektorunun suları aid edilir.
Azərbaycan Respublikasının su fondu təbiətdə olduğu yerino, fiziki-coğrafi,
inzibati ərazi və başqa əlamotlorinə göro səth, yeraltı, sərhəd və Xəzər dənizinin
Azərbaycan Respublikasına aid sektorunun sularından ibarətdir. Quru ərazinin
sət-hində olan su axarları, su tutarları, buzlaqlar və qar örtükləri səth su obyektləri
hesab olunurlar. Səth su obyektləri su tuta-rında olan sulardan, su tutarının dibi və
sahilindən ibarət olur. Səth su obyektləri çox funksiyalı əhəmiyətə malik olduğu üçün
eyni vaxtda bir neçə məqsəd üçün istifadə edilə bilər.
Yerin təkindəki geoloji strukturlarda yığılmış sular yeraltı su obyektlərinə aid
edilir. Yeraltı su obyektlərinə aşağıdakılar aiddir:
1.
yerin təkində olan və bir-biri ilə geoloji əlaqəsi olan sulu təbəqələr;
2.
yeraltı su hövzələri - bir geoloji struktur daxilində olan qatlarda, boşluqlarda
və sulu laylarda olan sular;
3.
yeraltı su yataqları - buraya yerin üstünə çıxarmaq üçün əlverişli şəraiti olan
sulu laym bir hissəsi daxildir.
Su obyektləri içməli su və məişət ehtiyacları üçün, müalicə, kurort, istirahət və
idman məqsədləri, sənaye, tikinti və enerji əldə etmək, kənd təsərrüfatı, meşə
təsərrüfatı, nəqliyyat, balıqçılıq, ovçuluq və başqa məqsədlər üçün istifadə edilə bilər
(Su Məcəlləsi, maddə 35).
Ölkəmizin su balansmda çayların rolu çox böyükdür.
Azərbaycan Respublikasının çay şəbəkəsi 8350-dən çox müx-təlif ölçüyə malik
çayı əhatə edir. Onlardan 7860-nın uzunluğu 100 km-dən az və 22-nin uzunluğu isə
100 km-dən artıqdır. Respublikamızdakı bütün çaylann ümumi uzunluğu 33665
km-dir. bu çayları aşağıdakı beş qrupa bölmək olar:
1.
Uzunluğu 25 km-dən az olan ən kiçik çaylar;
2.
Uzunluğu 25-50 km olan kiçik çaylar;
3.
Uzunluğu 51-100 km olan orta çaylar;
4.
Uzunluğu 101-500 km olan iri çaylar;
5.
Uzunluğu 500 km-dən çox olan ən iri çaylar.
Bütün çayların su axarının tutduğu sahə 5550 km
2
-dən çoxdur.
Bütün Qafqazın və eləcə də Azərbaycanın ən böyük su arteriyası Kür çayıdır.
Ümumi uzunluğu 1500 km-dən çox olan Kür çayının 900 km-i Azərbaycan
ə
razisindən keçərək Xəzər dənizinə tökülür. Öz mənbəyini Türkiyədəki Çaldıran
suayrıcının şimal ətəklərindən götürən Kür çayının hövzəsi cənubi Qafqazın mərkəzi
və şərqinin ərazilərini, Türkiyə və İran ərazisinin bir hissəsini əhatə edir. Bu ərazinin
ümumi sahəsi 188042 km
2
-ə bərabərdir.
Azərbaycanın ikinci ən böyük çayı Kürün sağ qolu olan Arazdır. Öz başlanğıcını
Türkiyənin Bingöl dağ yamaclarından (dəniz səviyyəsindən 2600 m yüksəklikdə
olan) alan Araz çayı-nın uzunluğu 1072 km və hövzəsinin sahəsi isə 101937 km
2
-dir.
Suyunun bulanmasına görə Araz çayı dünyanın ən bulanıq çayları sırasında ilk
yerlərindən birini (hətta Nil çayını da arxada qoyaraq) tutur. Onun suyunda olan altı
maddənin çəkisi orta hesabla 2,5 q/l-ə bərabərdir.
Kür-Araz hövzəsinə tökülən çayların hamısı öz başlanğıcını Böyük və Kiçik
Qafqaz dağlarından götürürlər. Bunlar-dan əlavə başlanğıcını Böyük Qafqazın
Ş
imal-Şərqinlən və Azərbaycanın cənubi-şərqindəki Talış dağlarından götürən bir
neçə kiçik çaylar da Xəzər dənizinə tökülür.
Kür və Arazdan sonra respublikamızın ərazisində axan nis-bətən uzun çaylar
sırasına Alazan-Qanıx (413 km), İori-Qabrri (389 km), Tərtər (200 km) və Samur
(216 km) çayları daxildir.
Respublikamızda şirin suya olan tələbatın öyrənilməsində göllərin də rolu
nəzərə çarpacaq dərəcədədir. Ölkəmizin hidroqrafıyası 700-dən çox şirin sulu və
çoxsaylı şor sulu göllər şəbəkəsini əhatə edir. Şirin sulu göllərin yaranması,
regionlarda yerləşməsi və təsərrüfat keyfıyyətləri eyni deyildir. Bu göllərin hamısı
kiçik göllər hesab edilirlər. Məsələn, Böyük Qafqaz ərazisində yerləşən 250 gölün
ə
ksəriyyətinin sahəsi 0,3-1,0 hcktardan kiçikdir və onların əksəriyyəti yayda
quru-yur. Bu göllər, əsasən Göyçay, Ağsuçay, Girdmançay, Pirsaat-çay, Gil-gilçay,
Atıçay, Sumqayıtçay və başqa çayların hövzə-sində yerləşirlər. Bu göllərin ən
böyüyü Fəhra gölüdür. Sahəsl 30 hektar olan Fəhra gölünün suyu duzlu deyildir və
suvarma üçün yararlıdır.
Kiçik Qafqazda yerləşən göllərin (Göy-göl, Maral göl, Ağgöl, Qaragöl və
başqaları) əksəriyyəti Kürəkçayı hövzəsindədir. Bu göllər 1139-cu ildə baş verən
zəlzələ nəticəsində yaranmışdır. Bu göllərin dərinliyi Azərbaycanda yerləşən başqa
göllərə nisbətən xeyli dərindir. Məsələn, Göy-gölün maksimum dərinliyi 90 metrə
çatır.
Respublikamızda düzənlik ərazisində yerləşən göllərdən nisbətən böyüyü Sarısu
(dərinliyi 67 m), Ağ göl (dərinliyi 56,2 m), Ağzıbirçala (dərinliyi 37 m), Mehman
gölü (dərinliyi 35 m) və başqalarıdır.
Lənkəran və Talış dağlarında baş verən sürüşmə nəticəsində yaranmış göllərin
(Komuşavan, Siyobilən və s.) çoxu yayda ya quruyur, ya da bataqlığa çevrilir.
Komuşavan gölü isə üç xırda gölə çevrilir (Həsənov M., 1977).
Abşeron yarımadasında yerləşən 50-yə qədər gölün demək olar ki, hamısının
suyu duzludur. Müxtəlif minerallaşma dərəcəsinə malik olduqlarma görə bu
göllərdən duz istehsal etmək üçün istifadə olunur. Abşeron göllərindən nisbətən
bö-yüyü Böyükşor və Masazır gölləridir.
Azərbaycan Respublikasının ərazisində 30-a qədər su anbarı vardır. Böyük
Qafqaz və Kiçik Qafqaz zonalarında yerləşən belə su tutarları suvarma (Xanbulançay,
Sərsənk və başqaları), əhalini içməli su ilə təmin etmək (Ceyranbatan) və elektrik
enerjisi istehsai etmək (Mingəçevir, Şəmkir, Yenikənd su elektrik stansiyaları) üçün
tikilmişdir. Kür çayı üzərində 1953-cu ildə tikilmiş Mincəçevir su elektrik stansiyası
res-publikamızın elektrik enerjisinə olan tələbatı ödomoklə yanaşı, ümumi su tutarı
9641-17092 milyon m
3
olan nəhəng (maksimal dərinliyi 75 metrdir) su anbarının da
yaranmasına səbəb oldu. Mingəçevir su anbarından çəkilən Yuxarı Qarabağ və
Yuxarı
Ş
irvan kanallan
respublikamızın
Kür-Araz ovahğında
yerləşən
təsərrüfatlannın su ilə təmin edilməsində böyük rol oynayır.
Azərbaycan Respublikasmda olan 1,1-1,3 milyon hektar əkin sahəsinin
suvarılmasında Əlincəçay, Tərtərçay və Türyançay üzərində qurulmuş su anbarlannın
da böyük təsərrüfat əhəmiyyəti vardır. Respublikamızın ərazisindo yaradılmış belə
hidrotexniki qurğulardan başlayan 46 min km suvarma kanalları vasitəsilə 34 min
hektar əkin sahəsini suvarmaq mümkün olmuşdur.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da suya olan tələbatın bir hissəsi
yeraltı şirin su yataqları hesabına ödənilir. Respublikamızda olan bir sıra aran və
dağətəyi rayonlarda ye-raltı şirin su mənbələrindən içmək və təsərrüfat ehtiyacları
üçün istifadə edilir. Yeraltı sular təbii və istismar olunan sular kimi təsnifatlaşdırıhr.
Təbii yeraltı sulara yer səthinə sərbəst çıxan su ehtiyatlan aid edilir. Yeraltı sulann
ekoloji cəhətdən təmizliyi diqqəti daha çox cəlb etməlidir.
Azərbaycanda yerləşən göllərdə olan suyun ümumi miqdarı 40 km
3
-a bərabərdir
ki, onlardan 16-18 km-ni şirin (içməli) sular təşkil edir. Respublikamızda 4 böyük və
50-dən çox kiçik və orta həcmli su tutarları, habelə 80-dək şirin su ilə doldurulmuş
irriqasiya gölləri vardır. Onların tam su tutarmın həcmi 13638,2 milyon m
3
və su
müstəvisinin sahəsi 1373,4 milyon km
2
-ə bərabərdir. respublikanın hidrologiyasında
buzlaqların və qar yığılan sahələrin rolu elə də əhəmiyyətli deyil. Onlar əsasən
Qusarçay, qismən də Qudyalçay və Gilgilçay hövzələrində yerləşmişlər.
Respublikamızın coğrafi vəziyyəti və iqlim özəllikləri ilə əlaqədar olaraq göllər su
resursu mənbəyi kimi az əhəmiyyətə malikdir. Dağlıq və dərələrlə şırımlanmış relyef
ə
razilərın gözəlləşməsinə imkan vermir. Belə xırda göllüklərə Kür-Araz
çökəkliklərində (Köhnə Axmazlar), Lənkəranda və Samur-Dəvəçi çökəkliklərində
rast gəlmək olar. Əsas magistral irriqasiya kanalları yaxınhqlarında suyun
infıltrasiyası və qrunt sularınm səviyyəsinin qalxması hesabma az miqdarda da olsa
bataqlaşmış sahələrə rast gəlmək mümkündür.
Respublikamızın ərazisində 3500-dən çox təbii bulaq qeydə alınmışdır.
Yeraltı su axarlarının resursları çay axarlannın 25%-ni təşkil edir.
Yeraltı suların potensial istismar ehtiyatları 14068,4 min m
3
/sutka (o cümlədən
11617,6 min mVsutka istifadə üçün təs-diq olunmuşdur) həcmində qiymətləndirilir.
Bulaqların debiti Böyük Qafqazın cənub yamaclarında 7-8 1/saniyəyə və
ş
imali-şərq yamaclannda isə 50 1 saniyəyə bərabərdir.
Yeraltı mineral su ehtiyatlarına görə Azərbaycan regiondakı dövlətlər arasında
müstəsna yerə malikdir. Respublikada 200-dən çox mineral su yataqlan kəşf
edilmişdir. Mineral su dedikdə tərkibində həll edilmiş mineral birləşmələr olan sular
başa düşülür. Statistikada mineral sularm istismar ehtiyatları ilə yanaşı çıxarılan,
istifadə edilən, hasilat və istifadə zamanı itirilən mineral sular ayrıca uçota alınır.
Mineral su mənbələri aşağıdakı üç kateqoriyaya bölünürlər: karbohidrogenli;
kükürdlü hidrogenli; karbon turşulu.
Ə
sasən respublikanın dağlıq və dağətəyi rayonlarmda yerləşən bu mineral su
mənbələri aşağıdakı tektonik ərazilərdə cəmlənmişdilər:
1.
Dostları ilə paylaş: |